Elçin Hüseynbəylidən təklif: Xaqani Poeziya Günləri bütün Azərbaycan üzrə keçirilsin!
07.07.15

Elçin Hüseynbəyli yazır

2011-ci ildə Şabrandan keçəndə təsadüfən maraqlı bir abidə gördüm. Yazıçı dostum Aydın Tağıyevdən “Bu, kimin heykəlidir?” -deyə soruşanda, o:  “Xaqaninindir. Bu yaxınlarda açılışı olacaq” - dedi.

Və 2012-ci ilin iyulunda həmin abidənin və Xaqani Poeziya Evinin açılışı oldu.

Qəribə taledi, eləmi? Doqquz əsr əvvəl Şirvanşah Axistanın əmri ilə Şabran qalasındakı zindana atılmış və sonradan Bizans şahzadəsi Andron Konkenin köməyilə həbsdən azad edilmiş Əfzələddin Xaqani Şirvaniya şabranlılar öz üzrlərini bu cür bildirdilər.

Əslində şairin həbsə atılmasında şabranlıların elə bir günahı yoxdu, sadəcə tale belə gətirmişdi.

Şair təsadüfən Şabrandan keçib şimala gedən Bizans şahzadəsi Konkeyə göndərdiyi məktubda bu cümlələri də yazmışdı:

Mən  məna yaradan tutiyəm, əfsus,
Şabran qalasında olmuşam məhbus.

Sonradan isə bu misralar onun məşhur “Həbsiyyə” qəsidəsinə daxil edilmişdi.

Şübhəsiz, Bizans şahzadəsinin oradan keçəcəyini şairə yerli əhali, bəlkə də qalabəyi özü demiş  və onun məktubunun Konkeyə çatdırılmasında şabranlıların müstəsna xidmətləri olmuşdu.

Həbsdən qurtulan şair “Siz mənə həyatı etdiniz əta, Şirvan anadırsa, Təbrizdir ata” deyərək doğma yurdunu atıb, başqa bir doğma vətənə -Təbrizə tapınır.

Bu sətirləri mən ədəbi biliyimi nümayiş elətdirmək üçün yazmadım. Onsuz da bilgili adam bu məlumatları müasir informasiya vasitələrinin köməyilə asanlıqla əldə edə bilər.

Mənim demək istədiyim başqadır.

Şübhəsiz, Xaqani Şirvaniyə abidəni bütün Azərbaycan xalqı öz ürəyində ucaldıb, amma şabranlılar onu heykəlləşdirə biliblər. Bu, bir tarixdir. Amma ikinci tarix də var: həmin abidənin və Xaqani Poeziya Evinin tikilməsi ideyası Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzova məxsusdur. Ədəbi mühitdə Novruz Nəcəfoğlu imzası ilə tanınan qələm dostumuz, dəyərli ziyalı və idarəçi Novruz müəllim  Şabranda Xaqani Poeziya Günlərinin hər il keçirilməsi ənənəsinin əsasını qoyub.

Mən də daxil olmaqla, ədəbi mühitin nümayəndələri hər il iyunun 14-də Şabranda bu tədbirdə işirak edirlər. Bu il də, obyektiv səbəbdən bir az ləngisə belə, əvvəlki coşqu və maraqla keçirildi.

Yenə də sözümün canı bu deyil. Yəni məqsədim kimisə tərifləmək deyil, halbuki bu işdə əməyi olanların buna haqqı çatır. Novruz müəllim özü demiş, rayonda bu cür tədbirlərin keçirilməsi icra başçısının işidir. Və dövlətimiz də, onun başçısı da sağ olsun ki, ədəbiyyata və mədəniyyətə qayğı və diqqət göstərir.

Demək istədiyim odur ki, ölkəmizdə Sabir, Səməd Vurğun, Mikayıl Müşfiq Poeziya Günləri keçirildiyi kimi, Xaqani Poeziya Günləri də keçirilsin, yəni bu tədbir rayon çərçivəsi ilə məhdudlaşmasın. Çünki təşəbbüs də var, bayram da hər il qeyd olunur. Belə olarsa, həbsdə yatmış Xaqaniyə təkcə şabranlılar yox, həm də bütün Azərbaycan xalqı borcunu tamam-kamal ödəmiş olar...

Sonda: Azərbaycan Yazıçılar Birliyi rəhbərliyinin  bu təşəbbüsə dəstək verəcəyinə şübhəm yoxdur... /525.az/

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.