Adil Mirseyid - Qonaqlıq
22.09.15

Hekayə

   İki nəfər orta yaşlı rəssam şəhərin mərkəzində,sərgi salonunda rastlaşdılar. Çoxdandı görüşməmişdilər, kök, dalğın baxışlı, səliqəli qara kostyum və qırmızı qalstuklu rəssam başqa şəhərdə yaşayırdı. Bakıya az-az, bir-iki günlüyə gəlirdi, xırda para qayğılarını səhmana salıb Kür qırağının sahilində, doğma şəhərə qayıdırdı. Onlar bir vaxtlar tələbəlik illərində dostlaşmışdilar. Kök rəssam həyatından və özündən razı görünürdü. Ailəsi, uşağı, emalatxanası, maşını və məşuqəsi vardı. Sifarişlə çəkdiyi portretlər yaxşı qazanc gətirirdi. O, öz şəhərində ən məhşur rəssam idi, pedoqoji texnikumda dərs deyirdi.
     Arıq, çal saqqalı rəssam nimdaş cins şalvar, cins gödəkcə geyinmişdi, cibində həmişə olduğu kimi qəpik – quruş vardı.
   Dostlar qucaqlaşıb öpüşdülər. Başqa şəhərdə yaşayan rəssam saqqalının kürəyindən vurdu – MaşAllah yaxşı qalmısan, hələ də tələbə kimisən.
   Saqqalı dostunun sözlərini komplemet kimi qəbul etdi.
-    Gedək bir yüz – yüz vuraq, sərgi qaçmır ha, mən qonaq eləyirəm. Səndə olan baş məndə olsaydı indi Xalq rəssamıydım. Nə görmüsən bu sürrealizimdə. Bizdən Salvador Dali çıxmaz. Bir də başı xarab idi sənin Salvador Dalinin, normal adam deyildi....
-    Burda, yaxında bir yaxşı kafe olmalıdı. Ora sən aparmışdın məni tələbə vaxtı. Yadındadı, mən keflənmişdim ..onda içə bilmirdim. Yadındadı, kafedə şuluğ salmışdım.
-    Yadımdadı...
-    Hə gedək ora, oturub dərtləşək özümüzçün. Mən qonaq eləyirəm ha....
   Kafe yerindəydi, amma adı dəyişdirilmişdi. Yeddi piləkən aşağı enib içəri keçdilər. Günün bu vaxtında belə xudmani kafelərdə adam az olur. Daimi müştərilər axşam üstü yığışırlar.
  Dörd türkiyəli adam Qara dəniz ləhcəsiylə dadlı-dadlı söhbət edirdilər. Pəncərənin qabağında kişi və qadın səsizcə oturmuşdular, sifariş gözləyirdilər.
    Piştaxtanın yanında bütün şəhərin tanıdığı komik aktyor ayaq üstə siqaret çəkirdi. Piştaxtanın üstündə yüz qıram araq və iki dilim duzlu xiyar vardı.İçəri girən rəssamlar aktyorla salamlaşdılar. Qırmızı qalstuklu rəssam aktyoru öz masalarına dəvət elədi, aktyor nəzakətlə - məşqdən gəlirəm, yüz qıram içib gedəcəm – Qədeşim nuş olsun. Qırmızı qalstuklu israrla mən qonaq edirəm dedi.
-    Sizin sağlığınıza yüz vuraram. Masaya bir şüşə araq, pendir, kolbasa və göyərti gəldi. Siz bismillah eləyin indicə kabab hazır olar. Başqa bir arzunuz – ofisant oğlan gülümsəndi. Amma onun təbəssümündə nəsə xoşa gəlməz bir şey vardı.
-      Saqqalı o xoşagəlməz şeyin nə olduğunu anlamağa çalışdı. Qırmızı qalstuklu cavan ofisantın təbəssümündəki o xoşagəlməz şeyi sezmədi. Tez-tez televizorda görünən komik aktyor – sizin sağlığınıza deyib və bir dilim duzlu xiyar götürdü.
    Qara dənizli lazlar trabzonsporun azrkeşləriydi.  Aktyor arağını içdi amma yerindən tərpənmədi, barmenlə söhbətə girişdi. Aktyor nə dedisə barmeni gülmək tutdu. Barmen gülürdü, amma əli dayanmırdı. Daha iki adam içəri girdi, ofisant cəld masaya yaxınlaşdı. Sonra barmen yenə güldü.
  Qırmızı qalstuklu uzun –uzadı bir sağlıq dedi, arağını içdi, şlyapasını çıxardıb masanın üstünə qoydu.
-    O gün səni televizorda gördük, ürəyimiz dağa döndü. Müəlliməyə deyirəm ki, uşaqların anası müəllimədi də,  mənim  canım -ciyərimdi, tələbəlik illərində mənə qardaşdan irəli olub, onun sayəsində oxuyub adam olmuşam. Bir anası vardı, mələk kimi arvad idi.Deyirəm onda olan baş məndə olsaydı çoxdan Xalq rəssamıydım. Bir az diplomat olmaq lazımdı, yoxsa yeyərlər səni. Bir gün bizim tərəflərə gəl, gedək kür qırağında balıq tutaq.
-    Sən ki, bizim evi yaxşı tanıyırsan, gör neçə ildi qapımızı döymürsən, şəhərə xəlvətcə gəlib xəlvətcə də gedirsən.
-     ¬ Başın haqqı vaxtım olmur, təzə ev tikdirirəm. Bax indi əlimdə böyük bir zakazım var – İcra başçısının atası dünyasını dəyişib, Allah rəhmət eləsin. Yeri cənnət olsun. O kişini monimental portret üzərində işləyirəm,  gərək qırxına qədər tamamlayam. Bir də Başçının ailəvi porteretini çəkməliyəm. Prokrolun anasının, su idarəsinin rəisinin rusiyetdə ölən qardaşının, iş başımdan aşır əlini pencəyinin döş cibinə atıb blaknotunu çıxarır,bax bura yazmışam, hardasa bir illik zakazım var. Başçının sənətdən başı çıxır – yaxşı da pul verirlər, vergisi – filanı da ki yox. Əlin aşağı olsa utanma, bircə zəngin bəsdi. Bir – iki portret təşkil edərəm səninçün amma gərək realist üslubda işləyəsən, burda sürealizmə, abstraksionizmə yer yoxdu.
    Qırmızı qalstuklu boş badələri doldurdu, gözləri ilə ofesantı axtardı, baxışlar komik aktyorun baxışları ilə toqquşdu. Aktyor hələ də bayaqki yerində ayaq üstə dayanmışdı. –
    Qardaş, stəkanların badəsini təzələ - dedi Trabzonsporun azarkeşləri hesabı ödəyib ayağa durdular. Kişi ilə qadın pəncərənin önündəki masada pıçıldaşırdılar – kişi qadının əlini tutmuşdu. Komik aktyor – nə zəhmət çəkirsiniz, beşcə dəqiqəlik gəlmişdim.
-    Sənə halaldı – qırmızı qalstuklu səsini qaldırdı.
Sən niyə yarımçıq içirsən?
-    Bir az nasazam, ürəyim sözümə baxmır.
-    Məni bu ceyran südünə sən öyrətmədinmi ə ?
Hanı o günlər? Hanı o qızların ürəyinə od salan İsmayıl hanı, ə ? Özünə fikir vermirsən. Bizim tərəflərə gəl, bir həftə, on gün dincəl, istəyirsən günü sabah səni həkimə aparım. Deyirsən ciddi bir şey yoxdu?
  Lap yaxşı, lap yaxşı .... Sabah neynəyirsən?
-    Emalatxanada olacam.
-    Gələrəm, təzə işlərinə baxaram, bir iş bağışlayarsan,avtoqrafla, təzə evdən asacam.
-Saqqalı rəssam duruxdu. Deməli bu qonaqlıq ona baha oturacaq – bir şüşə arağa bir tablo verməli olacaq.
-    Sabah səhər bir-iki işim var, günorta bacanaq gildəyəm, hardasa saat dörd-beş arası sənin qulluğundayam.
-    Səməd, heç uşaqlardan danışmadın – saqqalı mövzunu dəyişmək istədi.
-    Ə, onlar üçün yaşayırıq da, bəs kimin üçün əlləşib – vuruşuruq. Yazda qızı köçürürəm.
-    Məncə sənin qızın .....
-     Qardaş atalar yaxşı deyib – qız yükü – duz yükü. Çiynimdən ağır bir yük götürüldü. Məktəbi bitirər – bitirməz verdim getdi.
Yaxşı yerə düşüb.
Oğlan polisdi.
-    Bəs, bizi niyə toya çağırmadın?
-    Toy elə Bakıda oldu dana, heç gözümü aça bildim ki... inşAllah Tərlanın elçiliyinə əmisi özü gedəcək...
-    Əmisi niyə? Sənə nolub?
-    Ə, səni deyirəm, ay dilbilməz. Əmisi deyilsən?
-    Saqqalı başı ilə dostunun sözünü təsdiqlədi.
  Komik aktyor barmenin yanında ayaq üstə durub siqaret çəkirdi. `Zolotoy runonun` xoş ətri ətrafa yayılırdı.
-    Sərgidəki işin xoşuma gəldi. Tı qenialnıy xudojnik. Bunu sənə deyən olub? Bunu sənə mən deyirəm. Deməzlər axı... deməzlər... gözləri götürmür. Səndə də günah var, bunu sənə mən deyirəm. Adamlarla dil tapa bilmirsən... diplomatiya lazımdı, dip-lo-ma-ti-ya... O da səndə yoxdu... idealarla qarın doymaz... nədi Van Qoqsan? Bax, sənətkara bax, - əliylə aktyoru göstərdi – indi otuz, otuz beş yaşlı aktyorlar.... fərasətli aktyorlar Xalq artisti olurlar... bu kimdən əskikdi... boyu – buxunu,  yaraşığı ... istedadı... yaşı altmışı haqlayıb heç əməkdar da deyil... elə bilirsən bu hərif kefindən içir... a toba...
   Bura Aəzrbaycandı... Bura hər şey alınıb satılır... özün hər şeyi bilirsən.. məndən yaxşı bilirsən... Böyük balıqlar xırda balıqları uf demədən udurlar... Breygelin əsəri yadındadı... Papağını qabağına qoy fikirləş.. uşaqların böyüyür.. onların gələcəyini düşün ...
    Bu vaxt kimsə bərkdən söyüş söydü. Kimsə pivə şüşəsini cavan ofisanta tərəf tolazladı. Pivə şüşəsi  aynaya dəydi, qırılan ayna qəlpələri ətrafa səpələndi. Dalaşan cavanlar bayaqdan bəri eyni masa arxasında oturmuşdular, geyim kecimlərindən metroseksuala oxşayırdılar. Hər şey yavaşıldırılmış kino lentlərində olduğu kimi cərəyan edirdi. Barmen piştaxtanın arxasından çıxdı, aktyor siqaretini külqabıya basıb söndürdü, pəncərə önündəki masadakı kişi – söyüş söymə, qadın var burda.  Söyüş söyən oğlanın ağzı qızışmışdı. Ofisant oğlan gözə dəymirdi. Oğlanlar əlbə yaxa olmuşdular, bir sərxoş da davaya qarışmışdı.
   Xvatit rebyata, xvatit. Çıxın bayıra, xatanızı məndən uzaq eləyin – bunu barmen dedi. Qadının yanındakı kişi dalaşanlara sarı getdi, və söyüş söyən oğlanın qarnına bir təpik vurdu – qadın qışqırdı.
     Araqarışıb məsəb itmişdi, saqqalı rəssam kişini qolundan tutub qapıya sarı apardı, kişi dartılıb onun əlindən çıxmağa çalışırdı, komik aktyor da savaşanları ayırmaq istəyirdi. Kişi rəssamın əlindən çıxdı yenə söyüş söyən oğlana bir təpik ilişdirdi – qadın bu dəfə daha bərkdən qışqırdı və hönkürüb ağladı...
    Aktyor savaşan cavanları biri – birindən ayırırdı, saqqalı rəssam kişini qapıya sarı aparırdı, qırmızı qalstuklu sanki filmə baxırdı, barmen də kimi gəldi vururdu, arada özü də yumuruq yeyirdi.
   Bu qarmaqarışıqda kiminsə əlində biçaq parıldadı – saqqalı qadını və kişini qapıya tərəf apardı, kişi rəssamın əlindən çıxmaqa çalışırdı... bıçaq rəssamın sol böyüründən girdi – sağ əliylə yarasınıı tutdu, isti qan barmaqları arasından axırdı... qadın hıçqırırdı...
     Qırmızı qalstuklu rəssam şlyapasını masanın üstündən götürdü. Yavaşıldılmış kino lenti qırılmışdı. Qırmızı qalstuklu küçənin o biri tərəfinə keçdi. London taksisinə mindi. Taksi tini burulub gözdən itdi....

Avanqard.net

Yenililklər
07.12.19
Rasim Qaraca - Kəpənəkli günlər
07.12.19
Nemət Mətin - Sonuncu uçuş
06.12.19
Yazıçı Kənan Hacı ABŞ-da mükafat aldı
06.12.19
Vüqar Əhmədin yeni monoqrafiyası işıq üzü görüb
06.12.19
Azərbaycan Universitetində Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı olub
03.12.19
"Ulduz"un noyabr sayı çap olunub
03.12.19
Cəlil Cavanşirdən 18+ roman gəldi
03.12.19
Pərvanə Məmmədli - Tatyana Çaladzeni qədrini bilmədik
02.12.19
Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
02.12.19
Səxavət Sahilin “Nar ağacının nəğmələri” kitabı çap olunub
02.12.19
Adil Mirseyidin "Son şeir, son vəsiyyət"i təqdim olundu
02.12.19
Cavanşir Yusiflinin "Mətn. İşarə. Məna" kitabı təqdim olundu
27.11.19
2020-ci il üçün dövlət mükafatlarına əsərlərin qəbulu elan edilib
27.11.19
AMEA dəyişir - Ramiz Mehdiyev yeni komissiya yaratdı
27.11.19
Elm Tarixi İnstitutunda Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunub
27.11.19
Xalça Muzeyində “Kəlağayı: ipək qanadlar” sərgisinin açılışı olub
26.11.19
“Əsir düşən” Qarabağ xalçası haqqında sənədli film çəkilib
26.11.19
Taleh Eminoğlu - Həyat və ya "cəfəngiyyatın qaynağı"
26.11.19
"Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" kitabının təqdimatı olub
26.11.19
Hürufi şair Sürurinin Azərbaycan türkçəsində yazdığı divanın surəti ABŞ kitabxanasında aşkarlanıb
26.11.19
Bakıda “Türk filmləri həftəsi” başlayıb
25.11.19
Fərid Hüseynin "Sevdiyim əsər” adlı kitabı nəşr olunub
22.11.19
Rockefellerin memuarları çap olunub
22.11.19
"İki xalqın oğlu Maqsud Şeyxzadə" kitabı işıq üzü görüb
22.11.19
Mərahim Nəsib - Getdilər edamlıq adamlar kimi 
21.11.19
Süleyman Muradlı - O, mənim dayımdır!..
21.11.19
Pərvanə Məmmədli - “Sanma bu əsrdə hər şey bitib nisyan oldu”
20.11.19
Səxavət Sahil - Yazıçıya çevrilmək
20.11.19
Bəsirə Əzizəli - İstanbullu yazara Bakının verdiyi ilham
20.11.19
Cavanşir Yusiflinin kitabı təqdim olunacaq
20.11.19
III Dərgi Qara dəniz Beynəlxalq sosial elmlər simpoziumu keçirilir
18.11.19
Mübariz Örənin Fransada romanı çıxır
18.11.19
Bakı Slavyan Universitetində yazıçı Şərif Ağayarla görüş keçirilib
14.11.19
Şair Şamxal Rüstəm vəfat edib
13.11.19
Səxavət Sahil: “Tənqidçi mənə deyir ki, istəyirsən sənin romanından yazım?” - MÜSAHİBƏ
13.11.19
Cəlil Məmmədquluzadənin nəslinin davamçıları Bakıya gəlir
13.11.19
"Qanun"dan yeni kitab - Stiv Cobs
13.11.19
Zahid Sarıtorpaqdan yeni romanı çap olunub
11.11.19
Bəsirə Əzizəli - Məhəmməd İqbal və türk sədrəzəmi  Səid Həlim Paşa
09.11.19
Bədrxan Əhmədlinin “Türkçülüyün üçlü formulu. Nəzəri və tarixi aspektləri” kitabının müzakirəsi keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.