Əsəd Cahangir Qan Turalının romanından yazdı
25.01.16

Qan Turalının yaxın günlərdə işıq üzü görəcək "Fələk qırmancı" romanının əlyazmasını oxudum. Roman müasir Azərbaycan gənclərİndə nihilizmin kökü nədədir sualına aydın cavab verir.

Müəllifin bundan öncə yazdığı "Mustafa" romanı Azərbaycan insanının siyasi iflasını göstərirdi. Bu ölkədə azad siyasi fəaliyyət heç bir perspektiv vəd etmir. Qəhrəmanın uğursuz siyasi fəaliyyəti timsalında roman bunu deyirdi.

"Fələk qırmancı" isə Azərbaycan gənci, konkret desək, yazıçısının mənəvi iflasını göstərir. İki xətdən (tarixi və müasir) ibarət romanın tarixi xətti din və təriqətlərin insanı xilas etməsinə dair fikirlərin əfsanə olduğundan danışır. Müasir xətt isə hər yerdən qovulmuş insanın son sığnacağı olan ədəbiyyatın da onu yaşatmadığından söz açır - nə mənəvi, nə də maddi cəhətdən.

Hər iki romanda qəhrəman sevgi planında da xoşbəxtliyini tapa bilmir.
Və iki əsərdən doğan yekun qənaət: - fəaiyyət azadlığı yoxdur (birinci roman), düçüncə azadlığı da yoxdur (ikinci roman) Bircə yol qalır - ölüm. Təsadüfi deyil ki, birinci romanın qəhrəmanı mənən, ikinci romanın qəhrəmanı isə həm də cismən ölür.

Birinci romanının qəhrəmanının (Mustafa) Məhəmməd əleyhissəlama, ikincinin isə (Mehdi) Mehdi Sahibəzzamana işarə olduğunu nəzərə alsaq, bu əsərləri ən genəldə antiislam düşüncənin məhsulu kimi anladım. Birinci roman islami düşüncənin tarixi önəmini, ikincisi isə Mehdinin gələcək zühuru ilə bağlı xilaskar perspektivini inkar edir.

Müəllif nə birinci, nə ikinci əsərində sökdüyünün yerində nəsə tikmir. Görünür o, bunu üçüncü kitabında həyatıa keçirəcək və trilogiyasını tamamlayacaq. Trilogiyanın bir adı ola bilər - "Azadlıq".

"Mustafa" ilə müqayisədə xeyli təkmilləşsə də, bu əsərdə də Qan Turalının romançılıq baxımından müəyyən problemləri hələ qalır. Bunlardan ən vacibi əhvalatçılığın psixologizmi üstələməsi, başqa sözlə, oksigen çatışmazlığıdır. Bəzən sürətlə cərəyan edən hadisələrn sayını azaltmağa, təkkə həyatı ilə bağlı uzun-uzadı təfərrüatlardan qaçmağa, bunun əvəzinə qəhrəmanların daxili aləmini açmağa ehtiyac hiss olunur.

Bəzi səhnələr qeyri-inandırıcı görünür. Kənddən gəlmiş Zeynəbin yazıçı Mehdiyə vurulmasının daha dərindən əsaslandırılması lüzumu duyulur. Qəhrəmanın finalda intiharı inandırıcı surətdə motivləndirilmir. Romanda parlaq bədii boyalarla işlənmiş səhnələrlə az üzləşir, hadisələri görməkdən daha çox, onlar haqqında eşidirik. İki zamanın qarşılaşdırılması, yaxud itmiş əlyazma söhbətləri müxtəlif romanlarda dəfələrlə rastlaşdığımız tanış üsullar təsiri bağışlayır.

Bütün bunlarla bərabər, düşüncəsinin zaman diapazonuna, problemə fundamental münasibətinə, mətnə alt yapı qoymaq qabiliyyətinə görə yaşıdlarından çox az adamı Qan Turalı ilə müqayisə etmək olar.

Qan Turalı və onun yaşıdları indi özlərinə bir sual verməlidrlər - min illərlə sürən homo sapiens erasının bitdiyi, post insan erasının başlandığı dövrün yazarı olaraq mən oxucuya nə deyirəm və nə deməliyəm? Məncə, bu, yazıçı qarşısnda günün ən aktual tələbidir və yalnız bu tələbin önəmini anlayanlar çağdaş zamanla bərabər at başı yürütməyə qadir olduqlarını sübut edəcəklər.

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.