Xosrov Barışan - Nəfəsin kapitalist qoxuyur sənin
27.01.16

HƏLƏ DEMƏ...

Hələ saçlarıvı demə...
Saçların Təbrizin xiyavanlarıdır!
Pərişan, tikanlı, dolaşıq və qara...
Dolayıram saçlarıvı ayaqlarıma.
Mən adam olmadım ki..!
Xiyavanlarda yalqız gəzən həsrətəm!
Ah... mənim şeirim xiyavanlar ortasında yaradılır
                                                                Bağrılaraq.
Hələ gözlərivi demə...
Sənin o santrifiyuj gözlərin...
Gözlərin qatilim olacaqdır!
Söylə hansı fəlsəfə zənginlətmiş nifrətlə gözlərivi!?
Ömrümü xərclədim gözlərivi sevgiylə doldurmağa!
Nə yazıq ki yaşamaq o göy gözlərində göyərmədi.
Nə yazıq ki gözlərin dolacaq topraqla.
Ah... baxışların bomb.., bomb.., bomb.., bomba!
Ürəyim partlayır vaxsey.
Sanki kainat yaradılır.

Hələ burnuvu demə...
Məhkum olduğum dünyamdır burnun!
Əməllə gözəlləşən
Jenetikən çirkin bir burun!
Anlamadın, qanmadın, qavramadın
Çirkinliklər gözəllikləri anlamaq üçün yaradılıb.
Üstümə asqırma.
Nəft asqırırsan, nəft..!
Püfff...f nəfəsin kapitalist qoxuyur sənin.
Məni yandırıb yaxarkən qazancın nədir? Söylə.
Alov... alov... aydınlanıb, aydınladıram.
Şairəm axı.

Hələ bədənivi demə...
Oooooohh... O çılpaq bədənin..,
               Ana vətənimdir mənim;
                 İsti, səmimi, tapdaq altında,
                  Və şairlər məskəni Azərbaycan.
Uzana bilirəm bədənivin üstünə
                   Yalnız zil qaranlıqda.
Hanı sənin ağzın, ağzın hanı?
Mən adam olmadım ki
Öz doğma yurdumdaki yalqız gəzən qurbətəm!

Sanma sənsiz yaşayıram sevgilim;
Çulqalanıram təkcə günlərə kəfən kimi
Və dalğalanıram qurudulan Urmu gölü tək.
Ah... hər yeriyişimdə sevgimin daşı ağır olub düşür başıma!
Daşdır ürəyin, daş...
        Qana bilməzsən!
Addımlar altında əzilən ürəyim  kimi
                               Qanaya bilməzsən!
Burax məni diritməyin səfsətəli projəsini.
Davranışların duvardır, duvar..!
Bu kimsəsiz, ucsuz gecələrdə yol göstərən ulduzum ola bilməzsən.



FƏRQANƏ MEHDİYEVAYA

Mən hər gecə
Şeirin şorunu çıxardıb
Suyunu süzürəm izlərimə.
Gözləriniz aydınlanır.
Və soyuram ürəyimi
Adəm cənnətdən qovulur;
Gözləriniz yaşlanır.
Məni belə qərib hallar tapar Fərqanə,
                                   Belə əcib hallar...
Məni sözcüklər meymun eyləmiş Fərqanə!
24 saat durmadan
 Başımın ətini yeyirlər!
Hansı sözcükdən hansı sözcüyə atılım?
Hansı gözləri dərim,
 Şeirim doğsun mənim?
Yaman qorxuram fərqanə,
Şeirim həmişə uşaq qalır!
Necə insan təkamülə çatsın ki?
Tanrıya çatmaq üçün
 Hansı nərdüvanı hansı göyə dayamalıyam?!
Uşaq idim
Anama ulduz dərmək istərdim...
Böyüdüm
Heç qız ulduz sevməyir ki..!
Deyir: -mən özüm bir ulduzam ay oğlan.
Və geçir aylar...
Aydan, ucadan
Sənə baxıram,
Özümə baxıram.
Tütsünün yuxarıya qalxdığından mı
                    Hər ürəkdə yanğın varsa
                    Tütsüsü  mənim gözümə gedir?
Darıxmalar yağışları
         Elə başlayırlar ki
         Bütün yağışlar darıxır!
Bilirəm duz yeyib duzqabını sındırırlar!
Bizlərsə
Yaramızdan duz səpirik!
Əlimizin duzu olmasa da
Nəfəsimizin duzu bol olacaq!
Əə...əh, duzun nə yeri var bu şeirdə Fərqanə?!
Döktürlər yeməkdə belə
                Yasaq etmişlər.
Duzun ürəyə zərəri vardır axı.
Halbuki mən
Duzlu bir qız doğacaqdım;
Adını isə “TÜRKAY” qoyacaqdım.
Ürək işçisi olan atasına öyünsün.
Bax
Hər ışıq hayxıran yaxılıb
     Sonra da bir ulduz olub.
Sən demə əsil şair
    “Urmu gölü”dür.
“Bakı”-“Təbriz” avtobusları
“Azərbaycan” boyda yalqızlığımdan geçməyirlər heç.
Dalğalar...
Dalğalar...
Dənizdə can verib
İçimdə canlanırlar.
Sən ağlayırsan...
Mən titrəyirəm...
Yolumuz eyni;
Tuvaletdəki kəpənəyin öyküsüdür alınyazımız!
Aşkar da olsan
Gizlənəcəksən.
Gizli də olsam,
Aşkarlanacağam.

Ah mən bir düşüncə heykəliyəm
Gözyaşlarımdan yonuluram Fərqanə.
Mən cənnəti yanmaqda gördüm.
Bu səbəbdən şairik Fərqanə.
Pəs yaşasın toprağımız.

Yenililklər
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.