Çağdaş ədəbiyyat ana dilimizə necə təsir edir? - POLEMİKA
29.07.15

Azərbaycan ədəbiyyatı hər zaman Azərbaycan dilinin potensialı nəticəsində özünün şah əsərlərini yarada bilib. Folklor nümunələrimizdən təkcə “Kitabi Dədə Qorqud” daqstanını misal çəksək bəs edər. Eyni tendensiya yazılı ədəbiyyatda da davam etdi. Dilin incəliyindən, onun zəngin lüğət fondundan, məzəsindən, şirəsindən lazımı qədər istifadə edən yazıçı xalq arasında daha çox sevildi. Poeziyada Səməd Vurğunu, Məmməd Arazı, Hüseyn Arifi, Osman Sarıvəllini, nəsrdə Əli Vəliyev, Süleyman Rəhimov, İsi Məlikzadə və başqalarını buna misal göstərmək olar. Onlar öz əsərləri ilə həm də dilin inkişaf prosesinə müsbət təsir ediblər. Bəs bu gün necə, çağdaş Azərbaycan ədəbiyyatı və çağdaş yazarlar Azərbaycan dilinin inkişafına təsir edə biləcək əsər yaza bilirlərmi? Onların yazdıqları bədii nümunədə dilin gizli üstünlükləri nə dərəcədə üzə çıxır?

Bu sualla əlaqəli ədəbiyyat adamlarına müraciət etdik.


Filologiya elmlər doktoru, tənqidçi Vaqif Yusifli bu gün dilə müsbət təsir edən əsərlərlə yanaşı, həmçinin dil pintiliyi, kələ-kötürlülüyü ilə seçilən bədii nümunələrin də yarandığını qeyd edir:

“İstər sovet, istərsə də müstəqillik dövründə ədəbi əsərlərin dilə təsiri çox böyük olub. Dil elə yazılan ədəbi mətnlərin hesabına inkişaf edib. Azərbaycan ədibləri dilin inkişafında təbii ki, böyük rol oynayıblar. İndi isə bu sahədə həm irəliləyişlər görünür, həm də nöqsanlar nəzərə çarpır. Yazıçı üçün dil bədii  təfəkkürün ifadə vasitəsidir. Dilin normalarına əməl etmək hər bir yazıçının borcudur. Azərbaycan ədəbi dili müxtəlif üslubları ilə seçilib. Yazıçılar var ki, bu ənənəyə sadiq qalıblar. Dilin xəlqiliyini, plastikasını, dil normalarını qoruyub saxlayıblar. Yazıçılar da var ki, onlarda dil pintiliyi, dilin kələ-kötürlüyü açıq-aşkar hiss olunub. Yazıçının dili onun öz ana dilini nə dərəcədə mənimsəməsindən asılıdır. Məsələn, Sabir Əhmədli kimi yazıçının xalq dilinin inkişafında rolu çox  oldu. Yaxud, İsi Məlikzadənin dili saflığı ilə seçilib. “60-cılar”dan Anar, Elçin, Əkrəm Əylislinin dilin inkişafında böyük rolu oldu.

Bu gün ədəbiyyata gələn cavanların dilində elə şeylər nəzərə çarpır ki! Dil pintiliyi, üslub səliqəsizliyi xüsusən də bu gün yaranan poeziyada diqqəti cəlb edir. Bunun qarşısını almaq barəsində fikirləşmək lazmdır. Bunun qarşısını almaq üçün hər hansı inzibati qaydalar yoxdur. Yazıçının gərək özü həyatla bərabər öz dilinə də bələd olsun”.

Ədəbiyyatşünas, BDU-nun dosenti Məti Osmanoğlu məsələyə bir az ayrı yöndən yanaşır. Onun fikrincə, əgər bədii kitablar bu gün cəmi 300-500 tirajla çap olunursa, ədəbiyyatın dilə müsbət və ya mənfi  təsirindən danışmağa dəyməz:

“Yazıçının və ya bədii əsərin ədəbi dilə təsiri məsələsini birmənalı qiymətləndirmək çətindir. Çünki zaman keçdikcə,  yazıçının özünün də dilə münasibəti dəyişir. Yəni dil amili nəinki ayrı-ayrı yazıçılar arasında, hətta bir yazıçının öz yaradıcılıq prosesində də fərqli meyar qazanır. Məsələn, dilinin mükəmməlliyi ilə seçilən İsa Muğannanın ədəbiyyata gəldiyi ilk illərdə -1950-ci illərdə əsərlərindəki dil-üslub meyarları ilə 1960-cı ildə yazdığı “Saz”, “Teleqram”, “Kollu koxa”  kimi əsərlərindəki dil keyfiyyətini bir tutmaq olmaz.

1970-ci illərdə qələmə alınmış “Məhşər”, 1980-ci illərdən sonra yazdığı “İdeal”, eləcə də  başqa fəlsəfi romanların ədəbi dilə nə dərəcədə təsir etməsini söyləmək çox çətindir. Amma yazıçının o romandan qabaq yazdığı “Saz”, “Tütək səsi” kimi əsərlərinin dilin inkişafına olan təsirini görmək mümkündür. Bunu Sabir Əhmədlinin yaradıcılığına  da aid etmək olar. Onun “Yamacda nişanə” əsəri xalq dilinə yaxın olsa da, sonradan yazdığı “Toğana”, “Yasamal gölündə qayıqlar üzürdü” kimi romanların ədəbi dilə birbaşa təsirini izləmək çətindir. Yazıçının dili yazıçının özünə məxsus fərdi hadisədir.

Əgər bu gün nəsrdə Sabir Əhmədlinin, İsa Muğannanın, poeziyada Ramiz Rövşən və Vaqif Bayatlı Odərin dili ümumdanışıq dilinə təsir etmirsə, bunda qətiyyən qəbahət axtarmağa dəyməz.  Dil fərdi yaradıcılıq xəttinin göstəricisidir.

Sizin mövzuya, yəni çağdaş ədəbiyyatın dilin inkişafına nə dərəcədə təsir göstərməsi məsələsinə gələndə isə, deməliyik ki, 90-cı illərə qədər əsas yük bədii üslubun üzərinə düşürdü. Hətta şifahi dilə (radio-televiziya dilinə) də bədii əsərlərin dili və üslubu təsir göstərirdi. Bu gün publisistika dominant mövqedədir. Radio-televiziya dili əvvəlkindən tam fərqli olaraq çox dəyişib. Təəssüf ki, bəsitləşib. Bu gün özünə hörmət edən birisi, inanmıram ki, FM radionun qarşısında oturub aparıcıları dinləsin. Çünki dil çox bərbaddır.

Bədii ədəbiyyatın dil daşıyıcıları olan insanlarla təması da cılızlaşıb. İndi ədəbiyyatın dilə müsbət təsirindən necə danışa bilərik ki, kitablar cəmi 300-500 tirajla çap olunur və onların da çoxu satılmır. Bunun hamısı bədii dilin xalqdan qopması anlamına gəlir. Əvvəllər ədəbiyyat xalqın içində idi. Mən rəhmətlik aktyor Mikayıl Mirzənin bir neçə dəfə toy aparmasının şahidi olmuşam. Klassik ədəbiyyatdan tutmuş, öz dövrünün çağdaş şairlərinə qədər hamısından şövqlə şeirlər deyirdi və o toyu həm də bədii gecəyə çevirirdi. Amma indiki toy aparıcıları da elə TV və radiodakı şou aparıcılarının üslubunu mənimsəyiblər, cümlələrini fərqli sintaksislə qurur, yabaçnı intonasiya ilə danışırlar. Bu, cəmiyyətə mənfi impulslar yükləyir. Getdikcə dilimiz “quruyur”...

Jurnalist-yazar Faiq Balabəyli  isə bu mövzuda bir az nikbin danışıb:

“Bu gün Azərbaycan dilinin bərbad vəziyyətə salınmasında ədəbiyyatdan çox TV və radiolarımız rol oynayır. Sözsüz ki, dilin zənginliyindən bəhrələnə bilməyən bir çox yazarlar da var ki, ağızlarına gələni yazıb kitab halına salırlar. Bu kitablar isə heç də sanballı ədəbiyyat nümunəsi deyil. Ona görə də birmənalı olaraq dilimizin aşağılanması, bərbad halına salınmasında onlarında dırnaq arası xidmətləri var. Amma deməliyəm ki, dilimizi gözəl bilən, səlis yazan yazarlarımız öz əsərləri ilə nəinki dilimizi qoruyur, hətta zənginləşdirirlər də”.

/Elmin Nuri, modern.az/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.