"Tərcümə Mərkəzinin kitabları" və "Xəzər" dünya ədəbiyyatı jurnalının abunə başladı

12.10.15

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi (Az.TM) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamıyla yaradılmışdır. Mərkəz tərcümə olunan materiallarda Azərbaycan dilinin düzgün işlədilməsi ilə bağlı ölkədaxili və beynəlxalq müstəvidə ictimai-siyasi, elmi-texniki, ədəbi-mədəni mübadilələrin və əlaqələrin dil və tərcümə baxımından tənzimlənməsi, ölkə üzrə tərcümə prosesinin elmi, texniki, tibbi, hüquqi və digər sahələrdə təşkili və təkmilləşdirilməsi işinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.

Mərkəz yeni statusla fəaliyyətə başladığı gündən dünyanın aparıcı nəşriyyatları ilə əlaqələr qurur, Azərbaycan ədəbiyyatının, elmi-mədəni irsinin dünya dillərində, dünya ədəbiyyatlarının Azərbaycan dilində nəşrini təmin edir. Mərkəz kitab və mətbu nəşrlərinin, həmçinin xarici ölkələrdə nəşr olunacaq Azərbaycan ədəbiyyatının, elmi-mədəni irsinin nümunələrini çapa hazırlayır. "Xəzər" dünya ədəbiyyatı jurnalının, "Aydın Yol" ədəbi-ictimai qəzetinin əlavə nəşrlərinin çapını təşkil edir.

Çoxşaxəli fəaliyyət istiqamətinə baxmayaraq, Mərkəz, "Tərcümə Mərkəzinin kitabları" seriyasından olan kitabları və "Xəzər" dünya ədəbiyyatı jurnalının rüblük nəşrlərini mütəmadi olaraq oxuculara təqdim edir.

Bu məqsədlə Mərkəz nəşr olunmuş və nəşr olunacaq dünya ədəbiyyatı nümunələrinin, ensiklopediya və antologiyaların abunəsinə başlayır.

________________________________________________________________________________________________________________________________________________________

 

Ümumi məlumat və abunənin şərtləri

Abunə yazılmaq istəyən hər bir oxucu Tərcümə Mərkəzi ilə telefon və elektron poçt vasitəsi ilə əlaqə yarada bilər. Abunə agenti sizin abunə istəyinizi reallaşdıracaq. Kitablara Mərkəzə müraciət etməklə də abunə yazıla bilərsiniz.

Əlavə abunə mərkəzləri açıldıqda, onların ünvanları haqqında məlumat saytımız (aztc.gov.az) və mətbuat vasitəsi ilə oxuculara çatdırılacaq.

Hər bir abunəçi kitablara abunə yazılmaq üçün "Abunə vərəqi"ni düzgün doldurmalı və 15 manatdan az olmamaq şərti ilə depozit ödəməlidir. Ödənilmiş depozit ümumi məbləğə daxildir.

Kitablar çap olunduqca, abunə agenti və ya digər məsul işçilər bu barədə abunəçiyə telefon, yaxud məktub vasitəsi ilə xəbər verəcək.

Kitablar abunəçiyə üç yolla təqdim oluna bilər: onlardan ikisi - poçt və ya kuryerlə çatdırılma haqları müqaviləyə daxil deyil və kitablar gətirilən vaxt ödənilir. Kitabları Mərkəzə müraciət edib alarkən isə əlavə haqq ödənilmir.

"Abunə vərəqi"nə imza atmaqla abunəni qeydə alan Mərkəz, kitablar çapdan çıxdıqca, bu barədə abunəçiyə vaxtında xəbər verməyi, abunəçi isə həmin kitabları almağı öhdəsinə götürür.

 
Abunəçilərə təqdim olunan kitabların siyahısı:

Dünya ədəbiyyatından seçmələr

1. Xuan Rulfo - "Pedro Paramo"

2. Matilda Urrutia - "Pablo Nerudayla yaşanan ömür"

3. Ernest Heminquey "Qadınsız kişilər"

4. Akutaqava Rünoske - "Tanrıların istehzası"

5. Yasmina Mixayloviç - "Xəzər dənizinin sahillərində"

6. Oljas Süleymenov - "Az-Ya"

7. Ernesto Çe Gevara - "Boliviya gündəliyi" (yaxın günlərdə nəşr olunacaq)

8. Patrik Modiano - "Seçilmiş əsərləri" (yaxın günlərdə nəşr olunacaq)

 

Tərcümə topluları

1. "Xilas yolunun yolçuları" - sufi mətnlərindən seçmələr

2. "Bəşəri poeziya"

3. "Latın Amerikası romanı"

4. "Çexovdan Markesə qədər"

 

"Xəzər" dünya ədəbiyyatı jurnalının rüblük nəşrləri

1. "Xəzər" dünya ədəbiyyatı dərgisi 2014/1

2. "Xəzər" dünya ədəbiyyatı dərgisi 2014/2

3. "Xəzər" dünya ədəbiyyatı dərgisi 2015/1

4. "Xəzər" dünya ədəbiyyatı dərgisi 2015/2

 

Kitablar və ödəniş şərtləri haqqında

* Kitablar nəfis tərtibatda, yüksək poliqrafik keyfiyyətdə tərtib edilir;

* Nəşrlərin əksəriyyəti Azərbaycan dilində ilk dəfə çap olunur;

* Tiraj məhduddur;

* Kitablara abunə yazılan oxuculara 20% endirim ediləcək;

* Ödəniş çatdırılma zamanı ediləcək;

* Çatdırılma haqqı - 7 kitabdan artıq pulsuzdur (az olarsa 2 AZN ödənilir).

Artıq abunə yazılmış şəxslərin nəzərinə: hər gətirdiyiniz yeni abunəçiyə görə sizə "Xəzər" jurnalının növbəti sayı hədiyyə olunacaq.

 

Əsas şərtlər:

1. "Tərcümə Mərkəzinin kitabları" seriyasına abunə yazılan hər bir şəxs siyahıda göstərilən kitabları dəst şəklində, tam olaraq almalıdır.

2. Alarkən çapdan çıxma ardıcıllığı gözləniləcək, kitabların alınması arasında fasilə ən çoxu 2 ay çəkməlidir. Əks halda, abunəlik ləğv olunacaq;

3. Depozit (15 manat) toxunulmayan məbləğdir və abunə yazıldığınız il sonuncu nəşrlərdə nəzərə alınacaq.

Qeyd: "Tərcümə Mərkəzinin kitabları" seriyasından nəşr olunan kitablar haqqında məlumatı Açıqkitab - elektron kitabxanasından (achiqkitab.az) və Tərcümə Mərkəzinin aztc.gov.az ünvanlı rəsmi saytına daxil olmaqla, "Nəşrlərimiz" bölməsindən ala bilərsiniz.

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi 74.

Telefon: (+994 12) 595-10-69

Faks: (+994 12) 595-10-59

E-mail: [email protected]

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.