Yetim Qacar - Sabir sağ olsaydı...
10.07.15

Son günlər Manera.az Rüstəm Kamaldan aldığı müsahibə ilə unudulmaz Sabiri bir daha gündəmə gətirib. Onun yazdığlarının hələdə öz aktuallığını qoruduğu üçün Sabirin həmişəyaşar şair olduğunu bir daha isbatlayıb. Rüstəm Kamal nə yazdığını bilən insandır. Kimsə onun nə yazdığını bilmirsə, günahı Rüstəm muəllimdə yox, özündə axtarsın. Konkret Sabir məsələsində müəllim problem, Sabir də yox, cəmiyyətin düzəlməməsində, əksinə, mən daha deyərdim pisləşməsində görür. Sabir “fəhlə səndə özünü bir insanmı sanırsan” deyirdi, amma fəhləyə insan kimi baxmayanlar artıq bu gün millətin ziyalısına dil uzadırlar. Sabir sağ olsaydı yazardı: “Ziyalı sən də özünü bir insanmı sanırsan?  Xalqın dərdini deməyi asanmı sanırsan?”  Yenə  məmmədhəsənlər boy-boya verib, yenə ittihamın üçü bir qəpikdir…

Allah, bizim canımız nə zaman qurtulacaq bu ittiham, şivənlərin əlindən? Ay Məmmədhəsən, ay bala, Rüstəm Kamalın yeganə səhvi odur ki, o Sabirin dəyişə bilmədiyi sənin Məmmədhəsən kafanı dəyişdirmək istəyir. İstəyir ki,  sən biləsən, sən düzəlməyənə qədər Sabirin şeirlərinin aktual olması bu millətin irəli yox, geri getməsindən xəbər verir. Niyə düzəlmək istəmirsən, ay Məmmədhəsən kimilər dəstəsi? Nədir istəyiniz ? Niyə oxumursan ? Kafkanın adını  əzbərləyib Borxesden 2-3 sitat gətirməklə hara getmək istəyirsən? Məhəmməd Hadi zamanında belə yazırdı: “Oxumaqçün nə qədər dadü-fəqan etdimsə, Olmadı zərrə əsərbəxş bu istimdadım. Dağa dersən eşidir, sonra verir əks-səda, Daşa dönmüşlərə əks eyləmədi fəryadım”  İndi bəlkə silkələnmə, özünə qayıtmaq zamanıdır? Demirəm ki, oxu xarici yazarları. Oxuma, amma ilk öncə özünü oxu oxu, gör nə gündəsən. Sonra “yox imzası millətimin imzalar içində” deyib sonunda müalicə almaq üçün hətta öz şeirlərin satıb dərman, çörəkpulu əldə edən Hadi başda olmaqla öz yazarlarını oxu. Yoxsa düzəlməyəcəksən MƏMMƏDHƏSƏN! Lap elə sonunda “Yeddi oğul istərəm” filmində deyildiyi kimi deyəcəklər: Qəqənisən ki qəqəni!

 Çalış bu söz sənə deyilməsin: “Məmmədhəsənsən ki Məmmədhəsən…”

Avanqard.net

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.