Oşo, Den Braun və Coco Moyesin kitabları nəşr olunub

28.12.15

OSHO - TALE, AZADLIQ VƏ RUH HƏYATIN MƏNASI NƏDİR?

“Mən özlüyümdə bir sualam. Kim olduğumu bilmirəm, nə etdiyimi, haraya getdiyimi”. OSHO
OSHO Həyatın Əsasları seriası fərdin həyatındakı ən vacib suallara diqqət yetirir. Hər bir kitab zamana meydan oxuyan, müasir araşdırmalar və daxili həyatımıza, varlığımızın təbiətinə aid olan suallara köklənir, şəxsi məna və məqsəd axtarışında həyatın mənası ilə əlaqədar sualları əhatə edir.
“Tale, Azadlıq və Ruh: Həyatın mənası nədir?” kitabı insanla əlaqədar sualları dərin bir şəkildə araşdırır: Ruh varmı? Əgər varsa o nədir? Karma anlayışı nədir? Tale nədir? Azadlıq Nədir? Həyatımızın müəyyən mənası və ya məqsədi varmı?
“Gələcəkdə insanlığın gedişatının çox fərqli formalarda müəyyənləşdiyini görəcəyik. Ən böyük fəlakət nüvə müharibəsi deyil. Bu müharibə insanlığı sadəcə yox edə bilər. Əsl fəlakət psixologiya elmindən gələcək. Bir insanın tamamilə necə idarə edilə bildiyini öyrənəcəklər. Şüurlu olmadığımız üçün əvvəlcədən müəyyən olunm8uş formada davranmağa yönəldilə bilərik”.
“Sən azadsan, amma azad hərəkət məsuliyyət gətirir – bu sənin əsarətindir. Buna istəyirsən əsarət de, gözəl bir kəlimə deyil, istəyirsənsə də məsuliyyət de. Mən elə deyirəm. Müəyyən bir hərəkəti seçirsən, bu sənin azadlığındır. Bu hərəkətin nəticəsi isə sənin məsuliyyətin olacaq.”
 




Den Braun - MƏLƏKLƏR VƏ İBLİSLƏR

“İllüminati”. Orta əsrlərdə rəsmi kilsə ilə apardığı sərt və qəzəbli savaş nəticəsində məşhurlaşan qədim gizli orden – qardaşlıq. Bu, sadəcə, uzaq keçmişin əfsanəsidirmi? Bəlkə də... Əgər belədirsə, onda sirli şəkildə öldürülmüş, Ta­nrının varlığını elmi şəkildə sübuta yetirməyin astanasında olan alimin sinəsinə niyə məhz illüminatların rəmzi damğalanmışdır? Harvarddan dəvət edilən rəmzlər üzrə mütəxəssis və qətlə yetirilmiş alimin qızı öz şəxsi araş­dır­malarına başlayır və... tezliklə inanılmaz nəticələr əldə edirlər...
Dünyaca məşhur olan bu əsər Azərbaycan dilində ilk dəfə nəşr olunur.

Bakı, Qanun  Nəşriyyatı, 2015, 728 səh.,
Tərcümə:    Yaşar Əsədov


 





Coco Moyes - BİR ÜSTƏGƏL BİR


Coco Moyesin “Bir üstəgəl bir” romanı – valehedici, oxucunu sonadək həyəcanlı durumda saxlayan əsər iki tənhalığın birləşdiyi zaman nələr yarada biləcəyindən bəhs edir.
…Tənha qadın. 
Cess Tomasın iki uşağı və iki işi var. Hər gün yorucu iş. Həm yad evlərdə, həm də öz evində. Ona kimsənin yazığı gəlmir, kənardan köməyə də özü bel bağlamır. Buna görə də bəzən Cess riskli qərarlar qəbul etmək məcburiyyətində qalır.
...Dəlisov ailə.
Tanzi – Cessin əcaib-qəraib, lakin istedadlı qızıdır.
Nikki – Cessin ögey oğlu da məktəbdəki bir dəstə dələduz və dəcəl yaşıdları qarşısında aciz qalıb.
Bəzən Cessə elə gəlir ki, vəssalam, hər şey bitdi. Lakin Ed Nikolsla tanışlıq onun bütün həyatını dəyişir. İki ruhən tənha adam müxtəlif və çoxsaylı çətinlikləri adlayaraq, nəhayət, birgə həyata başlayırlar. Amma buna qədər onları Şotlandiyaya uzun, çox uzun, yorucu bir səfər gözləyir.
Bakı, Açar Nəşriyyatı, 2015, 588 səhifə, Çapa imzalanmışdır: 07.10.2015
İngiliscədən tərcümə: Sevil Gültən






 


Den Braun - DA VİNÇİ ŞİFRƏSİ


Leonardo da Vinçinin işlərində gizli şifrələr var...
Yalnız bu, ağlasığmaz hakimiyyət və qüdrət bəxş edən xristian ziyarətgahlarını tapmağa kömək
edər...
Bəşəriyyətin əsrlərlə öyrənməyə can atdığı böyük sirrin açarı bəlkə də tapıldı...
Müəllif "Da Vinçi şifrəsi" romanı üzərində işləyərkən, apardığı tədqiqatların bütün nəticələrini
baş qəhrəmanı, din tarixi və ikonoqrafiya üzrə Harvard universitetinin professoru Robert
Lenqdonun vasitəsilə oxucularına çatdınr. Roman Luvr muzeyində qoca mühafızəçinin qətlini
Robert Lenqdona xəbər verən gecə zəngi ilə başlayır. Cəsədin yanında açarı Leonardo da
Vinçinin işlərində gizlənən şifrəli yazı tapılır...

Bakı, Qanun Nəşriyyatı, 2015, 520 səh.,
Tərcümə etdi: Samir Bulut
 

Yenililklər
12.09.19
Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
İsa Həbibbəylinin yeni monoqrafiyası çap olunub
06.09.19
Naxçıvan Dövlət Tarix muzeyi - 95
06.09.19
Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
01.09.19
Esmira Fuad - Faniliyin poetik tarixi
01.09.19
Regina Deriyeva - Uşaqlıq-xəzinəsidir gözyaşlarının
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
29.07.19
Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək
29.07.19
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
29.07.19
Ədəbiyyat İnstitutu Avrasiya Türk Araşdırmaları İnstitutu ilə memorandum imzaladı
26.07.19
“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
26.07.19
Məhəmməd Tanhu - 8-ci günün qeydləri
26.07.19
Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş təşkil olunub
24.07.19
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
24.07.19
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib
24.07.19
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23.07.19
Prezident Murad Köhnəqalaya ev verdi
23.07.19
Svetlana Alekseyiviçin növbəti romanı yayımlanıb
23.07.19
Amerikalı yazıçı-satirik vəfat edib
22.07.19
Tanınmış jurnalist Amil Novruzovun 60 illiyinə
22.07.19
Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı işıq üzü görüb
22.07.19
"Gənc Qırğız şeiri antologiyası" Bakıda və Bişkekdə təqdim olunacaq
22.07.19
"Qanun"dan yeni nəşrlər
22.07.19
“Türkologiya” jurnalının əlavəsi akademik Məmmədağa Şirəliyevin 110 illiyinə həsr ediləcək
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
17.07.19
Yeni kitab: “Dilin elmi və estetik problemləri”
17.07.19
Aşıq sənətinə həsr olunmuş növbəti kitab işıq üzü görüb
16.07.19
"Qanun"dan yeni nəşrlər
16.07.19
“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib
15.07.19
The Guardian: Audiokitab mütaliənin gələcəyidir
15.07.19
Azərbaycanda növbəti Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.