Avstriya səfiri Tərcümə Mərkəzində olub
23.09.15

Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Aksel Veks Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Görüşdə Avstriya-Azərbaycan mədəniyyətləri arasında əlaqələrdən, görülən və görüləcək işlərdən danışılıb. Mərkəzin direktoru A. Məsud Mərkəzin ümumi fəaliyyəti barədə məlumat verərək, ədəbiyyatlararası mübadilələr, həmçinin Avstriya ədəbiyyatıyla bağlı həyata keçirilən və həyata keçirilməkdə olan layihələrdən söz açıb: "Avstriya ədəbiyyatı həmişə Azərbaycanın diqqət mərkəzində olub. Frans Kafkanın əsərləri Azərbaycan dilində ilk dəfə 1991-ci ildə nəşr olunub. Biz bu işi təmənnasız olaraq, Frans Kafkaya və onun ədəbi irsinə olan sonsuz sevgiylə həyata keçirmişik. Bu ədəbiyyatın digər görkəmli nümayəndələrinin - Stefan Sfayqın, Rayne Mariya Rilkenin, Piter Handkenin, Soyferin, Oskar Yellenek və Elfrida Yelinekin əsərlərini də, tərcümə edib, həm kitab halında, həm "Xəzər" dünya ədəbiyyatı jurnalında nəşr etmişik. Hazırda Mərkəzdə Azərbaycan dilinə tərcümə edilmiş Avstriya ədəbiyyatı antologiyası nəşrə hazırlanır. Bu gün biz Azərbaycan ədəbiyyatının da Avstriyada tanıdılması istiqamətində bir sıra işlər görürük. 2007-ci ildə Avstriya Mədəniyyət Departamentinin dəvəti ilə Vyanada olarkən, məni milli ədəbiyyatların ayrı-ayrı stendləri sərgilənən salona dəvət etdilər. Bütün millətlərin və ölkələrin ədəbiyyatları yer almış bu salonda Azərbaycan ədəbiyyatının stendinin yoxluğundan mütəəssir oldum. Azərbaycanın dünya ədəbi fikir müstəvisinin diqqət mərkəzində olmağa layiq zəngin ədəbiyyatı var və biz bu ədəbiyyatın mükəmməl bədii tərcümə mütəxəssislərinin, dil daşıyıcılarının köməyi ilə dünyaya çıxarılması üzərində işləyirik. Xalqlar və millətlər arasında mövcud olan bütün sərhədlər, dini, irqi fərqlər vahid ədəbiyyat müstəvisində itir. O səbəbdən ki, bəşəri ədəbiyyatda sərhəd və millət anlayışı yoxdur".

Cənab Aksel Veks öz növbəsində, dəvətə görə minnətdarlıq edərək, qaldırılan məsələlərin hər iki ölkə arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmlənməsində müstəsna əhəmiyyət kəsb etdiyini bildirdi.

"Ədəbiyyatlararası mübadilələr xalqlar və millətlər arasında dostluq və anlaşma münasibətlərini möhkəmlədir. Avstriya ədəbiyyatına olan bu sevgidən hədsiz məmnunam. Bu sahədə gördüyünüz işləri də təqdirəlayiq hesab edirəm. Azərbaycan ədəbiyyatının Avstriyada tanıdılması istiqamətində, həmçinin avstriyalı bədii tərcümə mütəxəssislərinin işə cəlb olunması ilə bağlı irəli sürülən təkliflərinizin həyata keçirilməsi üçün səfirlik əlindən gələn köməyi əsirgəməyəcək və bu işə Azərbaycanın Avstriyadakı səfirliyinin də cəlb edilməsi, düşünürəm, işimizi bir qədər də asanlaşdıracaq".

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.