Əlisəmid Kür - Adamlar dəyişir havalar kimi 
08.02.16

Bu gün tanınmış şair Əlisəmid Kürün ad günüdür. Avanqard.net bu münaisbətlə şairin şeirlərini təqdim edir.








 Mən büllur külqabıyam


    Hərracda satılacam
                bir azdan.

    Taleyi çat atmış
    büllur bir şairin
    çat atmış büllur külqabısı
    satılacaq hərracda.

    O nakam şairin
    nəyi var – bölünüb,
    nəyi var – satılıb
            bir az aşağı,
            bir az yuxarı
    Ömrün payızında
    onu satdı arvad-uşağı.

    Mən büllur külqabıyam –
    Məni satan qazanacaq,
    məni alan sevinəcək…

    Mən – şahidəm.
    Əldən salsalar məni
    çilik-çilik olacam.


    Mən – şəhidəm!
    Kül acıyam.
    Yanmış əlyazmaların
    kül qoxusu var canımda.

    Mən büllur külqabıyam.
    Məni ortaya qoyub
        satacaqlar hərracda.
      Bir mən satılacam,
    bir də satılacaq
    qəm çəkmiş şairin
    toz basmış,
    nəm çəkmış əlyazmaları.



  Adaşım balabançı kor Əlisəmid

    Bir adaşım yaşayır Kürdəmirdə –
                Muradxanlı kəndində.
    Gecəyarı ekranda gördüm
            “Xəzər” te.ve.də.
    Əvvəl-əvvəl danışmadı, dinmədi
    Dizlərinin üstə
    gözləri yol çəkdi barmaqlarının.
    Sonra adamlar yığışıb
    könlünü aldılar onun.
            Ovutdular…
Çıxartdı mücrüdən balabanı
    Dedi: – Mənim işim balabanla,
                neylədi, –
    Adaşım balabançı kor Əlisəmid.

    Sonra gör neylədi,
     Adaşım balabançı kor Əlisəmid.
    Qəfil nəfəs verdi balabana,
    Sığalladı asta-asta,
            bala-bala,
    asta çaldı balabanı,
tələsdi yavaş-yavaş,
        bala-bala.

Dağı arana daşıdı, aranı-dağa
Anasızın balasını ağlatdı,
balasızın anasını ağlatdı,
Qəribi çağırdı qürbətdən
həsrəti – yola-yolağa.
… Qəfil balabanı qoydu qırağa.

… Ürəyinin işığı üzündə,
üzü nur – üzü pir Əlisəmid.
Çalğı çoxdan qurtarıb.
Nə baxırsan əlləri üzündə
gözləri barmaqlarının ucunda
Adaşım balabançı kor Əlisəmid.



***

Nə atmısan özünü
həsrətin qucağına.
Leysan yağışı düşüb
könlünün ocağına.

Fələk səni qarğıyıb
özü düşüb həvəsdən.
Canında bir qorxu var –
canın çıxır qəfəsdən.

Sənin qayğına qallam,
Ey Əlahəzrət zaman.
Ürəyim bombolomboş,
Salam, boşluğa salam.


***

Vaxt ölüb, zaman dayanıb
Qanımın coşan vaxtında.
Qan damır, kədər süzülür
Atılmış qum saatında.

Nə gecəm var, nə gündüzüm
Yuxum da ərşə çəkilib.
Gözlərimdə düzüm-düzüm
Hər anın tənhalıq şəkli.

… Yaddaşım gəlir yerinə,
Ağlım da babat işləyir.
İtmiş zamanın yerinə
Beynimdə saat işləyir.



Sən – dərzi qız...

Ömrü parça-parça dağılmış,
misraları yetim,
    balaları dərbədər
Bu yalquzaq ömrümə
hardan gəlib çıxdın,
        dərzi qız?..

Baxıb bu dünyaya
nəğmələr oxuyurdun,
təzə-təzə söz tikirdin
 köynəklərin yaxalığına.
Ürəyində ev tikirdin,
         ev qururdun
        yalqız-yalqız
Bu yalquzaq ömrümə
hardan gəlib çıxdın,
              dərzi qız?!

Mənə çox şeyləri öyrədib şəhər.
qızdırma içində,
         “narkoz” altında.
Mənim ürəyimin çiçək yerindən
bir kafe sökülüb “Nərgiz” adında.

Sən ki ürəyində ev tikirdin,
        ev qururdun yalqız-yalqız,
Bu yalquzaq ömrümə
hardan gəlib çıxdın, dərzi qız?..

İndi buyur,
dağılan taleyi təzədən qur.
Ömründən təzə parça kəs,
                         cala ömrümə.
Həsrətimi qayçıla,
                  dərdlərimi yama.
Mən yalquzaq,
        Sən – dərzi qız.
Yana-yana, dərzi qız, yana-yana.



***

Bu ürək mənim deyil ki…
Sənindi.
Hərdən qəm əkəsən,
              dərd becərəsən…

Ürəyim Sənindi –
işlə damarlarıma –
bəlkə qan verəsən,
    qan köçürəsən?!

Ayrılıq çox şeylər
               öyrətdi mənə.
Bacarsan
ürəyimin şəklini çək, –
                as yaxannan…

Bu ürək mənim deyil ki…
Sənindi..
Bilənlərin nə vecinə,
bilməyənlərin nə qulağına?!.

                    

***

       Bu da
qırxillik çaxır çəlləyi –
        palıd ağacından.
Yaşlaşa-yaşlaşa
tündləşib şirinliyindən.
       Bu da
qırxillik çaxır çələyi –
tapılmayan qızıl küpü…
      indicə
qoparacaqlar ağzını,
daraşacaqlar canına;
qanını içəcəklər
       köpük-köpük,
paylayacaqlar
              qədəh-qədəh,
boşaldacaqlar
               qəpik-qəpik.
Bir atəşfəşanlıq
         fışqıracaq
               beyinlərə, –
köpü yatacaq meyxoşların…
Sonra da – onu
fırlada-fırlada,
        diyirlədə-diyirlədə
        aparıb atacaqlar
                          bir küncə…



Bir az aralıda həsrət və qürbət
                        Adil Mirseyidin əziz xatirəsinə

O, şair idi – onu deyirəm.
Güzgüdə oxşarını görüb
üzünü gizlədən adam.
Güzgüdə yuxusu çin olan adam
baxıb görər
bu şəhər başdan-ayağa paltar dükanı.
Bir az aralıda
vitrində Podenin “Mütəfəkkir”i
                                         çılpaq,
Rubensin gözləri kədərli
Bir az aralıda
        Xəzər dənizi –
Kürün deltasında bir yaşıl yarpaq
Bir az aralıda
             intihar etməyə Sena çayı.
PLASE DES VESKER bağında
                                bir qərib türbə –
Bir az aralıda həsrət və qürbət.

O, rəssam idi – onu deyirəm.
Küsəyən bulud adam –
Kətan tapmayanda yağlı boyada
ağ kağıza köçürərdi rəsmlərini,
sulu boyada çəkərdi, göy üzünü –
Göy üzü onu çəkərdi,
qeybə çəkilərdi buludlarda
                  küsəyən bulud adam,
bulud üstə çömbələn
        adda-budda Budda adam.

O, şair idi,
O, rəssam idi,  – onu deyirəm…
Minor səsli nəğmə adam.
O – həm səsdi, həm də sözdü.

İki səsin dueti
iki sözün dueli deyil,
güzgüdən qaçan,
buluddan çıxan “Ay süvarisi!”

Eşitdinmi.
Bir az aralıda
zəng çalır Bakıda NOTR-DAM kilsəsi.
bir az aralıda
    Parisdə Monpamasye məhəlləsi…
Cümə məscidinin azan səsi..
Bir az aralıda həsrət və qüdrət.

Parisə gedən qatarlara
bilet satılmır Ləki vağzalında.
Qəbiristanlığında yer tapılır qərib şairinə.
Bir bax,
Bir az aralıda
sevdiyin əncir ağacı əl uzadıb baş daşına.
bir az aralıda
            ona qəbri – vəfalı,
      qardaş qəbri aralı,
İnanmırdın, inanmazdın
Bak – Parisdən,
Ləki – Bakıdan vəfalı…
28.09.2014



Qəbriniz qoşa qarısın

                            Eyvaz Əlləzoğlu əziz xatirəsinə

Bir vaxtlar özü yazmışdı:
“Qışın bu soyuğunda
heç adammı ölər”…
Beyninə qan sızdı qışın soyğunda
                        … Ölüm qansızdı.

Son nəfəsinə yetmədik
Nə deyəcəkdi,
nədən danışacaqdıq?
Üzüağ idi dost yanında,
üzüacıq uzanmışdı üzü qibləyə.
Gözləri qapalı,
Üzündə bir uşaq təbəssümü,
                      dodağında bir dua yeri.
Ağlamağımız,
anlamağımız üçün
             bu adam nə deməliydi daha.
Ömür onu yormuşdu,
o yazmaqdan doymurdu.
O, ölümüylə də qara yazı başlamışdı
qələmsiz-kağızsız…
O, ölümüylə də qara yazı yazırdı
                qarayazılı qardaşım.
Onsuz da ənbər qoxusunu
                        alan alıb, allanıb.
Olub, olub, qadın olub
yıxılan evin dizəyindən
                    göz yaşıyla sallanıb.

Yazı yazan belı yazıb
Qara yazıb, qarayazılı qardaşım.
Hövsan soğanı çox acıdı,
Hövsan qəbiristanlığı yayla.
 Ruhunuz göz-gözə, əl-ələ
Qəbriniz qoşa qarısın –
                   qoşa qəbirə layla!..



Adamlar dəyişir havalar kimi

Çəkilib uzaqdan baxdım özümə –
Gördüm görkəmim dəyişib,
üst-başım tamam köhnəlib,
dabanı yeyilib çəkmələrimin…

Tanrının gözünə dik baxdığımdan
Xəbərim olmayıb üzümə düşən qırışdan
Yaman inanmışam arvad sözünə –
Dağa bənzəyirsən sən bu duruşda.

Güzgüdə özünə baxıb göz vuran
o şux, o kür adam mən deyilmişəm.
Adamlar dəyişir havalar kimi
İlahi, mən niyə dəyişməmişəm!

Dünyaya piyada gəlib-gedənlər
Odur e, yanımdan atlanıb keçir,
Ürək qızdırdığım, çörək kəsdiyim
Qəfildən üstümdən atdanıb keçir.

Mən koram…
Sən hara baxırsan Tanrım?!
Sənin də oyunun yamandan-yaman.
Haqqın tərəzisi qurulan vaxtı
Kiminə taxt verdin, kiminə palan.

Uzaqdan çəkilib baxdım özümə –
Bir də üzə gülüb,
arxamca daş atanlara.
 Yol üstə ilantək qıvrılanlara.

Başımın üstündə qovğalar kimi,
Bu yağış adamlar, külək adamlar,
Bu kələk oğlanlar, bu xəzəl qızlar
Dayanıb yolunda qovğalar kimi –
Adamlar dəyişir havalar kimi,
Niyə dəyişmədin,
                       Cəfərin oğlu?!.

Yenililklər
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.