Strindberqin "Tənha" romanı Azərbaycan dilində
09.12.15

ATV Kitab” seriyasına start verilməsi, layihə rəhbəri Səlim Babullaoğlu ilə "Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariq arasında Əməkdaşlıq Memorandumu imzalaması barədə məlumat vermişdik. Artıq layihənin ilk nəşri – görkəmli isveç yazıçısı və dramaturqu Avqust Yuhan Strindberqin XX əsr romançılığının şedevrlərindən hesab edilən "Tənha” romanı işıq üzü gördü.

Avqust Strindberq (1849–1912) XX əsr Avropa sivilizasiyasının böyük mütəfəkkirlərindən hesab olunur. Maddi çətinlik üzündən özünü müxtəlif peşələrdə sınayıb: müəllimlik, kitabxanaçılıq, aktyorluq edib. "Qırmızı otaq”əsəri ona geniş şöhrət qazandırıb və qızğın müzakirələrə səbəb olub. Ölkəsində təzyiqlərə məruz qaldığına görə yazıçı ölkəsini tərk edib, illərlə Fransada, İsveçrədə, Almaniya və Danimarkada yaşamalı olub. Strindberqin bir çox əsərləri prinsipial süjetsizliyi ilə seçilir, burada intriqa, hadisə, personajlar arasında əlaqə yoxdur, o daha çox təəssüratlarını və müşahidələri fiksə etməyə üstünlük verir.

A.Strindberq "Qırmızı otaq” (1879), "Qulluqçu oğlu”(1886–1887), "Dəlinin etirafı” (1888),"Qayalıq adalarda”(1890), "Tənha” (1903), "Qotik otaqlar” (1904) və başqa romanların"Xoşbəxt Perin səyahətləri” (1882), "Ata” (1887), "Yoldaşlar” (1887), "Freken Yuliya” (1888), "Borc verənlər” (1888), "Kim güclüdür” (1989), "Pariya” (1989), "Səmum(1989), "Ölümqabağı” (1892), "Bağlar” (1892) kimi dram əsərlərinin müəllifidir.

"Tənha” (1903) romanı Strindberqin 1902‐1903‐cü illərdəki mənəvi axtarışlarının nəticəsidir. Yazıçının özü bu əsəri avtobioqrafik romanları sırasına aid edir. Əsərdə müəllifin həyatının bir dövrü, özü də onun həyatında tez‐tez rast gəlinməyən harmonik bir dövrü əks olunub. Yazıçı elə bir reallıq və adamların dövrəsindədir ki, ruhi‐mənəvi böhrandan xilas olur, onu zəncirləyən problemlərdən uzaqda dayana bilir. Tənhalıq burda adamlardan zahiri təcrid kimi anlaşılmır, əksinə, varlığın mənası ilə bağlı axtarışların tarıma çəkdiyi şüurun dərin qatlarına başvurmanı ehtiva edir. "Tənha” romanı Hamsunun "Aclıq” və "Misteriyalar”, Hessenin "Yalquzaq” kimi romanları ilə bir sırada dayanır, Avropa nəsrinin bu mənada şedevrlərindən hesab edilir.

Romanı dilimizə istedadlı yazıçı və tərcüməçi Rəbiqə Nazimqızı çevirib.

"ATV Kitab” layihəsinin redaksiya heyətinə Vüqar Qaradağlı (sədr), Məsiağa Məhəmmədi, Cavanşir Yusifli, İlqar Fəhmi, Səlim Babullaoğlu (layihə rəhbəri), Seyfəddin Hüseynli və Dilman Şahmərdanlı daxildir. Buraxılışa məsul "Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariqdir.

Tәrcümә Bәdii Tәrcümә vә Әdәbi Әlaqәlәr Mәrkәzinin iştirakı ilә hazırlanmışdır.

Artıq bu gündən etibarən kitabları şəhərin əksər kitab dükanlarından əldə etmək olar. Eyni zamanda internet üzərindən və telefonla da kitabı sifariş eləmək olar.

www.parlaqimzalar.az
055 259 72 59

/adalet.az/

Yenililklər
27.11.21
Kənan Hacı - Yazı sənətinin tarixi
24.11.21
Təranə Vahidin “Qarışqa təqvimi” çap olunub
23.11.21
Muni Vitçer - Altıncı Ayın qızı Nina    
23.11.21
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında nəşr edilib
22.11.21
Cəmşid Cəmşidovun tərcüməsində Muni Vitçerin əsəri çap olundu
22.11.21
Turan Yazqan: Türk dünyasının səsi
17.11.21
“Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib
17.11.21
Türkiyənin məşhur şairi Sezai Karakoç vəfat edib
17.11.21
“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunur
17.11.21
Elçin Hüseynbəylinin “Vida” romanı çap olunub
17.11.21
BAFTA qısa filmləri Bakıda nümayiş olunacaq
11.11.21
“Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub
11.11.21
“Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisi açılacaq
08.11.21
Kənan Hacı - Ekspress qatarında eksperimental mozaika
08.11.21
Fəxri Uğurlu - Klassikanı diri saxlamaq
08.11.21
"Şuşa" sənədli filminin təqdimatı olub
08.11.21
4+4: rəqəmsal namə
08.11.21
İsfar Sarabski Parisdə iki gün konsert verib
05.11.21
“Hədəf Nəşləri”nin təsisçisi Şəmil Sadiqin ƏDV ilə bağlı müzakirələrə əlavə və dəyişiklərlə bağlı təklifləri
05.11.21
Kənan Hacı - Yazıçılarımız nəyi bacarmır?
04.11.21
Qələbə ilə bitən ilk roman
04.11.21
Ədəbiyyat İnstitutunda Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib
04.11.21
Azad Qaradərəli - Qara sevda
03.11.21
"Qarabağın qara kitabı" və "Qarabağ - qələbəyə doğru" kitablarının təqdimat mərasimi keçirilib
03.11.21
Kənan Hacının “Hakimə açılan atəş” romanı oxucularıın böyük marağına səbəb olub
02.11.21
“Şuşa, sən azadsan!” və “Biz” filmləri təqdim olunacaq
02.11.21
Rusiyanın Tretyakov Qalereyasında Tahir Salahovun sərgisi açılıb
02.11.21
Şamaxıda Yaradıcılıq Mərkəzi istifadəyə verilib
01.11.21
Altı əsr yaşı olan xalça 5,4 milyon dollara satışa çıxarılacaq
01.11.21
Nizami Kino Mərkəzində “Fulya” sənədli filminin premyerası olub
01.11.21
Zahid Sarıtorpağın İranda kitabı çap olunub
01.11.21
Vidadi Babanlının "Sabaha ismarıc" adlı romanı çap olunub
01.11.21
Poetik diktatura - Firuz Mustafa yazır
26.10.21
Çempion idmançı, istedadlı aktyor və doktorant
25.10.21
Azad Qaradərəli -  Zəngəzur ağacları
24.10.21
I Sumqayıt Kitab Sərgisi keçiriləcək
22.10.21
Kənan Hacı: “Güclü xarakterə malik insan haqqında yazmaq ikiqat çətindir” - Müsahibə
21.10.21
"Cəbrayıl əfsanəsi"nin təqdimat mərasimi olacaq
20.10.21
Türkiyədə təşkil olunan Beynəlxalq Şeir və Ədəbiyyat Festivalında ölkəmiz də təmsil olunur
20.10.21
Təranə Vahid - Yaddaşsız kölgələr
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.