Nicat Həşimzadə - Murat Boz heyranları

15.12.15

Bu haqda düşünmək çox bezdiricidir. Amma yazmağa məcbur oldum. Çünki heç kim yazmır, heç kim danışmır. Murat Bozun Bakıdakı konsertində Azərbaycan qızları elə düşük, elə rəzil hərəkətlər etdilər ki, Azərbaycan vətəndaşı olduğum üçün özümə nifət etdim. Az qala Murat Bozun corablarını yalayacaqdılar. Hər hansısa müğənnini sevmək olar, amma belə səy-səy hərəkətlər etmək millətin dəyərinə kölgə salır. Azərbaycanda Murat Bozdan daha yaraşıqlı oğlanlar var. Qızlar o oğlanların üzünə də baxmırlar. Çünki pulları yoxdur, məşhur deyillər. Qadınlar tanınmış, varlı kişilərlə ailə qurub rəfiqələrinə, qohumlarına acıq verməyi sevirlər. Uzun sözün qısası, Azərbaycan qızlarının belə düşük hərəkətlərini görəndən sonra Azərbaycan qızları haqqındakı yüksək fikirlərim alt-üst oldu. Konsert zamanı isterik hallara qapılan, özündən gedən, əlini sinəsində saxlayan qızlar hansı xalqın qızları idi? Mən olan hadisələri yazıram. Məni söyməkdənsə bu  cür utancverici halların qarşısını alın. Sonra da Murat Boz heyranları Azərbaycan yazarlarına ağır verməklə məşğul olurlar. Bir dəfə Murat Boz heyranı olan qız mesaj yazdı ki, Nicat bəy, müasir yazarlardan kimləri oxumağı məsləhət görürsüz? Mən də cavab yazdım ki, get Murat Bozdan soruş, o bilər.

Məsələ bununla da bitmir. Azərbaycanlı qızlar Bakıdan O səs Türkiyə proqramına gedirlər, bəziləri musiqidən anlayışı olmadığını bilə-bilə yarışmaya gedirlər ki, Murat Bozu qucaqlasınlar. Bu qədər düşük olmayın da, nolar. Rusiyaya gedib Azərbaycana qayıtmayan kişiləri başa düşürəm. Amma Rusiyada yaşayıb Bakıya arvadının yanına qayıdan kişiləri heç cür başa düşə bilmirəm. Rus qadını böyük insandır. Rusiyanı yaşadan, ayaqda saxlayan əsas qüvvə rus qadınlarıdır. Təbii ki, Azərbaycanda savadlı, təhsil ardınca qaçan 5-10 qız tapmaq olar. Lakin kütlə onları əzməklə, əritməklə məşğuldurlar. Mənə inanmayanlar bu videonun 4.43 cü dəqiqəsinə diqqətlə baxsınlar. https://www.youtube.com/watch?v=ouwPqY1QflM

Nə deyəsən? Kimə şikayət edəsən. Hansı ağıllı oğlan belə qızlarla ailə qurar. Hansı oğlan övladına belə ana arzu edər? İşin ən qəribə tərəfi bilirsiz nədir? Konsertə sevdiyi oğlanla gələn qızlar da var idi. Qızlar öz boyfriendlərini atıb səhnəyə- Murat Bozun üzərinə cumdular. Oğlanlar da əl çaldılar. Çox axmaq hadisələr idi. Nəysə deyəsən çox danışdım. Bir daha anladım ki, bu qızlar ana olanda özləri kimi səy insanlar böyüdəcəklər. Rəhmətlik Volter dayı demişkən fanatizm bəşəriyyətin ən dəhşətli bəlasıdır.

P.S Məni konsertə bir xanım oxucu dəvət etmişdi. Sonra o da səhnəyə cumdu. Mənsə salonu tərk edib evə döndüm. Qıza mesaj yazdım ki, yalvarıram, xahiş edirəm ki, bir də mənim yazılarımı oxuma. Bunu özümə təhqir sayıram. Əminəm ki, o qız hələ də  niyə belə etdiyimi bilmir.

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.