Rövşən Yerfi - Lənkəranın Şəkər şairi  
08.10.15

Şəkər Aslan - 80      

      Altmışınçı illər ədəbiyyatının görkəmli nümayəndələrindən biri sayılan Şəkər Aslan  bu gün də aktuallığını itirməyən bədii yaradıcılığı ilə tanınan və qiymətləndirilən  şairlərdəndir. O, ədəbi fəaliyyətə erkən yaşlarında Lənkəran rayon qəzetində çap etdirdiyi şeirləri ilə başlamışdı. Respublika mətbuatında  ilk dəfə 1960-cı ildə xalq şairi Nəbi Xəzrinin uğurlu sözü ilə “Azərbaycan” jurnalında çap olunmuşdu. 1964-cü ildə isə “Bahar yağışı”  adlı ilk kitabı Şəkər Aslanı şeir aləmində tanıtdı:

                                 Oxşayır könlümü nərgiz, yasəmən,
                                 Çıxmaz xəyalımdan o məxmər çəmən.
                                Şəkərəm, bir şəkər balanızam mən,
                                Analar, analar gözləyin məni...

      Onun ürəyə yatımlı yaradıcılığı tezliklə hamının diqqətini cəlb etdi. Az keçmədi sevimli şairlərimiz Əli Kərim və Cabir Novruzun zəmanəti ilə Yazıçılar İttifaqına üzv seçildi. Əyalətdə yaşayıb yaratmasına baxmayaraq paytaxtda özünə xeyli dostlar qazanmışdı. Rəsul Rza, Mirzə İbrahimov, Anar, Əkrəm Əylisli, Məmməd Aslan, Musa Yaqub, Nəriman Həsənzadə - onlarca başqa sənət adamları Şəkəri çox sevirdilər. Onun ölkə xaricində, Moskvada da xeyli dostları vardı. Şəkər Aslan bu dostlarının əksəriyyəti ilə  Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsində qiyabi təhsil alarkən əlaqələr qura bilmişdi. Dostları Şəkərlə birgə Lənkəranı da sevirdilər. Çünki, Lənkəran onlar üçün elə Şəkər Aslan demək idi.
      Şair doğma torpağının gözəlliklərini tərənnüm etməkdən doymurdu. Şeirlərində insan münasibətlərində görmək istədiyi yaxşı cəhətləri təbliğ edirdi. Nəcib, kövrək, lirik poeziyası olan Şəkər Aslan yaradıcılığı boyu hər şeydə işıq axtaran, yaxşı tərəfini görən, təbiətin, işığın vurğunu idi:
                            Səni sevən saf ürəkdir,
                            Pərim, gəl apar, gəl apar!
                            Sənə şehli gül gərəkdir,
                            Dərim gəl apar, gəl apar!

      Cənub bölgəsinin bütün gözəllikləri, özünəməxsusluğu Şəkərin şeirlərindən dünyaya boylandı.`Şair Lənkəranı gözəlləri, sadə zəhmət adamları, limon bağları, çay plantasiyaları ilə oxucularının yaddaşına köçürdü.
      Onu görənlər Şəkərin xasiyyətinin də şeirləri kimi həlim və səmimi olduğunu qeyd edirlər. Təvözəkar, gülərüz, mehriban, dostluqdan qeyri heç nəyə iddiası olmayan insan olub Şəkər Aslan:
                            Sinəmdə döyünən çılğın ürəkdir,
                           Çırpınır ömrümü fəda etməyə,
                           Kim bu dünyada lap çox gərəkdir,
                           Onun qorxusu var lap tez getməyə!

      Rayon qəzetində  əvvəlcə ədəbi işçi, sonra isə uzun illər baş redaktor işləyərək Lənkəran ədəbi mühitini öz ətrafında toplamışdı. Mətbuat sahəsində məhsuldar fəaliyyətinə görə 1978-ci ildə “Qızıl qələm” mükafatına layiq görülmüşdü.
       Şəkər Aslan yaradıcılığında dramaturgiyaya da müraciət etmişdir. “Sən kimsən, Ata?” (1982), “Birtərəfli hərəkət” (1987) pyesləri Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur.
       O, həm də Azərbaycan Yazıçılar Birliyi Lənkəran zona şöbəsinin sədri idi. Şairin sağlığında on bir kitabı Bakıda, iki kitabı isə Moskvada nəşr olunub. İyirmiyə yaxın şeirinə tanınmış bəstəkarlardan Tofiq Quliyev, Tofiq Əhmədov, Ramiz Mustafayev, Rauf Hacıyev, Emin Sabitoğlu, Ramiz Mirişli, Oqtay Kazımi  və başqaları mahnılar bəstələyib. Bu mahnıları müğənnilərdən Şövkət Ələkbərova, Mirzə Babayev, Hüseynağa Hadiyev, böyük əksəriyyətini isə Yalçın Rzazadə ifa etmişlər.
      Şəkər Aslan 1995-ci ildə 60 yaşı tamam olmağa üç ay qalmış vəfat etmişdir. Ötən illər ərzində mütəmadi olaraq Lənkəran ədəbi ictimaiyyəti tərəfindən onun doğum və anım günləri kütləvi tədbirlərlə yad edilir, xatirəsi əziz tutulur. Şairin ədəbi xidmətlərindən biri də 1993-cü ilin martından “Söz” adlı müstəqil ədəbi jurnalı yaratması, və jurnalın ilk baş redaktoru olmasıdır. O, “Söz” ü nəşr etməklə Azərbaycan ədəbiyyatında onlarla imzanın tanınmasına kömək etdi. Gənclərə həmişə bir tövsiyəsi vardı: “Yazın”... Nə yaxşı ki, bu jurnal hələ də fəaliyyətini davam etdirir və özü ilə Şəkərin ruhunu da yaşadır.

                                  Bu dünyanın mərəzi var,
                                  Bir ovçudur, bərəsi var,
                                  Dəqiq mizan tərəzi var –
                                 Bir gün qoyar bizə qiymət...

      Şəkər Aslan ömrünün sonunadək şeirə, bədii yaradıcılığa sədaqətli qaldı, heç vaxt ötəri hiss hesab etmədi. Onun həyata, hadisələrə, insanlara məhəbbət dolu baxışı, öz inamı vardı. Və bu inamı ömrünün son gününədək özündə yaşatdı.
      “Lənkəranın Şəkər şairi”, - o insan haqqında çox vaxt  belə deyirlər. Mən isə xalq şairi Məmməd Arazın ona yazdığı məktubların birində olan sözləri xatırlayıram: “Sən bölgə şairi yox, ölkə şairisən”...

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.