Dünya şairləri Fayadın müdafiəsinə qalxdı
02.12.15

Suriyalı şair Adonis, İrlandiyalı Paul Muldoon, Britaniyalı Carol Ann Duffy, Amerikalı John Ashbery, Fələstinli Gassan Zaqtan, İsrailli Amir Or da daxil olmaqla, bütün dünya ölkələrindən şairlər gənc şair Əşrəf Fayadın müdafiəsinə qalxıblar.

Onlar Səudiyyə Ərəbistanı hökumətinə açıq məktub yayımlayıblar, məktubda bu gənc şairin "İslamı rədd edən şeirlər yazdığı üçün ölüm hökmünə məhkum edilməsinin dəhşətli olduğunu" deyirlər.

English PEN təşkilatı məktubu Səudiyyə Ərəbistanının Londondakı səfirliyinə təqdim edib.

Məktubda Fayadın ölüm cəzasına məhkum edilməsi "azad düşünən insanlara qarşı zülmün son nümunəsi" kimi qiymətləndirilir.

"Bir fikir nə qədər rəğbət görməsə də, onu nə müdafiə etmək, nə də sülh içində ifadə etmək cinayətdir. İnanc azadlığı insan azadlığının təməl şərtlərindən biridir."

Məktub belə tamamlanır: "Fayadın məsləkdaşları olaraq, biz insanları ifadə azadlıqlarına görə cəzalandırmaqdan vaz keçmələri, Fayadın təcili və şərtsiz azadlığa buraxılması üçün Səudiyyə səlahiyyətlilərinə xəbərdarlıq edirik."

Bu haqda The Guardian qəzetinə danışan macar şair George Szirtes deyib:

"Əmələ təhrik cinayət ola bilər, nifrət çıxışları etmək bəlkə də cinayətdir, amma fikirlər - cinayət deyildir...

Bir fərdə fikrindən ötrü verilən hər cəza Səudiyyə Ərəbistanına utanc gətirir. Ölüm cəzası isə ən bğyük utancdır".

Szirtes deyib ki, İngiltərənin Səudiyyə Ərəbistanı ilə müttəfiq olması "absurddur. Bu, yalnız şairlər və yazıçılar kimi deyil, insan kimi bizlərin bütün düşüncələrimizə, vərdişlərimizə, instinktlərimizə daban-dabana ziddir. Bu, sırf kültür məsələsi deyil, dünyəvi insan haqları məsələsidir."

Fayad keçən həftə demişdi ki, ölüm cəzasını "şok kimi qarşılayıb", amma hər nə qədər bu cəzaya layiq iş görməsə də, nəticəni gözləyir.

"Məni ateist olmaqda və bəzi dağıdıcı düşüncələri xalq arasında yaymaqda ittiham edirlər" deyən Fayad sübut kimi göstərilən “Təlimatlar daxildir" adlı şeirləri haqda belə demişdi:

“Bu şeirlər bir fələstinli mühacir kimi mənim haqqımdadır... mədəni və fəlsəfi məsələlər haqqındadır. Amma radikal dindarlar bunu Allaha qarşı fikirlər kimi şərh edirlər."  

Fayad 25 noyabrda onu dəstəkləyənlərə bir mesaj da yollayıb:

"Mənim üçün mübarizə aparan hər kəsə minnətdaram. Səmimi desəm, çox təəccübləndim, çünki burada özümü tək hiss edirdim... Burada heç kəsə qarşı deyiləm. Mən sənətkaram və azadlığımı axtarıram.” /oxuzali.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.