Zahid Sarıtorpaq - Bir şəklin tarixçəsi
24.12.15

1987-cı il. Şamaxı. Çiskini az qala adamın içini yalayan boz bir payız günü.
 
İşlədiyim rayon qəzeti redaksiyasından çıxıb, büzüşə-büzüşə harasa gedirdim. Qəfildən böyrümdə yaşıl rəngli bir “Jiquli” dayandı. Gözlərimə inanmadım: Nüsrət Kəsəmənli idi. Görüşdük. “Otur” – dedi. Oturdum o məşhur maşına. Ona görə məşhur deyirəm ki, həyatda hər şeyə görə paxıllığını çəkən bir şairə Nüsrət Kəsəmənli yazdığı şeirdə deyirdi: “Maşınımın rəngi yaşıldı deyə, Yaşıl çəmənə də baxa bilmirsən...”
 
Hə, xəzəl basmış küçələrdən keçib şəhərin ucqarında tanış bir kafeyə girdik. Orada xeyli oturduq, Moskva görüşlərimizi xatırladıq.
 
Nüsrət Moskvaya tez-tez gələrdi.  Orada, Tahir Aslanlının evində üçlükdə çox olmuşduq. Bir dəfə maqnitofona bir şeiri necə yazdığımızı yada saldıq. Tahir Aslanlının küləkli bir gündə dəmir yol vağzalında yalqız bir insanın yaşantılarını əks etdirən şeirini Nüsrət bariton səsiylə oxudu, mətnə uyğun olaraq, mən çovğunlu küləyin vıyıltısını səsləndirdim, Tahir qatar təkərlərinin taqqıltısını. Çox qəribə və çox da təbii bir kompozisiya alındı. Heç bilmirəm o lent yazısı rəhmətlik Tahir Aslanlının arxivində qalır, yoxsa yox.
 
O gün Nüsrətlə xeyli söhbət elədik. Mən ədəbi mühitdə yeni imza yiyəsi, o isə artıq məşhur bir şair idi. Geri qayıdanda şər qarışmışdı. Xatırlaya bilmirəm, nədən ötrüsə kitabxanaya baş çəkəsi olduq. Kitabxananın qarşısında bizim bu foto-şəklimizi çəkdilər.

Bu yaxınlarda əlimə keçən bu şəkil içimdə gözəl şairimizlə bağlı xoş xatirələr oyatdı. Təbii ki, uzaq və unudulmaz bir günün xatirəsi kimi hisslərimi bölüşmək istədim oxucularla. /axar.az/


Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.