Səlim Babullaoğlu Dünya Şairlər Hərəkatının Azərbaycan üzrə səfiri oldu
28.09.15

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr mərkəzinin rəhbəri Səlim Babullaoğlu bugünlərdə Dünya Şairlər Hərəkatının Azərbaycan üzrə səfiri təyin edilib. Bu barədə Adalet.az-a S. Babullaoğlu məlumat verib.

Qeyd edək ki, S. Babullaoğlu Hərəkatın Azərbaycandan ilk üzvüdür. Dünya  Şairlər Hərəkatı 2005-ci ildə Çili şairi Luis Arias Manzo tərəfindən Valparaisoda yaradılıb. 5 qitə, 120 ölkəni əhatə edən 8000-dən artıq üzvü olan ən böyük peşəkar poetik gildiyadır. Baş katibi Luis Arias Manzo, prezidenti  Athanase Vantchev de Thracyidir.  Baş ofis Çilidə, prezident ofisi isə Fransadadır. 

Azərbaycan ədəbi mühitinin növbəti uğuru hesab olunan üzvlüklə bağlı S.Babullaoğluna bəzi suallarla müraciət etdik.
 
-Dünya Şairlər Hərəkatı haqqında əvvəldən əlaqəniz və bilginiz vardımı?

- Vardı.  İrandan, Türkiyədən, Serbiyadan bəzi şairləri tanıyırdım. Çepat Çapan, Ataol Bəhramoğlu, Ziba Kərbasi, Duşka Vrxovası... Hərəkatın bir Ümumdünya Manifesti də var. Onu da oxumuşdum.
 
-Manifestin əsas prinsipləri nədən ibarətdir?

-Hərəkatın bir neçə dildə olan saytı var. Poetasdelmundo.com. Manifestin mətni var orda. Humanist dəyərləri önə çəkən bir manifestdir. Xüsusən, həmin manifestdə bir məqam mənim çox xoşuma gəlir. "Şair olmaq yalnız yaxşı şeirlər yazmaq deyil, həm də onlarla yaşamaqdır. Onlarla yaşamaq şeirin, poeziyanın gözəlliyini hiss eləmək deyil, həm də onu həyata keçirməkdir.” Yəni əməldir.

-Bəs necə oldu Hərəkata üzv olmaq qərarı verdiniz?


- Bu mənim arzumla olmadı. Dünya Yazıçıların 52-ci Beynəlxalq Belqrad Toplantısından qayıdandan sonra əvvəl Hərəkatın Avropa üzrə vitse-prezidenti Duşka Vrxovasdan, sonra həmin günün axşamı isə Hərəkatın prezidenti Athanase Vantchev de Thracydən məktub aldım. Mənim namizədliyimi xanım Vrxovas irəli sürmüşdü. Cənab Vantchev razılığım olacağı təqdirdə qərarın artıq verildiyini yazır və məndən özüm haqqında bilgi istəyirdi. Mən razılıq verdim və tələb olunan məlumatı göndərdim. Bu gün isə Hərəkatın baş katibi Luis Arias Manzo mənə qərarı və bəzi qeydlər olan məktubu göndərdi. Qısacası belədir.

-Sizcə bu Hərəkatda olmağınızın faydası nə olacaq, ümumiyyətlə faydası olacaqmı?

- Yaşayarıq, görərik. Məncə olmamış olmaz. Hər halda ümid edirəm ki, bu milli ədəbi həyatımızın dünya ədəbi prosesinin bir hissəsi olmaq, müəyyən beynəlxalq tədbirlərə qoşulmaq kimi işlərdə, ədəbiyyatımızın, ələlxüsus da poeziyamızın tanınması istiqmətində az da olsa, amma hökmən öz bəhrəsini verəcək. /adalet.az/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.