Kənan Hacı - Selincerin vəfasız, Çaplinin vəfalı qadını
07.07.15

Fransız yazıçısı Frederik Beqbeder bestseller dünyasının, müasir dövrün ən parlaq imzalarındandır. Əlbəttə, kimsə deyə bilər ki, Beqbeder ciddi ədəbiyyat kateqoriyasına aid yazıçı deyil. Bir neçə il əvvəl onun “Məhəbbət üç il yaşayır” romanını oxuduqdan sonra mən də bu qənaətə gəlmişdim. Roman mənə bəsit, yalınqat  təsir bağışlamışdı, epatajlardan bolluca istifadə əsərin bulvar ədəbiyyatına aid olması qənaətini doğururdu. Romanın fabulası çox sadədir. Gənc bir jurnalist əmindir ki, məhəbbət üç il yaşayır, o, gözəl bir qızla evlənir, üç ildən sonra onlar bir-birlərindən bezirlər və kişi başqa bir qadına vurulur. Əsərin sonunda onların evliliklərinin üçüncü ili təsvir olunur. Heç nə dəyişməyib, onlar hələ də bir-birlərini sevirlər. Əsasən gənc oxucu kütləsinin zövqünə hesablanmış bu əsər müəllifinə dünya şöhrəti gətirdi.

Beqbederin bu qədər populyarlaşmasının , kitablarının milyon tirajlarla satılmasının səbəbləri haqda düşünərkən bu qənaətə gəlirsən ki, o, incə  ustalıqla qızıl ortanı qoruyub saxlaya bilir. Adını çəkdiyim romanda xeyli sayda aforistik cümlələr var, Beqbeder oxucunu çətinə salmır, müasir oxucunun zövqünü, dünyagörüşünü, maraq dairəsini əhatə etməyi bacarır. Bir sözlə, bu günkü oxucunun nəbzini tuta bilir. Fransız eksiztenzialisti Jan Pol Sart “Yazıçılıq fəaliyyətinin motivləri haqqında mülahizələr”ində yazır ki, “yazı fəaliyyəti ilə bağlı hər kəsin öz motivləri ola bilər: kimisi üçün ədəbiyyat sığınacaq yeridir, bir başqası üçün nəyisə fəth etmək vasitəsidir. Yaradıcılığın ən mühüm motivlərindən biri özümüzü dünyaya münasibətdə vacib hiss etmək ehtiyacıdır”. Bu mənada Beqbeder də romançılıqla bağlı öz motivləri olan yazıçıdır. Onun əsərlərində obrazlar həm də həmmüəllifdir. Bu günlərdə Beqbederin “Una və Selincer” romanını oxudum, əsərdəki bütün obrazlar sanki romanı yazmadqa müəllifə kömək etməklə məşğuldurlar. Roman Nobel mükafatı almış Amerikan dramaturqu Yucin O`Nilin qızı Una O`Nillə bütün zamanların böyük yazıçısı Cerom Devid Selincerin uğursuz məhəbbət macərasından bəhs edir. Selincerlə qısa münasibətdən sonra on yeddi yaşlı Una dünya kinosunun nəhəng simalarından olan 55 yaşlı Çarli Çaplinə vurulur və ona ərə gedir. Selincersə müharibəyə yollanır, cəbhədən Unaya məktublar yazır. Beqbeder bu əsəri yazmaq üçün Selincerin Una O`Nilə yazdığı məktublarla tanış olmaq istəyir. Buna görə Çaplin ailəsinin arxivinin rəhbəri Keyt Güyonvarxa xahiş məktubu yollayır. Az sonra məktuba cavab gəlir, Çaplin ailəsi anasının məktublarını yazıçıya göstərməkdən imtina edir. Selincerə gəldikdə isə o, ölümündən sonra novellalarının və əlyazmalarının çapına qadağa qoymuşdu. Beqbeder böyük bir məyusluq yaşasa da düşünür ki, nə pis və nə yaxşı ki, belə oldu. Cerrinin Unaya yazdığı məktublar öz əbədi sirrini qoruyub saxlayacaq.

Amma Beqbeder ümidini üzmür, onu təxəyyülü xilas edir. O, gənc Cerri ilə yeniyetmə Unanı görüşdürür. Cerrinin iyirmi, Unanın on yeddi yaşı vardı. Una və iki rəfiqəsi Nyu-Yorkun ən lovğa qızları idilər, onlar elit təbəqənin varlı qızları olaraq daim diqqət mərkəzində idilər. Una Nobel mükafatı almış bir yazıçının (Yucin O`Nilin), sağ və məşhur yazıçının qızı idi və o, hələ uşaq ikən atası ondan imtina etmişdi. Una atasız böyümüşdü və qlamur həyat tərzi keçirirdi, anası qızının ifrat sərbəstliyinə, ərköyünlüyünə qarşı çıxmırdı. Bu dəlisov qız Cerriyə qarşı biganə deyildi, amma çox tez anlamışdı ki, bu “uzundraz idiot” onu uzaq hədəflərinə çatdıra bilməyəcək. Qırx ildən sonra ömürlərinin ixtiyar çağında yenidən görüşürlər və Una qoca Cerriyə deyir: “Müharibədən qabaq sən kişi kimi yetişməmişdin. Mənim isə kişiyə ehtiyacım var idi”.

Cerrinin başına mərmilər yağanda Una bütün dövrlərin ən böyük satiristi, 55 yaşlı Çarli Çaplinə aşiq olur və onlar evlənirlər. Çarli o zaman şöhrəti çoxdan geridə qoymuşdu. Çarli xudbin, özünəvurğun, şorgöz, qadın düşgünü idi, Nabokovun Lolitasına vurulmuş Humbert Humbert kimi azyaşlı qızlara maraq göstərən birisi idi. Paradoksal məqam budur ki, belə xarakterli kişi ömrünün sonunadək Una ilə birlikdə ömür sürdü, Una ondan səkkiz uşaq dünyaya gətirdi. Una onu sevirdi. Yeri gəlmişkən, Beqbeder gənc, yeniyetmə qızların yaşlı kişilərə vurulmasının səbəblərini bu kitabda incələyir.  

Onlar birlikdə çox xoşbəxt bir ömür sürdülər. Beqbeder Cerrinin məktublarını oxuya bilmədi, amma onun intuisiyası bu məktubları yenidən yazmağına kömək etdi. Amma yazıçı romanın girişində oxucuya müraciətlə belə yazır: “Bu roman təxəyyülün məhsulu deyil”. Amerika yazıçısı Trumen Kapote bu tipli romanları  “non-fiction novel” (qeyri-bədii ədəbiyyat) adlandırır. Faktlardan çox yayınmamaq şərtilə nəsr sənətinin bütün imkanlarından yararlanan nəsr forması.

Beqbeder yazır ki, təsvir etdiyim hadisələr həqiqət olmasa, son dərəcə məyus olaram. Oxucu Cerri və Una sevgisinin həqiqiliyinə inanır. Gerçəkdən onlar qısa müddət sevgili olublar və bunu bütün tarixi sənədlər də sübut edir. Beqbeder bu sevgini ədəbiyyata gətirib. Mən bu romanı bədii əsər kimi yox, memuar kimi oxudum. Yazıçı sanki bu sevgiyə şahidlik edib.

Una gəncliyində aktrisa olmaq istəyirmiş. Onun atası Yucin O`Nil aktyor ailəsində dünyaya gəlmişdi, anası Еlla O`Nil morfi düşkününə çеvrildiyindən oğlu üçün ciddi problеmlər yaratmışdı. İnanclı katolik ruhunda tərbiyə olunan kiçik Yucin Allaha dua еtməklə anasına хilas yolu tapacağını fikirləşirdi. Dualarının səmərəsiz qaldığını görəndən sonra kilsədən həmişəlik üz döndərmişdi. Bir sözlə, kiçik yaşda üzləşdiyi böyük problеmlər onun uşaq psiхikasına təsirsiz ötüşməmişdi. Atası irland teatrının aktyoru idi, ilk övladı öldükdən sonra içki düşkününə çevrilmişdi. Yucin onun ikinci övladı idi. Uşaqlıq travmaları gələcəyin yazıçısının sonrakı həyatına da çox pis təsir etmişdi. O, öz ümidsizliyi ilə qidalanırdı. Evlilik də Yucinin həyatına xoşbəxtlik gətirmədi. İki oğlu intihar etdikdən sonra o da içki düşkününə çevrildi. Unanın iki yaşı olanda atası onları birdəfəlik atıb getdi. Beqbeder yazır ki, xoşbəxtlik Yucinin girə biləcəyi kol deyildi. O, yaradıcılıqdan öz ətrafına divar çəkmişdi. Una uzun illər boyu atasına məktublar yazır, onunla görüşmək istəyir. Yucin isə qızından birdəfəlik imtina etmişdi.

Romanda dəhşətli müharibə səhnələri təsvir olunur. Bu təsvirlər Remarkın təsvirləri qədər amansızdır. Cerri rabitə qoşununda almanlara və yaponlara qarşı döyüşürdü, gözünün qarşısında insanlar milçək kimi qırılırdı. O, möcüzə nəticəsində sağ qaldı. Sağ qaldı ki, ona dünya şöhrəti qazandıran “Çovdarlıqda uçurumdan qoruyan”ı yazsın. O illərdə Una Cerrinin fərari adlandırdığı Çarli ilə məsud günlər yaşamaqdaydı. Bu əsəri oxuduqdan sonra internetdə Çaplinin son illərdə Una ilə birlikdə olan görüntülərini izlədim və çox mütəəssir oldum. Çaplin çətinliklə yeriyir, Una yaşlı və qoca ərinin qoluna girib. Çarlinin Unaya sonsuz sevgisi bu kadrlarda o qədər qabarıq hiss olunur ki...

Beqbederin “Una və Selincer” romanı Selincersevərlər üçün dəyərli bir əsərdir. Kitabda həmçinin, səssiz kinonun dahisi Çarli Çaplinin həyatının maraqlı məqamları yer alır. Oxucular onun solçu mövqeyinə görə Hollivuddan kənarlaşdırılmasının və əvvəlki şöhrətini itirməsinin şahidi olacaqlar. Bununla belə, Una son günlərinə qədər ona sadiq qaldı. Amma onun qəlbində bir Selincer yarası vardı...

"Ədəbiyyat qəzeti"

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.