Nobel alan Svetlana Aleksieviçdən HEKAYƏ
09.10.15

"Avanqard.net" Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Svetlana Aleksandrovna Aleksieviçin “Mənsə yenə də anamı istəyirəm” hekayəsini Svetlana Turanın tərcüməsində təqdim edir.
 
 
Zina Kosyak – 8 yaş.
Hazırda – saç ustası.
Minskdə yaşayır.
 
Qırx birinci ildə mən birinci sinfi bitirdim və yayda valideynlərim məni Minsk yaxınlığındakı “Qorodişe” pioner düşərgəsinə göndərdilər. Oraya gəlib çatdım, iki gün sonra müharibə başladı. Bizi düşərgədən çıxardılar, qatara yığıb apardılar. Biz uşaqlar heç nə başa düşmürdük. Alman təyyarələri uçurdular, biz “Ura!” deyib qışqırırdıq. Düz bizi bombalamağa başlayana qədər. Sonra Minskin necə yandığını gördük. Onda içimizə qorxu düşdü.
 
Biz düşərgədən gedəndə hərəmizin əlinə bir balış üzü verib onun içinə əllərinə keçəni doldururdular – kimə yarma, kimə qənd düşürdü. Ən balacaları da əliboş qoymamışdılar. Hamıya nə isə verirdilər. Hər kəs istəyirdi ki, bacardıqca çox ərzaq götürsün. Sonra da onları çox ehtiyatla saxlayırdıq. Amma qatarda yaralı əsgərləri gördük. Onlar əziyyət çəkirdilər, elə ağrıyırdılar ki, əlimizdə olanların hamısını əsgərlərə verirdik. Bunun adı da vardı: “Ataları yedirtmək”. Biz bütün hərbçi kişilərə ata deyirdik.
 
Qatarda bir aydan çox getdik. Hansısa şəhərə aparırdılar, ora çatırdıq, amma qatarı saxlaya bilmirdilər, çünki almanlar artıq yaxınlaşmış olurdular. Beləcə, Mordoviyaya gedib çıxdıq.
 
Ora çox gözəl idi, hər tərəfdə kilsələr vardı. Ancaq yatmağa yerimiz yox idi, samanın üstündə gecələyirdik. Qış gələndə dörd nəfərə bir cüt çəkmə geyinirdik. Sonra aclıq başladı. Aclıq çəkən təkcə uşaq evi deyildi, ətrafımızdakı hər kəs aclıqdan əziyyət çəkirdi, çünki hər şeyi cəbhəyə göndərirdik. Uşaq evində iki yüz əlli uşaq vardı. Bir dəfə elə oldu ki, hamımız nahara gəldik, amma yeməyə heç nə yox idi. Tərbiyəçilərlə direktor yeməkxanada oturublar, bizə baxırlar, hamısının da gözü dolub. Bizimsə bir atımız vardı − Mayka adında.  Çox mehriban at idi. Biz onunla su daşıyırdıq. Ertəsi gün Maykanı kəsib hərəmizə su və Maykadan balaca bir parça verdilər. Biz sonradan bildik ki, Maykanı kəsiblər. Bunu bizdən gizləmişdilər, çünki hamımız onu çox istəyirdik. O, uşaq evindəki yeganə ev heyvanı idi.
 
Hamımızın qarnı hədsiz iri olurdu. Məsələn, mən bir vedrə şorba içə bilərdim, çünki şorbanın içində heç nə olmurdu. Qabağıma nə qədər qoyurdularsa, hamısını yeyib bitirirdim. Bizi xilas edən təbiət idi. Gövşəyən heyvanlar kimi idik. Yazda uşaq evinin bir neçə kilometrliyində bir dənə də olsun ağac yarpaq açmırdı, çünki biz tumurcuqlarını yeyirdik. Ot da yeyirdik, nə otu olmasına fikir vermədən. Bizə buşlat paylamışdılar. Onlarda dəlik açıb cib düzəltmişdik və özümüzlə ot gəzdirirdik. Onu çeynəyirdik. Yay bizi xilas edirdi, qışda isə çox əziyyət çəkirdik. Balacaları - biz qırx nəfərə yaxın olardıq - ayrıca otağa yerləşdirmişdilər. Gecələr ağlaşma səsi uzun müddət kəsmirdi. Hamı anası ilə atasını çağırırdı. Tərbiyəçilərlə müəllimlər çalışırdılar ki, dillərinə “ana” sözünü gətirməsinlər. Onlar bizə nağıl danışanda da elə kitablar seçirdilər ki, orda bu söz olmasın. Kimsə qəfildən “ana” deyəndə o saat ağlaşma başlanırdı.
 
Mən yenidən birinci sinfi oxumalı oldum. Bu, belə oldu: mən birinci sinfi tərifnamə ilə bitirmişdim. Biz uşaq evinə gələndə isə hamımızdan soruşdular ki, kimin təkrar imtahanı var? Dedim, mənim. Elə başa düşmüşdüm ki, təkrar imtahan elə tərifnamə deməkdir. Üçüncü sinifdə oxuyanda uşaq evindən qaçdım. Anamı axtarmağa yollandım. Meşədə məni ac və əldən düşmüş halda Bolşakov baba tapdı. Uşaq evindən olduğumu öyrəndi və öz evinə apardı. O, arvadı ilə birlikdə yaşayırdı. Mən möhkəmlənib özümə gələndən sonra onlara ev işlərində kömək etməyə başladım: ot yığırdım, kartofun alağını təmizləyirdim, hər cür iş görürdüm. Biz çörək yesək də, bu elə bir şey idi ki, çörəyi çox az xatırladırdı. Unun içinə əlinə keçəni üyüdürdük: sirkan, kartofun yarpaqları, qozun çiçəkləri, kartof. Mən elə indiyəcən yağlı ota sakitcə baxa bilmirəm və çoxlu çörək yeyirəm. Çörəkdən heç cür doya bilmirəm.
 
Bütün müharibə ərzində deyirdim və gözləyirdim ki, müharibə qurtaran kimi baba ilə birlikdə atı arabaya qoşub anamı axtarmağa yollanacağıq. Bizə evakuasiya olunmuşlar gələndə hamısına eyni sualı verirdim: “Anamı görməmisiz?” Evakuasiya olunmuşlar çox idi. Elə çox idi ki, hər evdə bir qazan ilıq gicitkən olurdu. Kimsə gəlsə, ona yeməyə isti bir şey verə bilsinlər deyə. Vermək üçün başqa heç nə yox idi, amma bir qazan gicitkən hər evdə vardı. Bu, yaxşı yadımdadır.
 
Müharibə bitdi. Bir gün, iki gün gözlədim, gördüm, heç kim dalımca gəlmir. Anam məni aparmağa gəlmir, atamınsa müharibədə olduğunu bilirdim. Onda hələ bilmirdim ki, ikisi də həlak olub. Beləcə, iki həftəyə yaxın gözlədim, daha gözləməyə taqətim qalmamışdı. Hansısa qatara minib skamyanın altında gizləndim və getdim... Hara? Bilmirdim. Onda hələ uşaq idim, elə bilirdim ki, bütün qatarlar Minskə gedir, Minskdə isə məni anam gözləyir!
 
İndi mənim əlli bir yaşım var, öz balalarım var. Mənsə yenə də anamı istəyirəm...
/Kulis/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.