Nicat Həşimzadə - Qadın ola bilməyən arvadlar  
07.12.15

Yaşım azdır, gəncəm. Başımdan böyük danışmaq istəmirəm. Qəzet cümlələri yazmaq da mənlik deyil. Həmişə içimdən gələn fikirləri səmimi şəkildə yazmışam. Qadın ola bilməyən arvadlar beynimi, gəncliyimi zorlamaqla məşğuldurlar. Kişilər də onlardan geri qalmır. Evdə arvadıyla bacarmayan kişilər, övladına söz deyə bilməyən arvadlar 3-5 nəfər azad, vicdanlı yazarı tənqid edirlər. Öz qızına ağıl öyrədə bilməyən analar facebook da yüzlərlə kitab oxuyan gənclərə səy-səy nəsihətlər verirlər. Bu tip adamlar öz köləliklərini anlayır və bizim kimi azad fikirli gənclərdən öz köləliklərinin qisasını almaq istəyirlər. Övladları bizim kimi açıqsözlü deyil. Gənc nəsildən hörmət tələb edən bu arvadların və arvadağız kişilərin elmə, sənətə maraqları yoxdur. İşləri-gücləri ancaq ictimai nəqliyyatlarda gənclərdən yer tələb etməkdir. Bir reper dostum bu haqda yaxşı deyib.

“ Azərbaycan qadınları ictimai nəqliyyatda yer uğrunda apardıqları mübarizəni ictimai mövqe uğrunda aparsaydılar avara gənclər yetişməzdi”

Yazırıq, mübarizə aparırıq. Maksimum 10-20 nəfər oxuyur, dəyər verir. Oxucusuz qalmaq qarşılıqsız sevgidən daha ağır dərddir. Kitaba pul xərcləmə mədəniyyətinə sahib ola bilməmişik. Bütün problemlərinin səbəbi bizim kitabsız xalq olmağımızdır. Qızlarımız xarici oğlanları, oğlanlarımız da əcnəbi qızları sevir. 5-10 nəfər oxucu var. Onlar da xarici müəllifləri oxuyurlar. Azərbaycan xalqında qısqanclıq duyğusu çoxdur. Biri- birilərinin inkişafına mane olurlar.

Bir dəfə avtobusda rus qadına yerimi təklif etdim. Təxminən 70 yaşı olardı. Qadın yerimdə əyləşməkdən imtina edərək dedi:
- Mən təqaüd alan qoca adamam. Bütün günü evdə yatıram, sənsə gəncsən yəqin tələbəsən, ya da işləyirsən. Əyləş, oğlum. Qadın aşkar hiss ediləcək rus aksentiylə danışırdı. Bu da, bəyənmədiyiniz rus qadını. Azərbaycan qadını dünyasında belə hərəkət etməz. Metroda dəfələrlə fikir vermişəm, rus qadınları, rus qızları ciddi bədii əsərlər oxuyurlar. Azərbaycan qadınları isə ən yaxşı halda Ahmet Batmanla Çingiz Abdullayevi oxuyurlar. Hətta 50 yaşlı Azərbaycan kişisinin Kahraman Tazeoğlu oxuduğunu görmüşəm.

Azərbaycan qadınından uğurlu gələcək yaradacağını gözləmək olarmı? Bu suala müsbət cavab vermək üçün inandırıcı əsaslarımız varmı? Məncə bu haqda ciddi düşünmək lazımdır. İlk növbədə arvadları qadınlaşdırmaq lazımdır.

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.