Oğuz Ayvaz - Şirkət sahibi Beyrək
19.10.15

“Kitabi Dədə Qorqud” min illərin süzgəcindən keçib, bu günmüzün reallığına da işıq saçır. Əslində, mənə elə gəlir, “Kitabi Dədə Qorqud” dastanı insanlıq tarixinin yol xəritəsidir. Biz bu yol xəritəsindən istifadə edərək öz təfəkkürümüzü, milli özünüdərki, mədəniyyətimizi, var oluşumuzu, tapındığımız qutsal dəyərləri və bütün bunlarla bərabər sufilərin məşhur üç sualın (İnsan kimdir? Hardan gəlir? Hara gedəcək?) cavablarını tapa bilərik.
 
Məqsədim dastanı danışmaq deyil. Orada daha çox Beyrək obrazı diqqətimi çəkir. Çağdaş zamanımızda görəsən, Beyrək hansı statusda olardı? Dastandakı Beyrək igiddir, namusludur, sözündən dönməyəndir, aşiqdir, Oğuz elinin ən romantik obrazıdır. O, Banuçiçəyi sevir. Qız da ona bir könüldən min könülə vurulub. Biz Anarın ssenarisi əsasında çəkilmiş “Dədə Qorqud” filmində Rasim Balayevin ifa etdiyi Beyrək rolunda da görürük ki, bu igid, qorxmaz obraz öz sevgisinə sadiqdir. Gəlin Beyrəyin kimliyini açıqlayaq:
 
Bamsı Beyrək - Bayböyrənin oğlu, gənc Oğuz qəhrəmanlarından biri. “Kitabi Dədə Qorqud” dastanında əsas personaj kimi iki boyun təsvir etdiyi hadisələrin iştirakçısıdır. Dədə Qorqud ona ad qoymamışdan əvvəl Bamsı ləqəbi daşıyırdı. Qəhrəmanlıq göstərdikdən sonra Beyrək ismi verilir. Bamısı ilə Banu beşik kərtməsidir. Tanrı Beyrəklə Banuçiçəyə sevginin müqəddəsliyini əmanət verib. Amam onlar bir-birlərini tanımadan böyüyürlər. Banuçiçək də igid qızdır. Bamsı Beyrəyin əsir düşməsindən sonra onlar uzun müddət ayrı qalırlar. Bu müddət ərzində Banuçiçək ərə getmək məcburiyyətində qalır. Beyrək əsir qaldığı sarayın bəyinin qızı tərəfindən xilas olunur.
 
Bir dəfə“Kitabi Dədə Qorqud” haqqında keçirilən iclasa dəvət edilmişdim. Tələbələr Beyrək obrazını indiki zamanla müqayisə edirdilər. Orada saslənən fikirləri olduğu kimi paylaşmaq istəyində deyiləm.
 
Gəlin özümüzə belə bir sual verək. Bu gün Dədə Qorqud dastanındakı kimi saf, təmiz ölçüyə gəlməz sevgilər yaşanır? Beyrək və Banuçiçək müasir zamanda gözümüzün qabağında tamamilə fərqli görünür. Təsəvvür edin ki, Beyrək hansısa şirkətin rəhbəridir və digər şirkət sahibləri ilə rəqabət aparır. Özü də Beyrək hər şeyi qol gücünə və despotizmlə həll edir. Banuçiçək isə varlı bir tacirin yeganə qızıdır. Bütün günü sosial şəbəkələrdə öz şəkillərini paylaşan, müxtəlif təfəkkürdə olan insanlarla oturub-duran və həyatın yalnız əyləncədən ibarət olduğunu düşünən bir qızdır.
 
Mənim yaradıcılıq fantazıyam buraya qədərdir. Xahiş edirəm ki, Raskolnikovun baltasını götürüb üstümə gəlməyin. Mən günahkar deyiləm! Bu gün Beyrəyi və Banuçiçəyi o cür olmağa itələyən cəmiyyətdirmi, yoxsa Tanrıdırmı, bilmirəm. Ancaq düşünürəm ki, Dədə Qorqudun təbliğ etdiyi saf, təmiz dünyada çirkaba batmış obrazlar qarşıma çıxır. Dədə Qorquddakı son boyu yada salın. İç Oğuz və Dış Oğuz bir-birinə düşmən kəsilir. Səbəb çox sadədir. İnsan heç vaxt barış içində yaşaya bilmir.
 

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.