Rövşən Yerfi - Əsl yazıçı
22.09.15

Əlibala Hacızadə - 80                             
                

Nə yaxşı ki, yazıçı Əlibala Hacızadəni yalnız televizorda yox, həyatda da görmək, dinləmək mənə də nəsib oldu. Onu yaxından kitabxanada, gənc bir yazıçının kitab təqdimatında gördüm. Sadə,  pafossuz, həssas, səmimi, adi bir insan... Müdrik, nurani baxışları vardı. Tədbirin sonunadək oturdu, hamıya qulaq asdı, sözünü dedi. Ürəyimdə istəsəm də, tanış olmağa içimdə həya etdim. Nə deyəcəkdim ona? Əsərlərini oxumuşdum, çıxışlarını dinləmişdim, barəsində məlumatlı idim. Mənim tərifimə də yəqin ki, onun ehtiyacı yox idi, şübhəsiz, yersiz çıxardı, təvazökarlığını bilirdim.

Amma, indi ömrü boyu iddiası olmayan  bu insanı xatırlayarkən haqqında söz deməyi özümə borc hesab edirəm. Çünki, o, öz şərəfli ömrü və yaradıcılığı ilə daim düşündüyüm, axtardığım əsl yazıçı məfhumunu mənim üçün həyatda yarada bildiyinə görə... Ədəbiyyata ondan əvvəl, ondan sonra gələnlərin əksəriyyəti sola, sağa əyildilər-düzəldilər, dəstələrə bölündülər, gah iqtidar, gah da müxalifət oldular. Vəzifə, mükafat, fəxri ad, deputatlıq üstündə illərlə mübarizə apardılar. Özlərinə azmış kimi uşaqları üçün də mənzil istədilər. O isə, xalqın sevgisindən savayı heç nə istəmədi. Sanki, başqa cəmiyyətdən idi, ətrafındakı adamlardan deyildi. Heç vaxt sənət paxıllığı çəkmədi. Kimsəyə əyilmədi, çoxları sayaq nəfsinin quluna çevrilmədi, qürurunu sındırmadı, gözə soxulmadı, dəyərini qorudu. Yazıçı adını dünyasında hər şeydən uca tutdu. Sözü ilə əməli düz gəlməyənlərdən olmadı, yaradıcılığı və şəxsiyyəti ilə özündən sonra qalanlara bir örnək, nümunə miras qoydu. Nümunə oldu ki, yalanlar, haqsızlıqlar haqqın yerini tutmasın. Göstərdi ki, əzablı olsa da, vicdanlı, ləyaqətli, yazıçı ömrünü yaşamaq mümkündür və lazımdır!..

Yazıçının “Mənim ilk müəlliməm” adlı ilk hekayəsi 1956-cı ildə Uşaqgəncnəşrin buraxdığı "Gəncliyin səsi" almanaxında dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edən yazıçı bir-birindən gözəl hekayələr, povestlər, romanlar yazmaqla bədii sənət nümunələri yaratmışdır. Onun ədəbiyyatımızda öz yeri olan “Təyyarə kölgəsində”, “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Vəfalım mənim”, “Möcüzə”, “Dünyanı tanı” adlı əsərləri dəfələrlə yüz min tirajlarla çap edilmiş, böyük oxucu məhəbbətini qazanmışdır. Baxmayaraq ki, ədəbi tənqid bu əsərlərə qarşı daim nədənsə susqunluq nümayiş etdirmışdir.
Ozünün “İtkin gəlin” romanı əsasında yazdığı kinosenarisi ilə 1993-cü ildə eyni adlı ilk azərbaycan teleserialı - on iki seriyalı bədii televiziya filmi çəkilmişdir.

 Əlibala Hacızadə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil aldıqdan sonra 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. 1966-cı ildə dörd il Əfqanıstanda mütərcimlik etmişdir. Sonra yenidən Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutunda) baş elmi işçi vəzifəsində işləmiş (1976-cı ildən) və ömrünün sonuna qədər həmin institutun İran filologiyası şöbəsində çalışmışdır. 1994-96-cı illərdə "Nizami" jurnalının baş redaktoru olmuşdur.

Yazıçının XX əsr İran poeziyasının məşhur nümayəndələrindən olan Fərrux Yəzdiyə həsr olunmuş monoqrafiyası dünya şərqşünaslığında bu böyük şairin həyat və yaradıcılığı haqqında ilk geniş tədqiqatdır. Bundan başqa o, müasir İran romanının tipologiyasına dair fundamental elmi araşdırmanın müəllifidir. Hələ cavan ikən, 29 yaşında - 1964-cü ildə filolofiya elmləri namizədi dərəcəsini almış Əlibala Hacızadə elmi tədqiqatlar aparmaqla kifayətlənməmiş, bir sıra orta əsr mənbələrini də dilimizə tərcümə etmişdir.
Əlibala Hacızadə gözəl nəsr əsərləri ilə yanaşı həm də mənalı, ürək oxşayan məhəbbət şeirləri də yazmışdır. Böyük-böyük romanların, cildlərin müəllifinin şeirləri qısa və lakonikdir. Onun şeirləri əksər hallarda son dərəcə güclü bir hissin, illər boyu ürəkdə, yaddaşda gəzdirilən bir duyğunun çatdırılması formasıdır. Bu şeirlərin bir çoxuna mahnılar qoşulub tanınmış müğənnilərimiz tərəfindən ifa edilmişdir:

                  Bilməm nədən belə doğmasan mənə,
                  Bir belə qohumun, yadın içində.
                 Tək sənin adını yazmışam, gülüm,
                  Qəlbimə min gözəl adın içində...

Yazıçı alimin yaradıcılığı boyu tərcümələri ilə birgə otuz ikidən çox kitabı çap olunub. Sevindiricidir ki, ömrünün son gününədək Əlibala müəllim “xalq yazıçısı” yox, xalqın yazıçısı oldu. Bütün fəxri adlardan yüksək olan Yazıçı adına şərəf verdi. Ona yazıçı kimi heç bir titulun verilməməsi, bəlkə də, Allahımızdandı... Ondan sonrakılara – bizə, heç olmasa bir “etalonun” mövcudluğu, yaranması üçün...

Nəhayət ki, əsl yazıçılardan söz düşəndə, daha dağı – aranı gəzib “mogikan xadim” axtarışına çıxmayacayıq. Ən azından, sənətkarlardan biri kimi böyük şəxsiyyət - YAZIÇI  Əlibala Hacızadəni hörmətlə düşünəcəyik...
Yaşadığımız ilin 28 avqustunda yazıçının 80 yaşı tamam olur. İnanıram ki, onun əsərlərini sevənlər bu yubileyi hörmətlə qeyd edəcəklər.                                                                      
 

Yenililklər
12.05.22
“Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr” adlı konfrans keçirilib
11.05.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Heydər Əliyevlə bağlı nəşr layihəsi həyata keçirir
10.05.22
Gülnar Səma - Zəlimxan Yaqubun “Əbədiyyət dastanı”
01.05.22
Azad Qaradərəli: "Renessans həsrəti" kitabımın 3-cü cildini çapa hazırlayıram
30.04.22
"Ulduz"un aprel sayı çap olunub
26.04.22
Rövşən Xasayoğlu - Ana Kürüm yatağına dönərmi?
25.04.22
Azad Qaradərəli - Fikir bölüşmək cinayətlərin ən yüngülü kimi
22.04.22
Vasif Əlihüseynin “Azmış kimi”si çap olundu
22.04.22
Simran Qədim - Meta: gələcəyin interneti
22.04.22
Habil Yaşar -  “CinemaPlus”da
22.04.22
Yetmiş dörd yaşın şeiri
20.04.22
Gülbala Dadaş - ŞİR həmişə ŞİRdi, mənim qardaşım...
19.04.22
“Oxu Günü-8” keçiriləcək
13.04.22
“Molla Nəsrəddin” ədəbi məktəbinin davamçıları satirik jurnallarının təqdimatı keçirilib
13.04.22
Hacı Zeynalabdin Tağıyevin haqqında “Xeyirxahlıq mücəssəməsi” adlı kitab  çap olunub
13.04.22
"Şeir sirdi, Adam, sirri bağırmazlar - ulduzlardan utan..." - Qulu Ağsəsin şeirləri
06.04.22
Azərbaycanda ilk: “I Uşaq Kitab Festivalı” keçirildi
04.04.22
Kitab haqqında rus klassiklərinin esseləri
04.04.22
Kərbəlada Füzulidən alınan halallıq-REPORTAJ
01.04.22
Fəxri Müslüm - Saçı bulud-bulud bir qız ağlayır
01.04.22
Gənc yazar Nemət Mətnin kitabı Türkiyədə çap olunub
01.04.22
"Ulduz" jurnalının mart sayı nəşr olunub
30.03.22
Bakıda I "Uşaq Kitab Festivalı” keçiriləcək
30.03.22
Azad Qaradərəli - Adı Arif olanın...
30.03.22
Azad Qaradərəli - Oljas Süleymenov fenomeni
30.03.22
Kənan Hacı - Bəlkə bizə ədəbiyyat lazım deyil?
30.03.22
Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb
19.03.22
“Kəlniyyət” və “Məşəl” jurnalları transfoneliterasiya edilərək nəşr edilib
18.03.22
Vüqar Əhmədin “Şuşanın dağları başı vüqarlı” kitabı çap olunub
18.03.22
“Metafizika” jurnalının yeni sayı (2022/1) işıq üzü görüb
18.03.22
Məmməd Səid Ordubadinin 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
17.03.22
Motazz Muhi Əbdulhəmid Ədəbiyyat İnstitutunun qonağı olub
16.03.22
“Ustad”ın Novruz sayı çap olunub
16.03.22
Vüqar Əhmədə “Turan”ın xalq şairi adı verilib
16.03.22
“Poetika.izm” jurnalının növbəti sayı çap olunub
14.03.22
“Məhəmməd Tağı Sidqinin həyatı və ədəbi-maarifçi fəaliyyəti” kitabı çap olunub
14.03.22
“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti sayı çap olunub
14.03.22
Azad Qaradərəli - Onun sarı bənizi
10.03.22
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
05.03.22
“Ədəbi Proses – 2020-2021” elmi-yaradıcılıq müşavirəsi keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.