Xosrov Barışan - Addımları tarixə quylanar
13.07.15
XOSROV BARIŞANI SORUŞSANIZ...
“Xosrov Barışan”ı soruşsanız... Oradan getdi burasızlığa hər gün; Yol yanğını bir yuruşu; Ayaqları yerişinə ağır yükdür! Ayaqları qırmızı alarm! Yeridiyi küçə İki nəfərlik yalqızlığı qədərdir. Kim yazsa adresini qorxar! Bir paradoks heykəlidir suallar bülvarında! Eşiyi içini danar, içi eşiyini! Qapananda qapılar Şeirlərində qaçaq; Addımları tarixə quylanar.
“Xosrov Barışan”ı soruşsanız... Səhər olsa Yuyar Əl-üzünü ışıqla Və göyə sarı darar saçlarını. Habelə ana qarnından ölümlə adaqlı; Doğulandan şer ilə evli; Ürəyi yumruğudur. Sevməyi yumruğundan böyük; Tutduğunda əli boşa gedər. Boğular bütünlədəndə əsgik yanını! Gönül verdiyi Qəhbələrin bakirə kraliçəsi! Ölümdən qaçıb da şeir yazar. Buludları quş sıçar, quşları qanad! Qəfəsdə uçmaq ən qırcanan sevgilisi. Eylə odlu öpüşər ki Söndürər bütün çıraqları. İnciyəndə küsməz, Yarım qalar.
“Xosrov Barışan”ı soruşsanız... Qaranlıqdaki çığırmadır Bu umud oyan nəfəslaqda. Quşğuları tiğə ağzında yaşayar. Tilfunlarının dalısında gecə pıçıltısı; Sevgilisini qarabasmalarda oğurladılar. Hirsində vardır tütsüsü... Tütsüsündə böyütdü ulduzunu... Yuxusunu qurdu hirsində... Və bir məktəbdir yuxuları Oxunulsa Diksinib oyanar! Bu günü dünəninə dustaqdır, Dünəni bu gününə. Gördükləri hər zaman yasaqdır yasaq...
“Xosrov Barışan”ı soruşsanız... Hər sorununu Şeirlə çözməyi düşünür. Yada şeirin Özüdür elə, Heç bir qaliba sığışmaz, Özünə belə, Dərd çəkər, dərd... Yazdıqları naşirlərin, Qazilərin çörək ağacıdır. Yalqızlığı yoxluğu qədərdir. Həyatı bir filimdir, Çəpik çalacaqsınız bitcək.
|