“Divara yazılmış AZADLIQ sözü”

13.07.15

Şair Məlahət YUSİFqızının gənc şair Vasif Əlihüseynin  “Divara yazılmış AZADLIQ sözü” kitabı haqda yazısını təqdim edirik.

Kamilliyə yiyələnmək üçün vacib olan bəzi keyfiyyətləri qazanmaq cəhdi olmalıdır ki, şəxsiyyət formalaşsın. Bəzən azacıq dəyişməklə həddindən çox nəsnəyə nail olmaq olur. Bəzən ciddiliyin çatışmaması üzündən insanın ən gözəl qabliyyət və keyfiyyəti passivləşib məhv olur. Çatışmayan cəhət yaxın adamlar tərəfindən daha çox hiss olunduğundan onların qətiyyəti olmalıdır ki, insanda yumşaq rəftarlılıq yaransın. Bu hal da təmkin nəticəsində əldə edilir. Əgər insan özündə olan nöqsanları dərk edə bilirsə, onlardan yaxa qurtarmaq daha çox asan olur və nöqsanı düzəltmək cəhdi insanın xasiyyətini dəyişdirib yaxşılaşdırır, dözüm, təmkin formalaşdırır:

- Mənim gözəl anam, mehriban anam,
Kimdi ki, gizlincə döz deyir sənə?!
Sənin ürəyinin genişliyindən,
Yaxın da, uzaq da söz deyir sənə.

Səfeh adamlarla müdrik, ağılsız adamlarla ağıllı olmağın əhəmiiyyəti olmadığından hər kəslə onun dilində danışmaq gərəkdir, elə analar kimi. “Ürək genişliyinin” , dözümün ilk öyrədicisi anadır.

Nə qızdan yarıdın, nə də oğuldan,
Özgənin balası xeyr gətirdi.
Məni də göndərdin qazanc dalıyca,
Qayıtdım, gələndə şeir gətirdim.

Məqsədə doğru inadla getmək lazımdır. Həm də bu inad işin başlanğıcında bütünlükdə sərf olunmamalıdır. Belə olduqda işi axıra çatdırmaq olmur. Təşəbbüsün dalınca işi axıra çatdırmaq cəhdi olmalıdır ki, insan ilişib yarı yolda qalmasın. Hətta qalib gəldikdən, işi axıra çatdırdıqdan sonra belə kifayətlənmək uğursuzluqdur. Çalışmaq, səbrlə işi axıra çatdırmaq ömrün sonunadək silsilə şəklində davam etməlidir. Səbirsizlik yarımçılıqdır:

-Getmədik biz bu yolu da,
bu ömür də dərdə qalsın.
Bu yol da unutsun bizi,
bu yolu əllərdə qalsın.

Bu bir bəndə verilən zəncirvari şəkilli asılılıq, fikrin bir – birini tamamlaması, “gedilməyən yolda ömrün dərdə qalması”, “Səni unudan yolun əllərdə qalması” bu günün sabaha qalan işi və gələcəyə ismarıcıdır.

Sənətkarın ustalığı onda qabarır ki, o, bütün olub – olacaqları düzgün başa düşüb, doğru – düzgün nəticə çıxarıb, hər kəsin başa düşəcəyi tərzdə onların özlərinə qaytara bilsin. Belə olduğu halda hər kəs marağına uyğun cavabı ala bilir. Bu o demək deyildir ki, sənətkar hamı kimi mühakimə yürütsün, hamı tərəfindən xoşa gəlsin və qəbul edilsin. Sənətkar yadda saxlamalıdır ki, kamillik hamı tərəfindən başa düşülmür.

Kənd uşaqları
at arabasıyla
başını qatarlar
maşın arzusunun.

Və bir də
“Bəxtinizi bir daha sınayın” kimi
aldanışlara ümid bağlayarlar.

Göründüyü kimi hər kəs öz mühitinin tərbiyyəsindən çıxır və öz mühitinin adamı olur. Sənətkarlıq o olur ki, yaradıcılıqda hər kəsə məxsus mühit qurulsun. Hər kəs öz mühitinin əlamətlərini o əsərdə görüb, duya bilsin ki, o əsər sevilsin. Yoxsa:

Qulaqlarını tutmuş
tıxaclı maşınların
siqnal səsləri
ürəyində sadaladığın
ehtiyacların sırasını
poza bilməyəcək, anam!

Və ya:

- Ağlama, oğul!
Bu ildə baxçaya
gedə bilməyəcəksən.
...Bu il də
boynunu bükəcəksən
qapı ağzındakı oturacaqda.
Yenə donduracaq səni dondurma satan oğlanın
“dondurma var” sözləri.

...Qaçacaqsan
velosiped sürən
uşaqların arxasınca.

Yoxsulluq bəladır, həm də yox. Varlı olmaq da həmçinin. Yatırlar üstündə kasıb yaşamaq, var – dövlətinin sənə qənim kəsilməsi yoxsulluqdan ucuz və üzücüdür. Yaradanın bəxş etdiyinə, alnına yazdığına mütləq sənindir hökmünü vermək olmur. Son dövrlərə qədər Şeytanın alın yazısına müdaxilə etdiyinə əmin idim. İndi isə güclü dövlətlərin silah – sürsatının da alın yazısına müdaxilə etdiyinə əmin oldum. “Bağça”, “dondurma”, “velosiped” ehtiyacının ödənməsi həlli ola biləcəklərdəndir və müvəqqətidir. Məkrli siyasət, yaraq – sürsatlı düşmən, həlli olmayan məchullar, uc – bucağı görünməyən ağrı – acılar və s. Vətənsizlik, torpaqsızlıq, azad olmaq təhlükəsi, ovçu olduğun halda ova çevrilməyin, bəzən ov olduğunu belə bilmədən yaşamağın, düşdüyün torun içərisində nəsil artırmağın, gözünün odunu alan sürgün – represiyaların zaman – zaman səni izləməsi, ölümündən sonrakı bəraətin, işgəncə və qadağaların təsir və qorxusundan həqiqəti danıb yaşamağın...

Azadlıq
başqa bir varlıqdı,
dostum!

...Gəl, gedək
Divara yazılmış
“Azadlıq” sözünü
Ürəyimizdə oxumağa!

Budur həqiqəti söyləmək qorxusu! Budur dildə deyilib – oxunulasıları ürəkdə deyib – oxumaq! Azadlığı qazanmaq deyil, onu ürəkdə oxumaqla tapılan insan təsəllisi. Azadlığın “başqa bir varlıq”, hətta “başqa bir varlıq” olmasını dərk etmək ağrısı bütün itirilmişlərin ağrısından daha ağırdır. Fərdin, fərdin arxasınca cəmiyyətin, millətin, millətin arxasınca dövlətin azad olmaması təhlükəsini dərk etmək, dərk edərək yaşamaq yaşamaqdırsa, yaşayaq. Sənin də, dövlətinin də Yer üzərindəki yaşamaq haqqının alınmasından ağır nə ola bilər?!

-Gələn Şah gəlir üstümə,
gələn, Bəy gəlir, Xan gəlir.
Axı mən uşaq deyiləm,
deyəsən ki, “xoxan” gəlir.

“Xoxan”la qorxudulan uşaqların böyüklərini qorxutmaq üçün daha tutarlı vasitələr var:

-Ərləri xaricə
çörək dalıyca getmiş,
gəlinlər
kişi tapmadılar
bir toyuq başı kəsdirməyə.

...Ümidləri
daha çox qırıldı
gəlinlərin
toyuq başı kəsən uşaqların
sayı artdıqca.

Şərqdə toyuğun və ya əti yeyilən digər canlının başını müsəlman kişisi kəsməlidir. Qərbdə bunun heç bir önəm daşımadığını bilirik. Əti yeyilənin başının kəsilməsinin önəm daşımadığı halda, Şərqdə bunun elmi cəhətdən əsaslandırılması var və buna ciddi şəkildə əməl olunur. Şərqdə həmçinin rəmzi mənalar daşıyan çalarlar da var ki, onlar böyük əhəmiyyət kəsb edir və ona təsdiq olunmamış qanun səviyyəsində əməl olunur. Məsələn: - Papaq, örpək və s. Qərbdə papaq isti – soyuq üçündür, amma Şərqdə yox. Örpək də həmçinin. Şərqdə papağın kişilik, qeyrət, örpəyin ismət, həya rəmzi daşımağı var.


            - Heç nə vecinə deyil,
             Viktoriya!
 Soyuq pivəni
başına çəkməklə məşğulsan.
Mən isə
atasız qalan uşağının başını tumarlamaqla məşğulam.
hələ sünnət də etdirəcəm ona.

...Bilirsən,
Bu şəhərdə bizimkilərdən çoxdu.

Gündüzlər bazarlarda meyvə satıb,
gecələr pul xərcləməyə yer tapan
atalar üçün
darıxar uşaqları.

Yaxşı yadımdadı
Evdən çıxmağım,
Viktoriya!
Arxamca ağlayan körpələrimin
çığırtısı qalıb qulağımda.

...Bir də
atamı tutar polisləriniz,
Viktoriya!
Kabinetlərini sildirərlər ona.
Lənətə gəlsin polislərinizi!
Atam evimizin kişisidi
O, kabinet silməyib heç vaxt.

Şərqdə kişi evin “Allahı” rolunu oynamaqdadı. Bu səbəbdən Şərqdə kişili ailələrin sayı Qərbdəkindən qat – qat çoxdur, üstündür.




Qaçaq bu küçənin çamır yoluyla,
sevgi ünvanını sonra deyərik.
Sevgini əlində elə saxla ki,
küçəni çıxdıqdan sonra geyərik.

Təkcə sevgini deyil, bütün qazanılanları əldə saxlamaq, hətta qorumaq gərəkdir. Qədri bilinib, qorunayan qazanc qazanc hesab olunmaz:

-İndi anladım,
“Ayrılıq” qadınını itirməkdi,
“Təklik” isə babam kimi yaşamaq.

İtirəndən sonrakı sevgi boşuna xərclənən ömür kimidir. Ömrünüz, yəni vaxtınız boşuna xərclənməsin – deyirəm.


Məlahət YUSİFqızı, Xırdalan şəhəri

Yenililklər
15.10.19
"Buker"in qalibləri Marqaret Etvud və Bernardin Evaristo oldu
15.10.19
Ülvi ruhun sərhədsizliyi... - Nina Simiç Serbiyadan yazır
15.10.19
"Bütün dövrlərdə sevgi şeirləri daha təsirli olub" - Tuğrul Tanyol ilə müsahibə
11.10.19
Peter Handke - Nəzarət şurasına təbrik sözü
10.10.19
"Azərbaycan universitetləri ilə sıx əlaqələr qurmağa çalışırıq" - Müsahibə
10.10.19
Nobel mükafatı bu yazıçılara verildi
10.10.19
Ömrün üçüncü onluğunu yaşayan Fərid Hüseyn – Sona Vəliyevadan təbrik yazısı
09.10.19
“Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabının təqdimaı keçirilib
04.10.19
Ədəbiyyat İnstitutunda xarici yazarlarla görüş keçirilib
04.10.19
“Akademik Məmməd Cəfər Cəfərov - Ədəbiyyat nəzəriyyəçisi” kitabı işıq üzü görüb
03.10.19
Əhməd Ağaoğlunun “Mən kiməm?” kitabı işıq üzü gördü
03.10.19
Mərkəzi Elmi Kitabxanada “Çincə-Azərbaycanca lüğət” oxucuların istifadəsinə verilib
03.10.19
Bakıda Avropa Film Festivalı başlanıb
02.10.19
Kənan Hacının "Məşədi Azər təzkirəsi" adlı kitabı çap olunub
02.10.19
İmadəddin Nəsiminin 650 illiyi münasibətilə poçt markaları buraxılıb
02.10.19
Qorunan milli dəyərlərimizin təbliğ olunduğu ünvan: Milli Dəyərlər Muzeyi
02.10.19
Vüqar Əhməd Hindastanda "Ayın şairi" seçildi
30.09.19
"Nesimi. İrak divanı" kitabı təqdim olunub
30.09.19
Yeni aşıq şeiri antologiyasının təqdimatı keçirilib
26.09.19
Türkiyədə Vurğun Əyyubun anma mərasimi keçirilib
26.09.19
Şairlərimiz Dünya Yazarlarının Belqrad Görüşündə
24.09.19
Opera və Balet Teatrının oktyabr repertuarı zəngindir
24.09.19

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası İmadəddin Nəsiminin 650 illiyinə həsr olunacaq

24.09.19
Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR
23.09.19
Bəsirə Əzizəli - Məhəmməd İqbalin “Zarb-i Kelim” əsərində qadın
23.09.19
Etibar Kərimli - "Sehirbazlar dərəsi"nin postmodern "tilsimi", yaxud şərq Hamleti yaratmaq cəhdləri?!
20.09.19
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı oldu
18.09.19
BMT Pikassonun “Gernika” əsərinə görə İspaniyadan üzr istəyib
18.09.19
Vasif Əlihüseyn - Elə gözəl idi dizimdəki yaraların qurumuş qaysaqlarını qoparmaq
18.09.19
Vüqar Əhməd - Aktyorun dəfni
16.09.19
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi
16.09.19
Türk rənginin - Turkuazın hekayəsi
12.09.19
Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
İsa Həbibbəylinin yeni monoqrafiyası çap olunub
06.09.19
Naxçıvan Dövlət Tarix muzeyi - 95
06.09.19
Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
01.09.19
Esmira Fuad - Faniliyin poetik tarixi
01.09.19
Regina Deriyeva - Uşaqlıq-xəzinəsidir gözyaşlarının
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.