Akunin: Bizdə ədəbi tənqid janrı ölmək üzərədir
03.03.16

Müasir dövr rus ədəbiyyatının ən tanınmış və sevilən ismi Boris Akunin bu yaxınlarda Livelib.ru saytı izləyicilərinin suallarını cavablandırıb.

525.az həmin müsahibəni Azərbaycan dilində təqdim edir.

- Necə hesab edirsiniz, yapon və rus mədəniyyəti, şərti desək, hansı üç şeyi dünyaya bəxş edib?


- İcazə verin, fikirləşim.

Rus mədəniyyəti: XIX əsr klassik ədəbiyyatı, Mendeleyev cədvəli və yerdəki cənnətin tikilməsində müsbət təcrübə.

Yapon mədəniyyəti: sadəliyin gözəlliyi, poeziyanın ən yaxşı forması - hokku və Yol kimi ixtisasa münasibəti.

- "Rus dövlətinin tarixi" kimi silsilənin ideyasi necə yarandı?

- Rus dövlətçiliyinin niyə təkrar-təkrar soyğuna məruz qalması qüsurunu anlamaq arzusundan. Azadlığın hər bir impulsu daha betər azadsızlıqla nəticələnir. Niyə? Görəsən, bu xoşagəlməz dövriyyədən necəsə çıxmaq olarmı?

- Fikrinizcə, Rusiya tarixi və onun müasir dünyadakı mövqeyinə nə böyük təsir edə bilər? Rusların bu mənada "öz yolu" varmı?

- Rusiya tarixinin taleyini onun coğrafi mövqeyi, iki böyük sivilizasiya - Avropa və Asiya - arasındaki həyatı təyin edib. "Öz yolu", əlbəttə ki, var. Amma bu, hər bir ölkədə, hətta, ən kiçiyində də mövcuddur. Ölkələr də insanlar kimi bir-birinə çox bənzəyir. Hər bir insanın öz unikal yolu var, eyni zamanda, bəzi ictimai qaydalar da var. Burda da belədir.

- Sizin "Rus dövlətinin tarixi" ilə paralellər aparanda özünüzü hansı qəhrəmanla assosasiya edirsiniz?

- Hələ ki, yalnız XVII əsrə kimi gələ bilmisəm. Mənə ən maraqlı və doğma görünən üç fiqur var: Adaşev, Boris Qodunov və (Lje?) Dmitriy.

- "Rus dövlətinin tarixi" oxucuların marağı sarıdan müəllifin ümidlərini doğrulda bildimi?

- O, həm mənim, həm də nəşriyyatın gözləntilərini üstələdi. Heç kim hər bir cildin altırəqəmli satışını gözləmirdi. Bu, məni çox sevindirir.

- Məlum silsilənin dördüncü cildini nə vaxta gözləyək?

- Güman edirəm, bu ilin sonuna. Bu dəfə XVII əsr tarixi olacaq - Süqutdan Pyotra qədər.

- Nəyə görə "Su planeti"ndə üç fərqli ölçü və formatlı tarix birləşdirilib? Erast Fandorindən bəhs edən sonuncu kitaba neçə əsər salmağı qərarlaşdırmısınız?

- Üç tarix, çünki toplu artıq anons olunub. Onlar əhval-ruhiyyəyə və janrına görə fərqlənirlər. Növbəti, yəni silsilənin sonuncu kitabında bir roman və bir hekayə olacaq.

- Nəyə görə "Nefrit təsbehi"ndə muncuqların sayı 25-dir? Bu, müəllifin gizlətdiyi mətnaltı mənadır, yoxsa həqiqətən yapon təsbehinə əsaslanır?

- Bir dəfə Yaponiyada dükandan nefrit təsbehi aldım və müəyyən müddət keçəndən sonra nəsə onu saydım: muncuqların sayı 25 idi. Buddistlərin sakral rəqəmi 8-dir, təsbeh isə adətən üç dəfə 8 olur. Ola bilsin, təsbehi düzəldən sadəcə sayda yanlışlığa yol verib.

Səkkiz rəqəmi uzunömürlük rəmzi hesab edilir. Yaponiyada iki səkkiz qədər - 88 il yaşamaq böyük xoşbəxtlikdir. Burada isə üç səkkiz və hətta, biri də artıq var. Bu da nəsə superuzunömürlülükdən də artıq bir anlayışdır. Əbədilikmi? Mən bu barədə düşünərək hekayəni yazdım. Daoslu qoca rəhbəri Aktuqavanın novellasından götürüb davam etdim.

- Kitabı yazmağa başladığınız fikirlə çap olunmuş yekun variant arasında fərq çoxdurmu? Siz həmişəmi öz qəhrəmanlarınızı həmin plana uyğun "hərəkət etdirirsiniz"? Hansı kitabda başlanğıc ideyadan az şey qalıb və buna nə səbəb olub?


- Başlanğıc planda minimal dəyişiklik detektivdə olur, çünki bu, yüksək dəqiqlik tələb edən bir mühəndislik konstruksiyasıdır. Maksimal dəyişiklik isə, süjetin elə də vacib olmadığı romanlarda olur. Məsələn, "Aristonomiya"nı yazanda "şəkildən şəklə" keçmişəm, yekunda hara üzəcəyimdən təsəvvürüm belə yox idi.

- Hörmətli Qriqoriy Şalvoviç, mənə elə gəlir ki, Sizin yazıçılıq taleyiniz ser Artur Konan Doylun vəziyyətini təkrar edir. O, öz baş qəhrəmanı Şerlok Holmsın müəllifi kimi anılmasını istəməyərək, eyni zamanda, bu obrazdan əl çəkmək arzusunda deyildi. Siz də bir çoxlarının (eləcə də mənim) nəzərində başqa əsərlərinizin fonunda Erast Fandorinin müəllifi kimi qalmısınız. Siz bu cür ictimai rəyin təsiri altında özünüzü necə hiss edirsiniz? Məlum saqa bu ictimai rəyin təsiri altında davam edəcək, yoxsa siz hamını yanıldacaqsınız?


- Mən çoxdandır yalnız özümə maraqlı olanları yazıram. Əgər bu, mənim auditoriyamın maraqlarıyla üst-üstə düşürsə, mən buna sadəcə, sevinə bilərəm. Publikanın gözləntilərinə boyun əyməkdən saxta heç nə yoxdur. Şərti danışsaq, Boris Qrebenşikov kimi mahnı oxumaq lazımdır: həmişə özün barədə oxumağın bu günün ritm və əsəblərilə uzlaşıb-uzlaşmayacağı öz-özünə alınacaq.

- Qriqoriy Şalvoviç, qəhrəmanlarınızı elə yazırsınız ki, adam ixtıyarsız olaraq onların taleyinə acıyır. Nəyə görə bəlanın bitməsi belə onların bəziləri üçün daha kədərli nəticələnir? Məsələn, İnozemçova və Damianosa. Bu, bir qızın əsəbi emosiyası deyil. Bu, ola bilər ki, nədənsə bu cür terapiya vasitəsiylə qurtulmaq üçün bir yazıçı mövqeyinizdən irəli gəlsin? Əgər belədirsə, məni titrədərək təsirləndirici vəziyyətə gətirməkdən yaxşıdır.

- Əsərdəki (həyatdakı yox) faciə heppi-enddən məhsuldardır, çünki asta-asta sərbəst buraxılır və bu cür kədərli sonluğa gətirən problem haqda düşünməyə vadar edir. Lakin mənim bir batiləbənzər təəssüratım var ki, əgər hər hansı bir bəlanı qovub ədəbiyyata sala bilsəm, onun reallığa çıxması çox çətin olacaq.

- Sizin təsəvvürünüzcə, Pelagiya hansı dünyaya getdi?


- Hansına inanırdısa, ona. Gəlin adlandırılmısansa - ərdə olmalısan. Gəlini olduğu ərə getdi.

- "Rus dövlətinin tarixi" nəşrləri format cəhətcə çox maraqlıdır. Kitab vizual quruluş etibarıyla böyük üstünlüyə malikdir, Fandorin barədə komiks seriyalarına uyğun işləmələr haqda düşünmüsünüzmü? Ümumiyyətlə, komiks mədəniyyəti və qrafik romanlar barədə nə fikirləşirsiniz?

- Bir dəfə fandorin komiksləri etmək istədim. Alınmadı. Bu ənənə gərək uşaqlıqdan idarə olunsun, onda işləyər. Rus mədəniyyətində bu ənənə yoxdur.

- Hansı mahnı və melodiya, ya da musiqi əsərindən parça ilə Erast Petroviçi assosasiya edərdiniz?

- Çox əyləncəli sualdır. Məsələn, Meldelsonun mi-minor skripka konsertiylə. Təxminən belə: özünü kübar çərçivədə saxlayan hərəkətliliklə.

- Qriqoriy Şalvoviç, Sizə sual vermək imkanını yaratdığınıza görə böyük minnətdarlığımı qəbul edin. Xoş təsadüfdür ki, mən hazırda əsərlərinizin ingilis və fransız dillərinə olan tərcüməsini analiz edən bir yazı üzərində işləyirəm. Bilmək istərdim, başqa dillərə tərcümə olunmağınızla maraqlanırsınızmı, bu prosesə nəzarət etməyə çalışırsınızmı? Yaradıcılığınız haqda növbəti sual: tərcüməçilik fəaliyyətiniz sizi ilk roman yazmağa ilhamlandırdı, yoxsa elə əvvəldən yazıçı olmaq arzusunda idiniz?

- İkincidən başlayım.

Əlbəttə ki, tərcüməçilik sənəti məni həvəsləndirdi. Mən tərcümə etdiyim bədii əsər müəlliflərindən əla məktəb keçdim. Onlardan çox şey, eləcə də, nələrdən qaçmalı olduğumu öyrəndim. Əsərlərimin tərcüməsinin tərəfimdən yoxlanılmasına gəlincə, mən ingiliscəsini sərbəst oxuyuram, çünki onlar bütün dünyada satılacaq və oxucular məni məhz bu mətnlə tanıyacaqlar. Digər dillərdə isə, mən sadəcə tərcüməçilərin suallarını cavablandırır və bəzən onlara nələrisə izah etməli oluram. Məsələn, fransız tərcüməsində Evreni necə vermək olar ki, o, özlüyündə bütün intriqanı çatdıra bilsin.

- Bəzi məxsusi rəmzi mənalandırma və hesablama yoluyla belə bir qənaətə gəlmişəm ki, Erast Fandorin obrazı Sokratın alluziyasından o yana keçə bilmir (bu mövzuya bir esseni də misal çəkə bilərəm). Siz buna məntiqi yanaşma ilə gəlmisiz, yoxsa sadəcə fikirləşilməmiş və ya öz-özünə belə alınıb?

- Mən, əslində, konfutsisayagı ideal "səmərəli kişi"ni nəzərdə tutmuşdum. Lakin bütün mədəniyyətlərin səmərəli kişiləri bənzərdir. Yalnız sevgi hissəsində Fandorin Sokratı devirmək fikrindən uzaqdır.

- Başlanğıcda sizin təxəllüsünüz B.Akunin idi. Nöqtəsiz oxusaq Bakunin alınır. Siz Fandorin obrazını yaradanda onun Bakı şəhərində "finişə çatması"nı planlaşdırmışdınızmı, yoxsa alluziyalaşmış və işarəedici qərara proses boyu gəlmisiz?


- Buna diqqət edən ilk şəxssiniz. Təşəkkür edirəm. Əslində, Fandorini Azərbaycana göndərərkən mən "pərdə" mənasına gələn yapon sözü "baku"nu nəzərdə tuturdum.

- İstirahət gününüzü necə keçirirsiniz?

- Yazıçının bütün həyatı istirahət günüdür. Ya da əksinə.

- Sevdiyiniz film və seriallar hansılardır?

- Nadir hallarda filmə baxıram, adətən serial izləyirəm. Amerika və britaniyalılar son zamanlar bu sahəyə xeyli yaradıcı insan cəlb ediblər. Amerikanın NVO və İngiltərənin BBC-si arasındakı əməkdaşlığa daha bir sıra studiyalar qoşulub - proses çox maraqlıdır. Janrca yaxın olan bir cüt qanqster filmi - "Gizli imperiya" ("Boardwalk Empire")  və "Acı dəlil" ("Peaky Blinders") - buna canlı misaldır. Hər ikisi yaxşı və məxsusidir. Məndə belə bir dəmir təəssürat var ki, Böyük Kino erası süqut edərək yerinin Böyük Seriala və internet baxışları erasına verir.

- Siz "Taxt oyunları"nı oxuyub/izləmisinizmi?

- Cəhd etmişəm. On dörd yaşım olsaydı, xoşuma gələrdi. İndi gecdir.

- Nə baş verməsindən asılı olmayaraq, üstünüzdə həmişə gəzdirdiyiniz predmet hansıdır?

- Qeyd kitabçası və qələm. Heç vaxt bilməzsən ki, faydalı ideya ağlına hansı an gələr.

- Dövlət sifarişiylə bədii əsər yazmısınızmı? Məsələn, "Bellona" kimi.

- Dövlət sifarişiylə heç vaxt. "Bellona" filmi üçün ssenarini şəxsi kinostudiyanın sifarişiylə yazmışdım. Layihə həyata keçmədi, mən də bu ssenari əsasında roman yazdım.

- Tənqidə necə yanaşırsınız? İnternetdə haqqınızda yazılanları oxuyursunuzmu?

- Təəssüflər olsun ki, indi bizdə ədəbi tənqid janrı ölmək üzərədir. Çox nadir hallarda ağıllı nəsə yazırlar. Heyif!

Əlbəttə ki, internetdə yeni kitablara olan təəssüratları izləyirəm. Sosial şəbəkələr əlaqə üçün əla imkanlar yaradır, bunu inkar etmək günah olardı.

- Gələcəkdə hansı layihələr planlaşdırırsınız? Oxucularınızı yeni ildə nə ilə sevindirəcəksiniz?

- Martda "Rus dövlətinin tarixi"nin motivlərinə yaxın daha bir kitab nəşr olunmalıdır. Mətn hazırdır, dizayn işləri gedir. Orada iki povest var. Böyüyü - Üçüncu İvan haqdadır, iki dövlətçilik sisteminin - totalitar moskva ilə demokratik novqorod - qarşılaşmasından bəhs edir. Kiçiyi - İvan Qroznu və onun dövrü haqdadır.

Ola bilsin ki, "Tarixə sevgi"ni yenidən işləyəcəyəm, oradan bütün köhnəlmiş ümumişlək sözləri çıxarıb sadəcə tarixi miniatürlər toplusu kimi,  başqa dillərə də tərcümə etməyə əlverişli variant kimi işləyəcəyəm.
Və əlbəttə ki, bu ilin sonuna "Rus dövlətinin tarixi"nin dördüncü cildi nəşr olunacaq.

Tərcümə: Səbuhi ŞAHMURSOY

Yenililklər
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.