Seymur Baycan  - Kişilər bir olmur
02.11.15

Qadınlar deyirlər kişilərin hamısı bir bezin qırağıdır, amma elə deyil. Şair demişkən, kişilər bir olmur, müxtəlif cür olur. Elə kişi var xəsisdir, elə kişi var səxavətlidir. Kişi var boyu ucadır, kişi var boyu gödəkdir. Elə kişi var sakit yatır, səsi çıxmır, eləsi var xoruldayır.
 
Kişi var üz cizgilərinin hamısı yerindədir, amma bir qram xarizması yoxdur. Kişi var üz cizgiləri yerində deyil, amma güclü xarizması var. Elə kişi var saqqal ona yaraşır, elə kişi var saqqal ona yaraşmır.  Kişi var balıq yeməyi xoşlayır, kişi var balıq yeməyi xoşlamır. Bəxti gətirən kişi var, bəxti gətirməyən kişi var. Kök kişi var, arıq kişi var.
 
Elə kişi var danışmağı sevir, elə kişi var danışmağı sevmir. Elə kişi var toyda oynayır, elə kişi var toyda oynamır. Elə kişi var çox yeyir, elə kişi var az yeyir. Kişi var arıq qadınları xoşlayır, kişi var kök qadınları xoşlayır. Kişi var başında beyin gəzdirir, kişi də var başında beyin əvəzinə peyin gəzdirir. Kişi var arvaddan qorxur, kişi var arvaddan qorxmur. Kişi var yaltaqlanmağı bacarır, kişi var yaltaqlanmağı bacarmır. Kişi var qısqancdır, kişi də var nə edirsən et, heç cür qısqanmır. Kişi var əlindən hər iş gəlir, kişi var Allahın bir mıxın divara vura bilmir. Kişi var qəddardır, kişi də var mərhəmətlidir. Kişi var gözü toxdur, aza qane olur, kişi də var itə də tamah salır.
 
İndi durub necə deyəsən kişilərin hamısı bir bezin qırağıdır. Kişilərin hamısı bir bezin qırağı deyillər, ayrı-ayrı bezin qırağıdırlar. Yuxarıda sadalanan növlərin hamısına ayrı-ayrılıqda münasibət bildirsək gərək uzun bir dastan yazaq. Biz bu yazıda iki cür kişilərdən söhbət açacağıq. Söhbət uşaqlıqda birbaşa  ana qayğısı görən və ana qayğısı görməyən kişilərdən gedir. Ana qayğısı görən kişilər analarına oxşar qadınlar axtarırlar. Əlbəttə ki, analarına oxşar qadınları çətinliklə tapırlar. Tutaq ki, analarına oxşar qadın tapıldı, axı uşaqlığı hansı qadın qaytara bilər? Bu mümkünsüz bir şeydir. Qadın nə qədər fədakar və qayğıkeş olsa da kişinin uşaqlığını geriyə qaytara bilməz. Əgər uşaqlıqda kiçik bir hədiyyə, nə bilim bir oyuncaq, bir şirniyyat növü adama sevinc bəxş edirsə yaşlanandan və dünyanı az-çox dərk edəndən sonra bu cür kiçik hədiyyələrlə adamı xoşbəxt etmək qəlizləşir. Bığlı-saqqallı kişiyə şirinquş verib necə deyəsən get xoşbəxt ol? Bığlı-saqqallı kişiyə bir oyuncaq hədiyyə edib necə deyəsən get sevin? Bir az qanandan, dünyanı dərk edəndən sonra xoşbəxt olmaq şansları da azalır.
 
Uşaqlıqda ana qayğısı görməyən kişilərin vəziyyəti uşaqlıqda ana qayğısı görən kişilərin vəziyyətindən daha pisdir. Əgər ana qayğısı görən kişilər analarına oxşar qadın axtarırlarsa, ana qayğısı görməyən kişilər isə ümumiyyətlə qadınlara inanmırlar. Uşaqlıqda ana qayğısı görməyən kişilər dedikdə uşaqlıqda yetim qalmış kişilər nəzərdə tutulmur. Sadəcə elə qadınlar var uşaqlarını oxşamırlar, əzizləmirlər. Təbiətləri belə deyil. Amma bu o demək deyil ki, övladını oxşamayan, əzizləməyən analar fədakar analar deyillər.
 
Ola bilsin uşağını oxşamayan, əzizləməyən qadınlar uşağını oxşayan və əzizləyən qadınlardan bir ana kimi daha fədakardırlar. Bir daha təkrar edək, sadəcə oxşamaq və əzizləmək təbiətlərinə yaddır. Uşaqlıqda ana qayğısı görməyən kişilər dedikdə biz belə anaların övladlarını nəzərdə tuturuq. Bu bölgü daha çox yazıçılara aid olunur. Ana qayğısı görmək və görməmək yazıçıların yaradıcılığına, qadınlara münasibətinə kəskin təsir göstərib. Uşaqlıqda ana qayğısı gördün, ya görmədin fərqi yoxdur, hər iki halda yazıçını təəssüf gözləyir. Əsas odur ki, işini yaxşı bacarasan. Həyat çətinləşdikcə işinə daha çox sığınasan. İtirilmiş zamanın, təəssüflərin, məğlubiyyətlərin, şəxsi həyatdakı uğursuzluqların acığını, əvəzini işlə çıxarasan. İşləmək, işləmək, işləmək. Başqa yol yoxdur. Necə deyərlər, diyirlənən daşı yosun basmaz.       
 
P.S. Yazıda Qriqoriy Çxartişvilinin “Yazıçı və intihar” əsərindən istifadə olunmuşdur. /Kulis/
 

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.