Türkan Mehraliyeva - Bal acı dadır
08.02.16

Səyahət etməyi çox sevirdi. Bu neçə ildə heç vaxt təyyarəyə minmədi qatarla gəzməyi üstünlük verirdi. “Bundan aldığım həzzi heç bir həzzə dəyişmərəm” deyirdi. Getdiyi yerlərin hər bir birində bir xatirəsi varıydı, onu yaşadan bu xatirələriydi. Həmişə yanında gəzdirdiyi dəftər xatirələrinin sübutuydu.

Ayaq basdığı hər yerdə  özünü yenidən kəşf edirdi, şirinliyin acıya çevrildiyi zamanlarda belə o bu xatirələri yaşamaqdan əl çəkmədi. Getdiyi hər yerdən uzun cümlələrlə qayıtdı sanki ömrünü bir kitab halına gətirib hər kəsin oxuması üçün hazırlayırdı.

Uzun yolların birində o yenə fikirli halda cümlələrini yazırdı, gözlənilmədən gələn səs onu cümlələrindən ayırmaq istədi. Lakin o səsi eşitmirmiş kimi yazmağa davam edirdi. Yazdığı elə bu eşitdiyi səs də ola bilərdi çünki o hər saniyəsini yazmaq üçün yaşayırdı. Səs davam etdikcə o yazır, sanki səsin batmasını yazının sonlanmasını istəyirdi. Səs uzun müddət davam etdi nəhayət səs kəsiləndə o qələmi ilə nöqtəni qoyub dəfətrini bağladı, qatarın pəncərəsindən vuran küləyə üzünü tutub dərin bir nəfəs aldı. Çatacağı ünvana çox vaxt qalmışdı. Vaxtını yeni bir xatirəyə çevirmək üçün kupeden çıxıb ətrafa göz gəzdirdi. Heç kəs yoxuydu, kupesine qayıtmaq istərkən arxadan gələn səs onu yeni bir addım atmağa imkan vermədi.

- Gəlin bizimlə bir çay içək

Bu təklif ürəyincə oldu desəm yanılardım çünki o belə ortamlarda olmağı üstün tutmazdı o xatirələrini ya bir adamla ya da tək yaşıyırdı. Deyəcək bir söz tapmadı. Üzündəki gülümsəmə ilə razılığını bildirib bu dəvəti qəbul etdi.  İlk dəfəydi belə bir ortama düşmüşdü, eşitdiyi səslər, deyilən sözlər onu yolda azmış birinə oxşadırdı. Sanki dilini bilmədiyi insanların əhatəsinə düşüb onların nə demək istədiyinin anlamaq istəyirdi.

Səyahətə çıxmaq qərarını ilk dəfə beş il qabaq vermişdi. Ətrafında olan insanlara heçnə demədən yola çıxmışdı. Getdiyi yolun sonuncu ünvanını bilmədən böyük addımlar atırdı. Keçmişi geridə buraxmaq istəyimi yoxsa gələcəyi qurmaq istəyi ilə bu yolu seçmişdi bunu heç vaxt bilmədim. Özünü kəşf etdiyi her yerdə başqa biri olaraq o biri ünvana keçdi. Yola çıxdığı o ünvana birdə qayıtmadı.

Çay masasında oturduğu müddətdə susurdu bu susqunluğu uzun çəksə də sonunda yanında əyləşən biri onun bu susqunluğunu ortadan qaldırmağa çalışdı.

- Buyurun bu balımızın dadına baxın, gözəl bir baldı sevəcəyinizə əminəm.

 Oturduğu saniyədən gözünü o baldan çəkməmişdi, sanki beynində yaşadığı xatirəni yenidən yaşayırdı. Balın dadına baxmadan ordan uzaqlaşıb xatirəsi ilə baş başa qalmaq istəyirdi.
Qaşıqla balı ağzına doğru aparıb dadına baxdı. Üzündə nə hiss keçirdiyinə dair heçnə bilinmirdi. Özüdə bilmədən bu sözü dedi.

- Bal acı dadır

Yanında olan hamı güldü, bir şeyi anlamırdılar onun üçün bal həqiqətən də acı dadırdı. Sadəcə… O balı sevmirdi. Ordakı gülmələr davam edərkən üzr istəyib ayağa qalxdı, kupesinə o xatirəsini yenidən yaşamaq üçün oradan uzaqlaşdı.

Şirinin acıya çevrildiyi bu xatirə səyahət çıxdığı ilk vaxtlarda olmuşdu. Ayaq basdığı ilk yerdə balı çox sevən bir balaca uşaqla tanış olmuşdu. Balın şirinliyini ilk dəfə o uşaqla hiss etmişdi, yeni kəşfiydi bu. Həm özünü həm də uşağı kəşf etmişdi. İlk və son dəfəydi səyahət etdiyi bir yerdə uzun müddət qalırdı.

Günəşin torpağı isitdiyi bir vaxtda gözlərini açdı, kəşf etdiyi uşağın ağlamaq səsi onu isinən bədənini soyuğa bürüdü. Cəld ayağa qalxıb səs gələn tərəfə yüyürdü. Gördüyü mənzərə qarşısında nə soruşacağını bilmədən balacanı qollarının arasına aldı. O qədər bərk qucaqladı ki sevgisini ancaq belə göstərə bilərdi.

- Mən bal istəmirəm bunnan sonar balı yemiyəcəm.
Uşağın bu səsi sanki onu yuxudan oyatmış kimi diksindirdi. Uşağın yaş dolu gözlərinin içinə baxıb:
- Niyə? deyə soruşdu
- Arı məni sancdı, arının verdiyi heç bir şeyi istəmirəm.

Uşağı bu dəfə daha bərk qucaqladı, həyatında ilk dəfəydi birini bu qədər bərk qucaqlayırdı. Qulağına astaca bu sözləri dedi “Məndə bal istəmirəm”

O xatirədən illər keçmişdi o hələdə hər bal yeyəndə acı bütün hər yerini tuturdu, hər bal onun xatirəsini yenidən yaşadırdı. İndi onun rəsminin yanında yazdığı bu xatirələri oxuyuram onnan mənə qalan tək bir kitab odu, yazdığı hər cümlədə özünü sübut etməyə calışan insan.

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.