«ATV Kitab» seriyasından - «Azəristan ölkəsi»
18.12.15

«ATV Kitab» seriyasının növbəti nəşri – görkəmli Litva yazıçısı Vinstas Krevenin «Azəristan ölkəsi» kitabı «Parlaq imzalar» nəşriyyatında nəfis tərtibat və yüksək poliqrafik keyfiyyətlə işıq üzü görüb. «ATV Kitab» layihəsinin rəhbəri Səlim Babullaoğlu Adalet.az-a eksklüziv açıqlamasında bildirib ki, kitabı dilmizə  Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, tanınmış publisisit, tərcüməçi Mahir Həmzəyev çevirib: «Olduqca vacib kitabdır və uğurlu tərcümədir ki, biz buna görə Mahir müəllimə təşəkkürümüzü bildiririk… Düşünürəm, bu əsər təkcə ədəbiyyatsevərlərin deyil, ötən əsrin əvvəllərindəki tariximizi öyrənmək, görmək istəyən tarixçi-mütəxəssislər üçün də əvəzsiz mənbə olacaq. Bilirsiniz, bu kitabda erməni xislətini ifşa edən çoxlu məqamlar var. Özü də bunu azərbaycanlı yox, bir litvalı, həm də sıradan olmayan bir insan - böyük mütəfəkkir və ziyalı yazıb. Təxminən yüz il əvvəl…»

"Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariq də kitabın nəşrini əlamətdar hadisə hesab edir: "Bu kitab bizə, öz tariximizə, mədəniyyətimizə, bütövlükdə həyatımıza başqalarının gözü ilə baxmaq imkanı verəcək. Bizi - azərbaycanlıları başqaları kənardan necə görür? Bu vacib sualın cavabını tapacayıq".

"ATV Kitab”  layihəsinin redaksiya heyətinə Vüqar Qaradağlı (sədr), Məsiağa Məhəmmədi, Cavanşir Yusifli,  İlqar Fəhmi, Səlim Babullaoğlu (layihə rəhbəri),  Seyfəddin Hüseynli və Dilman Şahmərdanlı daxildir. Buraxılışa məsul "Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariqdir. Kitabın redaktoru tanınmış ədəbiyyatçünas, tərcüməçi Seyfəddin Hüseynlidir.

Tәrcümә  Bәdii Tәrcümә vә Әdәbi Әlaqәlәr Mәrkәzinin iştirakı ilә hazırlanıb.

Vintsas Kreve (1882-1954) Mitskeviçyus XX əsr Litva ədə­biyyatının ən məşhur klassiklərindən biridir. Öz yaradıcılığında Avropa universallığını və janr müxtəlifliyini çoxşaxəli və çoxsəsli şəkildə əks etdirmiş ilk Litva yazıçısı kimi milli idealizm yön­lü ədəbiyyata dramatik əhatəlilik və klassik dolğunluq gətirən V.Kreve ən məş­hur milli psixoloji surətlərin və milli üslubun yaradıcısı sayılır.

V.Krevenin həyat və yaradıcılığının, elmi-pedaqoji, mədəni-maarif və ictimai-siyasi fəaliyyətinin on bir ilə yaxın dövrü (1909-1920) sıx şəkildə Azərbaycanla bağlı olub. O, həmin dövrdə - 1909-1920-ci illərdə 1-ci Bakı realnı məktəbində rus dili və ədəbiyyatı müəllimi işləyib. 1911-ci ildən başlayaraq Kre­ve eyni zamanda Bakı Marianna qızlar gimnaziyasında da dərs de­yib. 1912-ci ildə realnı məktəbindəki əsaslı kitabxananın müdiri təyin olu­nub, 1914-1916-cı illərdə bu məktəbin pedaqoji şurasının katibi, 1917-1920-ci illərdə isə şuranın sədri seçilib.

Həmin illərdə Bakı realnı gimnaziyasında Azərbaycan dili və ədə­biyyatı müəllimi işləyən böyük pedaqoq və yazıçı Abdulla Şaiqlə (1881-1959) Krevenin yaxın dostluq və yaradıcılıq münasibəti yaranıb. A. Şaiq öz xatirələrində minnətdarlıq hissi ilə yazır ki, Litva ya­zı­çısı onun ədəbi görüş dairəsinin genişlənməsində və dünya ədəbiy­ya­tı xəzinəsini öyrənməsində böyük əmək sərf etmiş və çox mü­hüm rol oynayıb.

Sonralar Azərbaycanda yazıçı, jurnalist, həkim, iqtisadçı, alim-pedaqoq, ictimai xadim kimi tanınan bir çox azərbaycanlı şagird və tə­lə­bələrin - Tağı Şahbazinin, Ruhulla Axundovun, Abdulla Şıxlins­ki­nin, Abdulla Şahbazovun, Həbib Talışinskinin, Qulaməli Həsənovun, Hadı Əliyevin, Səməndər Axundovun və başqalarının mütərəqqi dün­yagörüşlərinin formalaşmasında, ədəbi-estetik və elmi-nəzəri baxış­la­rı­nın düzgün istiqamətdə təşəkkül tapmasında və beləliklə, görkəmli Azərbaycan ziyalılarının yetişməsində V.Kreve böyük rol oyna­yıb.

1918-ci ildə Azərbaycan və Litva öz Dövlət müstəqilliklərini bə­yan etdikdən sonra V.Kreve fəaliyyətini əsasən, Litva - Azərbaycan döv­lətlərarası münasibətlərinin təşəkkül tapmasına yönəldib, Litva Döv­lətinin Azərbaycan Respublikasında rəsmi nümayəndəliyinin təsis olun­masında bilavasitə iştirak edib.

V. Krevenin həyat və fəaliyyətinin Bakı dövrü, bir yazıçı və dra­maturq kimi onun yaradıcılığının ən məhsuldar dövrü hesab olunur. Bir çox məş­hur əsərlərini - "Şarunas" dramını, "Skirgayla" və "Kürəkən" pyes­lə­ri­ni, "Daynava diyarı qocalarının rəvayətləri"ni və "Küləşlə örtülmüş dam altında" adlı toplusunu təşkil edən nəsr əsərlərinin əksəriyyətini: "Göy və yer oğulları" roman-epopeyanın böyük hissəsini o, məhz Bakıda yazıb. Xüsusilə qeyd etmək lazımdır ki, V.Krevenin Bakıda Şərq möv­zu­sunda yazdığı əsərləri onun ədəbi irsində müstəsna yer tutur, Qərb-Şərq mədəniyyətlərarası dialoqu kontekstində mühüm əhəmiyyət kəsb edir və nüfuzlu kreveşünas alimlərin fikrincə, həmin əsərlər V.Kre­ve­nin bütün ya­radıcılıq xəzinəsinin ideya-fəlsəfi açarı hesab olunur. V.Kreve bu əsər­lərilə Litva milli mədəniyyəti tarixində ilk dəfə olaraq Lit­va ədə­biy­yatının dünya ədəbiyyatının fəal bir hissəsi, dünya ədəbi pro­se­si­nin tamhüquqlu iştirakçısı olduğunu göstərmişdir. Həmin əsərlərin bir qismi V.Kre­venin məşhur "Şərq hekayətləri" adlı kitabını təşkil edir.

Azərbaycan tarixi və milli-mənəvi dəyərləri, məişəti, dini adət-ənənələri və təbiəti mövzusunda yazılmış "Azəristan ölkəsi" adlı he­ka­yət də bu kitaba daxil olan beş əsərdən biridir. "Azəristan ölkəsi" he­­ka­­yəsindən başqa, "Şərq hekayətləri" toplusuna Zərdüşt, Budda haq­­qın­da və İslam dini mövzusunda, Tövrat və İncil motivləri əsasın­da yazılmış daha dörd dini-fəlsəfi və ədəbi-bədii əsər - "Pratyeka­bud­dha", "Kralın ən yaxşı şərabını saxladığı qab", "Mübarizə apa­ran qüvvələr" və "Qadın" hekayətləri daxildir.

II Dünya müharibəsi illərində V.Kreve və ailəsi bir yandan bol­şeviklərin, digər tərəfdən isə alman faşistlərinin təqiblərinə məruz qa­lıb. 1944-cü ildə sovet ordusu Kaunasa yaxınlaşanda, bu dəfə Sovet həbs düşərgəsinə düşməmək üçün ailəsi ilə birgə Qərbə mühacirət etməyə məcbur olub, 1947-ci ildə isə Amerika Birləşmiş Ştatlarına köçür və ömrünün sonu­na qədər Pensilvaniya Universitetində slavyan dilləri və dün­ya ədə­biyyatı üzrə professor kimi mühazirələr oxuyub. V.Kreve 1954-cü il iyulun 7-də ABŞ-ın Pensilvaniya ştatının Sprinqfild (Filadel­fiya ya­x­ınlığında) şəhərində vəfat edib.

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.