Ankarada I "Beynəlxalq Səhnə Əsərləri Müsabiqəsi" qaliblərinin təqdimat mərasimi keçirildi
10.12.15
TÜRKSOY Uluslararası Türk Mədəniyyəti Təşkilatının baş qərargahında Avrasiya Yazarlar Birliyi, TÜRKSOY Uluslararası Türk Mədəniyyəti Təşkilatının və Türkiyə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən, görkəmli türk dramaturqu Haldun Tanerin 100 illiyinə həsr olunmuş I "Beynəlxalq Səhnə Əsərləri Müsabiqəsi" qaliblərinin təqdimat mərasimi olub. Mərasim Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun çıxışı və Haldun Tanerin yaradıcılığına həsr olunmuş sənədli filmin nümayişi ilə başlayıb, sonra mükafatlandırma mərasimi keçirilib. Mərasimdən sonra qonaqlara ziyafət verilib, daha sonra Ankaranın "Küçük Tiyatro"sunda Haldun Tanerin "Gözlərimi kaparım, vazifemi yaparım" tamaşası göstərilib.
Bildirildiyi kimi müsabiqənin qalibi elan olunmuş üç əsər sırasında Azərbaycan yazıçısı Afaq Məsudun "Mənsur Həllac" əsəri də yer alıb. İlk dəfə düzənlənən bu beynəlxalq yarışmaya Türkiyə, İran, İraq, Liviya, Qazaxıstan, Qırğızıstan və digər 18 ölkədən qatılan əsərlərdən müsabiqəyə təqdimat şərtlərinə əməl olunmuş 109-u buraxılmış, 3 əsər qalib elan olunmuşdur.
Qalib əsərlər, eyni zamanda türkdilli ölkələrin teatrlarında səhnəyə qoyulmaq hüququ qazanmışdır.
|