Rəbiqə Nazimqızı - Sən mənim seçki qutumdun
03.11.15
Sən mənim seçki qutumdun, Şüşə kimi şəffaf, İnanacaq qədər saf, Yad əllərdən gizli, möhürlü... Mən səni seçmişdim... Beşillik yox, ömürlük... Vəkilimdin, görmək istədiyim şəklimdin Poster kimi asılmışdın ürəyimdən... Sən mənim seçki qutumdun, Günəş atdım, ay çıxdı, Sevgi atdım, zay çıxdı. Polis bölməsində təmsilçisini gəzən namizəd kimi Yıxdı məni ümidlərim... Sən indi məntəqə sədri qədər amansız, saxtakar Mən indi seçkidən sonrakı buklet kimi Ziyansız, naçar... Zibil qutususan indi, Arzularımı tullayıram saymadan...
|