Daha bir “Dünya ədəbiyyatı”
02.02.16

Azərbaycan Yazıçılar Birliyi (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin yeni sayı çapdan çıxıb.

Ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynlinin baş redaktoru olduğu dərginin bu dəfə “Dramaturgiya” xüsusi sayı oxuculara təqdim edilib.  

Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevlə AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlunun söhbəti Azərbaycan və dünya dramaturgiyasının, milli teatr sənətinin tarixinə və müasir sənətkarlıq məsələlərinə həsr edilib.

“Biz dünya teatrının uzun inkişaf yolunu çox sürətlə keçməli olmuşuq” - deyən Ədalət Vəliyev teatrlarımızın hazırkı durumu və perspektivləri, görülən işlər və onların nəticələri, bu sahədəki beynəlxalq əlaqələr barədə danışıb, bu mövzularla bağlı fikirlərini bölüşüb.

Jurnalın “Nəzəriyyə” bölümündə Səlim Babullaoğlunun təqdimatında və tərcüməsində Jorj Poltinin “36 dramatik situasiya”sı çap olunub.

Tədqiqatda 1200-dən çox dram əsərinin təhlilindən ortaya çıxan dramatik situasiyalar sərf-nəzər edilir. /525.az/

Dərgidə Vilyam Şekspirin “Fırtına” əsəri Xalq yazıçısı Anarın tərcüməsində verilib. Con Qolsuorsinin “Balaca adam”ı Kamran Nəzirlinin, Atol Fuqardın “Dimetos”u Həmzəli İlyasın, Rober Tomanın “Səkkiz qadın”ı Cavanşir Yusiflinin, Mario Varqas Lyosanın “Taknalı xanım”ı Qismətin, Aleksey Şipanovun “Dayanacaq”ı Qaraçuxanın tərcüməsində dərc edilib. Samuel Bekketin “Gəliş-gediş” və Ejen İoneskonun “Dörd nəfərlik etüd” pyeslərini isə Həmid Piriyev çevirib.

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin 2015-ci ilin martında keçirdiyi I Bakı Beynəlxalq Poeziya Festivalı ilə bağlı materiallar da dərginin bu sayında yer alıb.

Bu bölümdə Mərkəzin sədri S.Babullaoğlunun festivalın ideya və məzmunu, təşkilatçılıq məsələləri ilə bağlı söhbəti, C.Yusiflinin “Su poeziyası - başgicəlləndirici məkan”, Yusif Savalanın “Alman ədəbiyyatında su motivləri”, Abbasəli Əhmədoğlunun “Su deyibdir mənə əvvəldə anam...”, Tahirə Cəfərovanın “Fin eposu “Kalevala”da su ünsürü” (tərc.Şəfiqə Şəfa), Saodat Muxamedovanın “Müasir özbək poeziyasında su mövzusu” (Ş.Şəfa), Tatyana Sivetsin “Müasir Belarus poeziyasında su mövzusu” (Ş.Şəfa) , İmir Məmmədlinin “Gürcü poeziyasında “sulu” şeirlər” və digər yazılar var.

Eyni bölümdə Ataol Bəhramoğlunun (tərc. Aytən Heydərova), Kamran Rəsulzadənin (Ariz Tarıverdiyev),  Marianna Kiyanovskanın (S.Babullaoğlu), Milis Yeftimiyeviç-Liliçin (Yekaterina Paniç və Rəbiqə Nazimqızı), Sergey Qlovyukun (Günel Bağıyeva), Tomi Kontionun (T.Cəfərova və S.Babullaoğlu) şeirləri də dərc olunub.

Baş redaktor S.Hüseynli özünün ənənəvi “Tərcümə təcrübələri”ndə bu dəfə israilli yazıçı Etqar Keretin “İdeala pərəstiş” və suriyalı ədib İbrahim Samuelin “Öhö-öhö” hekayəsini təqdim edib.  

“Dünya ədəbiyyatı”nın 345 səhifəlik yeni sayı öz dizaynı ilə də diqqəti çəkir, üz qabığının tərtibatında müasir dövrün tanınmış rəssamlarından Aleks Levinin “Venesiya üçlüyü” əsərindən istifadə olunub.

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.