Günel İmran - İstənilməyən mələk
03.07.15

Hekayə

Yuxudan oyananda göz qapağına qonmuş ağ kəpənək az qalsın gözünü içinə girəcəkdi. Nəsir yataqdan qalxanda boynunun bərk ağrıdığını hiss etdi. Ev tanımadığı insanlarla, ağ kəpənəklərlə dolmuşdu. Doğmalarını çağırdı. Ətrafdakıların sək-küyü Nəsirin səsini batırır, onun dedikləri eşidilmirdi. İzdihamı bölüb eyvana çıxdı. Həyətlərində yas çadırı qurulmuşdu. Çox sayda insan  binanının ətrafına yığışmışdı. Otağa qayıdıb “kimin yasıdır”- deyə sual verəndə heç kim ona cavab verməmişdi. Nəsir həyətə çıxmaq üçün pilləkənləri düşəndə atası qarşısına çıxdı. Atası çox gümrah görünür, aylarla xəstə yatan adama heç oxşamırdı. Atasının adı Ata idi.  Saçlarına qara dənlər düşmüş, neçə il cavanlaşmışdı. Əlində faks kağızı rulonu kimi çox uzun bir kağız vardı.  Nəsir atasının əlindəki kağızın aşağı mərtəbələrəcən uzandığını gördü. Ata oğluna bu kağızların yas mərasiminə dəvət etdiyi adamların siyahısı oduğunu, məclisi necə təşkil etdiyindən danışdı.  Nəsir atasının işgüzar söhbətinin səbrlə dinləyirdi. Halbuki kimin yası olduğunu bilmək  marağı, narahatçılığı onu daxildən didirdi. Dözməyib Atanın sözünü yarımçıq kəsdi. Nəsir atasından kimin rəhmətə getdiyini soruşanda o, cavab vermədən gülümsədi. Sualına cavab eşitməsə də atasının üzündəki təbəssüm onu sakitləşdirmişdi. Gələrkən özü də atasına bənzəyirdi. Nigarançılığı keçmişdi. Ata ondan səhər yeməyi yeyib yemədiyini soruşdu. Cavabını gözləmədən də kiçik yaşlarında olduğu kimi oğlunun əlindən tutub həyətdəki çadıra apardı. Bir boşqab halva gətizdir. Ata çadırın girişində dayanıb gələnləri salamlayırdı. Alnından tər yanaqlarına süzülürdü. Nəsir bu gördüklərindən narahat olub, ona yaxınlaşdı:
-Ata, bir az dincəl , bu mərasim bir həftə sürəcək. Get bir az istirahət elə ki, yorğunluğun çıxsın. Axı təzə sağalmısan.

Atası etiraz etmədən, onunla binaya tərəf gəldi. Bir həftə... Yas məclisini bir həftə çəkəcəyini hardan bilirdi?  Bilmirdi, elə belə demişdi. Pilləkənləri atasının ardınca qalxırdı. Öz mətrəbələrini geridə qoysalar da pilləkən qalxmaqda davam edirdilər. Binanın çardağına çıxdılar. Hər tərəfdə ağ divanlar, kürsülər, yataqlar  var idi. Bura da adamlar toplaşmışdı. Onların geyimləri  oturduqları yer kimi bəyaz idi. İlk baxışdan  Nəsir onları tanımamışdı.  Daha da yaxına gələndə ilk olaraq 10 il əvvəl dünyasını dəyişmiş babasını tanımışdı.  Burda yığışanların hamısı onun  nə vaxtsa ölən qohumları idi. Onların hamısı Atanı gördüklərinə sevinmişdilər. Nəsirə isə heç fikir vermirdilər. Hərəsi Ataya öz yanında əyləşmək üçün yer göstərirdilər. O, isə heç kimin yanında oturmadan çardağın uzaq bir küncündəki çarpayıda uzandı. Uzanan kimi də yuxuya getdi.  Çardaqdakı ağ göyərçinlər Nəsirin üzərinə uçuşaraq, onu burdan qovaladı.  Göyərçinlərin sayəsində ayağını hara atdığını da görə bilmirdi. Və boşluğa addım atdığını hiss etdi. Nəsir yuxudan pilləkənlərdən yıxıldığı an  ayıldı.

Bütün bunlar yuxu idi. Həqiqi olan isə Nəsirin çarpayıdan  yıxılması idi. Boynu yuxuda olduğu kimi ağrıyırdı. Hələ də yuxunun təsirində idi. Haçansa  pis yuxu görəndə  gerçəkləşməsin deyə soğan dişləyib atmaq lazım olduğunu eşitmişdi. Belə şeylərə əvvələr inanmazdı. Bu yuxudan ayılanda isə eyvana çıxıb orda saxladıqları bütün soğanları  dişləyib pəncərədən çölə atdı.  O qədər soğan dişləmişdi ki, bir də heç vaxt soğan yeməyəcək qədər iyrənmişdi. Eyvanın pəncərəsin bağlayanda pəncərə şüşəsinə yapışmış ağ kəpənəkləri gördü. Yuxudakı kimi idilər. Sadəcə  bunlar tərpənmirdilər. Həmin gün Nəsirin atasının vəziyyəti pisləşmişdi.  Atanı qara basırdı. Dünyasını dəyişmiş insanların adını  sayıqlayır. Onların onun halını soruşmağa gəldiklərini deyirdi.  Nəsir yuxsunu heç kimə danışmadı. Yuxusunu unutmağa çalışdı. Ata hər gün daha da zəifləyir, həyatla bağları incəlirdi.  Çəkisi uşaq çəkisi qədər yüngül omuşdu.  Həkimlərsə ümidli idilər. Atanın sağalması üçün hər şey edilirdi. Nəsirdən başqa heç kim Atanın dünyasını dəyişəcəyini ağlına gətirmirdi.  Nəsir gün boyu bunu ağlından çıxarırdı.  Bu yuxunu gördüyü gündən bəri ölüm mələyini hər zaman yanında hiss edirdi.  Mələk Nəsirlə yemək yeyir, nəfəs alırdı. Ölüm mələyi gecələr keşikdə dururdu. Özü də yatmırdı, Nəsirə də yatmağa imkan vermirdi. Hər gecə başını yastığa qoyanda Nəsir ürəyinin yerindən çıxacağını hiss edirdi. Qulaqları saat əqrəblərinin səsindən batırdı. Ondan başqa saat səsləri heç kimi narahat etmirdi.  Evdəki saatların hamısını zibilə atdı. Amma yenə də sakitlik çökmədi.  Hər gecə yatmaq istərkən ürəyi saatlardan bərk döyünərək onu gözünü qırpmağa macal vermirdi. Səhərəcən tavana  baxıb say sayırdı.  Həyatının ən uzun həftəsi beləcə keçdi. Həftənin tamamında  atasının səhhəti çox yaxşılaşdı. Yanaqlarını qırmızı rəng gəlmişdi.  Sanki neçə il cavanlaşmışdı.  Zil qara rəngi gözləri həyat eşqi ilə parıldayırdı.  Belədə Nəsir atasına daha çox oxşayırdı. Danışarkən həmişə atası kimi alnını qırışdırırdı. Ata və oğulun alnındakı qırışlar da eyni idi. Nəsir həmin gün rahat nəfəs aldı. Başına yastığa qoyan kimi yuxuya getmişdi...

 Səhər yuxudan sevinclə ayılmışdı. Yuxudakı bir həftə ötmüşdü. Ayılan kimi xəstəxanaya zəng etmiş, atasının həyatda olduğuna əmin olmuşdu.  
Hər şey yaxşı olacaq – dedi. 

Onu bir həftədir izləyən ölüm mələyinin çıxıb getdiyini hiss etdi.  Boğazına dirənmiş baltadan, ölümdən qurtulmuş kimi şadlandı. Bir neçə saatdan sonra atasının səhhəti pisləşdi. Bu dünya ilə, yaxınları ilə vidalaşmaq üçnü Atanı xəstəxanadan evinə gətirdilər. Nəsirin yuxusundakı bir həftə keçdikdən sonra Ata dünyasını dəyişdi.  Nəsir isə səhər səhv etdiyini, atasını aparmaq üçün gələn ölüm mələyinin də onları indi tərk etdiyini duydu.

Avanqard.net

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.