Yaponiya səfiri Tərcümə Mərkəzində
05.11.15

Noyabrın 4-də Yaponiyanın fövqəladə və səlahiyyətli səfiri cənab Tsuquo Takahaşi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Mərkəzin direktoru Afaq Məsud qonağı salamlayaraq, Azərbaycan oxucusunun yapon mədəniyyətinə və ədəbiyyatına olan marağından söz açıb: "Yaponiyanın aparıcı ədəbiyyatı həmişə Azərbyacanın diqqət mərkəzində olub. Akutaqava Rünoske, Yasunari Kavabata, Kendzi Maruyama, Yukio Misima, Haruki Murakami, Syüqoro Yamamoto, Kendzaburo Oe və digər bu kimi, görkəmli yapon yazıçılarının əsərləri dilimizə tərcümə olunaraq, Mərkəzin "Xəzər" dünya ədəbiyyatı jurnalında və kitab formatında nəşr edilib. Hazırda Mərkəz tanınmış Azərbaycan yazıçısı Elçinin tərcüməsində "Yapon hokkuları" kitabını nəşrə hazırlayır. Həmçinin, məşhur yapon ədibi Naruki Murakaminin əsərlərinin tərcümələrindən ibarət "Seçilmiş əsərlər" toplusu artıq nəşr prosesindədir. Bu il Yaponiya ədəbiyyatının korifeyi Akutaqava Rünoskenin əsərləri toplanmış "Tanrıların iztehzası" kitabını nəşr etmişik. Dünyanın bir çox ölkələrinin ədəbiyyatlarının Azərbaycan dilinə tərcüməsini və nəşrini həyata keçirmiş Mərkəz, Azərbaycan ədəbiyyatının da dünya dillərinə tərcüməsi və beynəlxalq müstəvidə tanıdılması istiqamətində çalışır. Artıq bir neçə dilə tərcümə edilmiş "Müasir Azərbaycan ədəbiyyat antologiyası"nın ayrı-ayrı ölkələrdə təqdimatı gözlənilir. Yaponiyaya gəlincə, burda məsələ bir qədər çətindir. Bildiyiniz kimi, yapon dilinin tədrisinə Azərbaycanda bir neçə ildir başlanılıb. Bu mənada, Azərbaycan dilində yazılmış bədii əsərin orijinaldan yapon dilinə birbaşa tərcüməsi uzun bir zaman kəsiyi tələb edən məsələdir. Lakin bu işə, yapon dilinə edilmiş sətri tərcümələr və köməkçi mətn kimi, əsərlərin rus, yaxud türk dilinə tərcümə olunmuş ədəbi mətnlərindən istifadə ilə başlaya bilərik. Sonrakı mərhələdə - əsərlərin yapon dilində bədii tərcüməsinin alınmasına bizə yapon tərcüməçiləri, bu işə marağı olan yazıçı və şairləri kömək edə bilərlər. Yaponiyaya ayaq açacaq Azərbaycan ədəbiyyatı, əminəm ki, sizin ölkənin Azərbaycana, onun dilinə, bu dilin tədrisinə olan marağını da artıracaq".

Dəvətə görə təşəkkürünü bildirən səfir Yaponiya ədəbiyyatına olan bu diqqəti hər iki ölkənin bir-birini yaxından tanıması, dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi istiqamətində atılan əhəmiyyətli addım kimi qiymətlindərərək, qaldırılan məsələlərə münasibətini açıqladı: "Bu gün Yaponiya ilə Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələri qurulur. Bu əlaqələrin ədəbiyyat sahəsində də inkişaf etdirilməsi, hər iki xalqın mədəniyyəti arasında körpülərin qurulmasına geniş imkanlar aça bilər. Yapon ədəbiyyatına Azərbaycanda bu qədər diqqət ayrılması təqdirəlayiq hadisədir. Bədii ədəbiyyatların mübadiləsi sahəsində Rusiya ilə Yaponiya arasında bədii tərcüməçilik ənənələri artıq çoxdan mövcuddur. Azərbaycan ədəbiyyatına gəlincə, bu ədəbiyyatın Yaponiyada tanıdılması istiqamətində müəyyən işlər görülməlidir. İlk növbədə, yapon dilinin tədrisi istiqamətində tərcüməçilik ixtisasının formalaşdırılması vacibdir. Hazırda bu tədris, yalnız, dil mənimsənilməsi səviyyəsində qurulub. Bu mənada, Azərbaycanda yapon dilinə bədii tərcümə işinin qurulması, əlbəttə, uzun bir prosesdir. İlkin addım kimi, dediyiniz kimi, sətri tərcümədən başlamaq olar. Bu işə yapon mütəxəssislərinin, yaxud aidiyyatlı qurumların cəlb edilməsi ilə bağlı müəyyən araşdırmalar aparılmalıdır. Bununla bağlı səfirlik Mərkəzə mümkün köməklik göstərməyə hazırdır".   

Görüşün sonunda səfirə Mərkəzin nəşrlərindən olan Akutaqava Rünoskenin "Tanrıların iztehzası" kitabı təqdim olunub.

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.