Oğuz Ayvaz - Sərgərdən
03.07.15

Hekayə


                             Sənin sağlığına içmişəm Allah
                               Bağışla Alah, bağışla, Allah

Əlisəmid Kür


Azan səsinə oyandı. Dikəlib üst-başına düşən çörək qırıntılarını təmizlədi. Otaqda tək başına yaşayırdı. İçki şüşələri divarın dibində necə gəldi tökülüşüb qalmışdı. Heç birində bir damcı belə araq qalmamışdı. Dünən gecə həmişəki kimi yaman vurdu. Son zamanlar bir dəstə özü kimisi ilə şəhərin vağzalyanı ucuz kafelərindən birinə dadanmışdılar. Hərəyə beşdən-üçdən yığanda içki alıb içə bilirdilər. Hərdən bəxtləri gətirəndə tanışlar rast gəlir, onların stoluna zırpı araq şüşəsi göndərir, özləri də bəlkə də onlarla qoşulmağı özlərinə sığışdırmayıb çıxıb gedir, bir növ onlardan yaxa qurtarırdılar.

Dünənki içkidən başı zoqquldayır, ağzı acı dadırdı. Bir azca araq, ya da bir bakal olsaydı bəsiydi. Ancaq araq və pivə üçün aşağı düşməyə dəyməzdi. Onsuzda bu vaxt bütün dükanlar və kafelər bağlı olurdu.Təzədən gözünü yumub yatmağa cəhd etmək də özünü aldatmaq idi. Fikirləşdi ki, görəsən soyuducunun küncündə-bucağında içki-zad qalmayıb ki? Amma xasiyyətindən halı idi. Bu evdə onun əlindən içki dayanar? Əlinə içki düşən kimi başına daş salırdı. Yerində oturub dolabın üstündəki siqaret qutusunu açdı. İçində iki-üç dənə qalmışdı. Dükanlar açılana qədər bir təhər başını qata bilərdi. Ac qarnına çəkməyə adətkardı. Ancaq nədənsə bu dəfə siqaret çəkməkdən vaz keçdi.

Ayağa qalxanda əyninə baxdı. Şalvarının böyür-başı çirklənmiş, maykasının cırılmış parçası sallanırdı. Ürəyi araq üçün gedirdi. Bu elə bil duyğu idi ki, ondan qaçmaq qeyri-mümkün idi. Əlinə bir şey keçməyəcəyini ümidli olmasa da hər ehtimala qarşı içki şüşələrini bir-bir əlinə alıb silkələdi. İçində heç nə olmadığını anlayıb onları bir-bir yerinə qoydu. Sonra hamama keçib həvəsiz halda üzünə su vurdu. Başını qaldıranda güzgüdə özünü gördü. Sifəti codlaşmış, gözünün altı torbalanmış, qara zolaqlar əmələ gəlmişdi, burnu isə heç deyiləsi deyildi. Buratina kimi burnu qıpqırmızı idi,  üzünü ağappaq tüklər örtmüşdü. Saqqalını sığalladı. Bir an gülümsəniüb qapını açdı. Çölə çıxanda gözü qaraldı, başı fırlanır, ürəyi bulanırdı. Təcrübəsindən bilirdi ki, bir azdan bu keçib gedəcək. Deyəsən, dünən içdiyi araq heç fərli deyildi. Son vaxtlar araqların da zayı çıxmışdı. Adamı kefləndirməkdən çox, yuxu basırdı.
Bir az getmişdi ki, yaxında üç-dörd adamın oturduğunu görüb ora tərəf getdi. Bu adamlar onu görən kimi geri çəkildilər. Onların içində çəlimsiz, daha cavan oğlan üzünü turşudub:
Otur - dedi.
Həmin bu oğlan da, burdakılar da namaz qılırdılar. Hamısının da Səlimdən zəhləsi gedirdi. Tərslik onda idi ki, Səlimin də onlardan xoşu gəlmirdi. Bunlar namaz qılmaq adı ilə bütün əclaflığı eləyirdilər. Pozğun kinolara baxır, bundan zövqlə dostlarına danışır, yeri gələndə söyüş söyürdülər. Səlim düzdü, namaz qılmırdı, ancaq onların belə hərəkətlərini həzm eləyə bilmirdi.
Oğlanlardan ən böyüyü əlini tərpədə-tərpədə dayanmadan danışırdı:
Namaz qılmayanlar kafirdirlər, onlar cəhənnəmə düşəcəklər...— deyib özünü öyür, gələcəkdən xəbər verirdi.

Yaxşı tanıyırdı. Qabaqlar içki içənin, nəşə çəkənin biri idi. İndi xalqa ağıl öyrədirdi. Səlim bu oğlanın sözünü eşidəndə elə bil başından aşağı qaynar su töküldü. Allax-bullax olmuş başı elə bil özünə gəldi. Əsim-əsim əsən əlini oğlanın çiyninə vurub qurumuş boğazını arıtlayıb cod səslə dedi:
- Sən yaman böyük danışırsan. O nə deməkdi namaz qılmayan kafirdi?
Bu qəfil təmasdan oğlan qorxdu. Elə bildi, Səlim onu vuracaq. Əvvəllər onu  məhlədə vuran-tutan oğlan kimi tanıyırdılar. Amma son vaxtlar Səlim adamlara dəyib-dolaşmırdı. Bilirdi ki, bu qədər əclafı, oğraşı döymək söyməklə onları adam etmək çətindi.
Oğlan duruxdu. Elə bil cavab tapmağa çətinlik çəkirdi. Vəziyyətdən çıxmaq üçün fikirləşdi. Bir-iki dəfə istədi dillənsin, sözü iri bir loxma kimi boğazında ilişib qaldı. Handan-hana oğlan sifətini Səlimə çevirib:
- Səlim əmi, Quranda oxumuşam. Orda elə yazılıb.- deyə bildi.
Səlim əsəbləşdi. Dünənki uşaq ona ağıl öyrədirdi. İstədi deyə “Get, ağzının qatığını sil”, ancaq demədi. Nə fərqi vardı? Onsuz da qanan deyildi. Başdan da onun-bunun fikri ilə oturub-duran, tutuquşu kimi başqalarının sözünü danışan, öz fikiri olmayan adamlardan zəhləsi gedir, belələri ilə ünsiyyətdən qaçırdı. Son vaxtlar isə belələri sürü kimi çoxalmışdı. Hansının öhdəsindən gələsən? Hansının dərsini verəsən?

Yerindən durdu, başını götürüb harasa getmək istəsə də fikirini dəyişib təzədən oturdu. Özünə söz versədə hiss edirdi ki, deyişmək üçün içi gedir. Kimisə vurmaq üçün əli gicişir Qəzəbindən tükləşmiş sifətini yolmağı gəlirdi. Deyəsən içinin qəzəbi üzünə də vurdu. Gözlərini elə iri bərəltdi ki, oğlan üzünü yana çevirəsi oldu:
- Ə, oğraş, o harda yazılıb ə...?—Dik-dik oğlanı başdan ayağa süzdü. Cavab qaytarsa çənəsinə birini ilişdirişəcəkdi. —Mən elə namaz qılmayan görmüşəm ki, o sizin yanınızda cənnətlikdi. Siz özüvüzü öyürsüz ki, biz belə namaz qılırıq, biz beləyik, biz eləyik. Bütün günü o pox-püsür şeylərə baxan kimdi? Abrıvız olsun ə... Namaz kimi müqəddəs şeyi siz oyuncağa çevirmisiz.

Səlim bunu deyib üzünü səki ilə gedən adamlara dikdi. Yoldan keçənlər Səlimə sanki aydan gələn adam kimi diqqətlə baxırdılar.
Səlimgilin oturduğu yerə bir yığın uşaq gəldi. Onlar gözlərini Səlimə dikimişdilər. Hamısının üzündə bu davanın nə ilə bitəcəyi marağı donub qalmışdı. Hətta bəziləri artıq nə baş verdiyini pıçıltı ilə bir-birilərindən soruşub öyrənmişdilər.
Səlim başını qaldırıb tamaşaya durmuş uşaqlara baxdı. Onlardan biri ona tanış gəldi. Cibini qurdalayıb bir əlli qəpik tapdı. Uşağı yanına çağırdı.
- Orxan, get mağazadan mənə çubuş al.- dedi və qəpik pulları ona uzatdı.
- Səlim əmi, çubuş 2 manat olub e... - Orxan dilləndi.
Səlim titrəyən əlləri ilə bir də cibini axtardı. İki manatı çıxardıb uşağa uzatdı.
Bayaqdan Səlimlə mübahisə edən oğlanlar susub oturmuşdular. Sanki bundan sonra nələr olacağını götür-qoy edirdilər.
Bir azdan Orxan gəldi, əlindəki içki şüşəsini Səlimə uzatdı.
- Təzə gətiriblər - deyib geri çəkildi.
Səlim butulkanı bərk-bərk silkələyib gözünü bərəltdi. Butulkanın içindəki kiçik burulğana baxıb:
- Yaxşı araxdı - dedi.
Oğlanlar bir az da geri çəkildilər. Səlim içki şüşəsinin qapağını burub açdı və başına çəkdi. İçdikcə gözləri qızardı. Butulkanı bir kənara qoyub o tərəf-bu tərəfə baxdı. Elə bil nə isə axtarırdı.
Bütün bədəni əsirdi. Dodaqları qapqara olmuşdu. Ağzını köynəyinin qolu ilə silib mübahisə elədiyi oğlanlara tərəf döndü:
Allah məni sevir. Arağı əlinə alıb dedi:
İçirəm Allahın sağlığına!

Oğlanlar bir himə bənd imiş kimi aradan çıxdılar. Səlimin qarşısında tor çəkilmiş boşluq yarandı. Elə bil uzun bir kəndirin üstündə yeriyirdi. Sonra başı çiyninə düşdü.
Bir neçə dəqiqəyə ətrafdakı adamların sayı çoxladı. Bərbər, ətsatan, mağazaçı, şofer--bir sözlə, hamı işini buraxıb ora toplaşmışdı. Göy üzündəki günəş də sanki binaların üstündən gözünü bərəldib Səlimə baxırdı.
Səlim günəşi görüb bağırdı:
- Çıxma, bat, bat günəş! Qoy bura həmişəlik qaranlıq qalsın!
Tamaşaya yığışanlar bu oyuna baxmaqdan bezikib iş-güclərini yadlarına salıb yavaş-yavaş dağlışmağa başladılar. Hündür mərtəbəli binanın pəncərələrindən nə olduğunu bilmək üçün başlarını bayıra çıxarmış arvadlar da elə bil indi ayılıb uşaqlarını evə çağırırdılar. Uşaqlar bu cür maraqlı şeyi buraxıb getmək istəməsələr də analarına hay verib evə dönməyə məcbur idilər. O biri, işləməyən, bütün gününü orda-burda keçirən yekə kişilər yenə çayxanaya doluşub səs-küylə damino oynamağa başladılar. Səlim diz çökmüşdü.

Yenililklər
07.12.19
Rasim Qaraca - Kəpənəkli günlər
07.12.19
Nemət Mətin - Sonuncu uçuş
06.12.19
Yazıçı Kənan Hacı ABŞ-da mükafat aldı
06.12.19
Vüqar Əhmədin yeni monoqrafiyası işıq üzü görüb
06.12.19
Azərbaycan Universitetində Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı olub
03.12.19
"Ulduz"un noyabr sayı çap olunub
03.12.19
Cəlil Cavanşirdən 18+ roman gəldi
03.12.19
Pərvanə Məmmədli - Tatyana Çaladzeni qədrini bilmədik
02.12.19
Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
02.12.19
Səxavət Sahilin “Nar ağacının nəğmələri” kitabı çap olunub
02.12.19
Adil Mirseyidin "Son şeir, son vəsiyyət"i təqdim olundu
02.12.19
Cavanşir Yusiflinin "Mətn. İşarə. Məna" kitabı təqdim olundu
27.11.19
2020-ci il üçün dövlət mükafatlarına əsərlərin qəbulu elan edilib
27.11.19
AMEA dəyişir - Ramiz Mehdiyev yeni komissiya yaratdı
27.11.19
Elm Tarixi İnstitutunda Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunub
27.11.19
Xalça Muzeyində “Kəlağayı: ipək qanadlar” sərgisinin açılışı olub
26.11.19
“Əsir düşən” Qarabağ xalçası haqqında sənədli film çəkilib
26.11.19
Taleh Eminoğlu - Həyat və ya "cəfəngiyyatın qaynağı"
26.11.19
"Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" kitabının təqdimatı olub
26.11.19
Hürufi şair Sürurinin Azərbaycan türkçəsində yazdığı divanın surəti ABŞ kitabxanasında aşkarlanıb
26.11.19
Bakıda “Türk filmləri həftəsi” başlayıb
25.11.19
Fərid Hüseynin "Sevdiyim əsər” adlı kitabı nəşr olunub
22.11.19
Rockefellerin memuarları çap olunub
22.11.19
"İki xalqın oğlu Maqsud Şeyxzadə" kitabı işıq üzü görüb
22.11.19
Mərahim Nəsib - Getdilər edamlıq adamlar kimi 
21.11.19
Süleyman Muradlı - O, mənim dayımdır!..
21.11.19
Pərvanə Məmmədli - “Sanma bu əsrdə hər şey bitib nisyan oldu”
20.11.19
Səxavət Sahil - Yazıçıya çevrilmək
20.11.19
Bəsirə Əzizəli - İstanbullu yazara Bakının verdiyi ilham
20.11.19
Cavanşir Yusiflinin kitabı təqdim olunacaq
20.11.19
III Dərgi Qara dəniz Beynəlxalq sosial elmlər simpoziumu keçirilir
18.11.19
Mübariz Örənin Fransada romanı çıxır
18.11.19
Bakı Slavyan Universitetində yazıçı Şərif Ağayarla görüş keçirilib
14.11.19
Şair Şamxal Rüstəm vəfat edib
13.11.19
Səxavət Sahil: “Tənqidçi mənə deyir ki, istəyirsən sənin romanından yazım?” - MÜSAHİBƏ
13.11.19
Cəlil Məmmədquluzadənin nəslinin davamçıları Bakıya gəlir
13.11.19
"Qanun"dan yeni kitab - Stiv Cobs
13.11.19
Zahid Sarıtorpaqdan yeni romanı çap olunub
11.11.19
Bəsirə Əzizəli - Məhəmməd İqbal və türk sədrəzəmi  Səid Həlim Paşa
09.11.19
Bədrxan Əhmədlinin “Türkçülüyün üçlü formulu. Nəzəri və tarixi aspektləri” kitabının müzakirəsi keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.