Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi  ilə “ATV Kitab” arasında Memorandum imzalanıb
09.03.16

Martın 9-da Nizami Kino Mərkəzində Bakı şəhər Mədəniyyət və Turizm idarəsi ilə Azad Azərbaycan Müstəqil Teleradio şirkəti arasında  Əməkdaşlıq Memorandumu imzalanıb.

Memorandumu Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüqar Zeynalov, “ATV Kitab” layihəsinin və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu imzalayıblar.      
   
Memorandumun  şərtlərinə görə  Bakı şəhərində və paytaxtın rayonlarında uşaq, yeniyetmə və gənclərlə görüşlərin keçirilməsi, onların bədii ədəbiyyata və mütaliəyə marağının artırılması iməqsədi ilə müxtəlif mədəni  tədbirlərin  təşkili,   Bakı şəhər Mədəniyyət və Turizm idarəsi tərəfindən  ATV kanalı və “Parlaq imzalar” nəşriyyatı ilə  birgə reallaşdırılan,  “ATV Kitab” layihəsinə daxil olan nəşr nümunələrinin alınıb gənc oxuculara çatdırılması nəzərdə tutulur.

Həmçinin, əməkdaşlıq sənədinə əsasən Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin xətti ilə il ərzində təşkil olunan görüş və tədbirlər ATV kanalında işıqlandırılacaq.

Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Vüqar Zeynalov ATV kanalına  eksklüziv açıqlamasında bildirib: “ Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının əsas tərkib hissəsi məhz mədəniyyətlə bağlıdır. Bu sahədə ölkəmizdə geniş miqyaslı işlər görülür. Beynəlxalq mədəni və humanitar tədbirlər gerçəkləşdirilir. Ölkədə ildən ilə daha çox yeni  kitablar nəşr olunur və  tərcümə edilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti   Mehriban xanım Əliyevanın səyləri nəticəsində  inkişaf strategiyası bu gün daha çox gənc nəslə -Azərbaycanın gələcəyinə xidmət edir. Uşaqlarla hər il keçirdiyi ənənəvi görüşündə Mehriban xanım onlara müraciət edərək deyib: “ Bu gün üzümü sizə tutub xahiş edirəm kitab oxuyasınız. Çünki kitablar, yəni bədii ədəbiyyat, həm Azərbaycanın bədii ədəbiyyatı, həm dünya xəzinəsinin bədii ədəbiyyatı həyatınızda sizə çox lazım olacaq və heç bir kompüter kitabı əvəz edə bilməz...”

Təsadüfi deyil ki, bu ilin fevralında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev nazirliyin tabeliyində olan kitabxanalarda uşaq ədəbiyyatının təbliğ edilməsi ilə bağlı  əmr imzalayıb. Uşaq  ədəbiyyatının, kitabın uşaqlar arasında təbliğinin gücləndirilməsini  həmişə diqqətdə qalmasını nəzərə çatdırıb. Biz də Bakı şəhər Mədəniyyyət və Turizm idarəsi olaraq məhz  mədəniyyət siyasətinə və strategiyasına öz kiçik töhfəmizi vermək, ATV kanalı ilə birlikdə gələcək nəsildə kitaba, ədəbiyyata olan marağı artırmaq istəyirik...”.

“ATV Kitab” layihəsinin rəhbəri Səlim Babullaoğlu   artıq bir neçə aydır ki,  “Parlaq imzalar” nəşriyyatı ilə birgə ciddi mədəni-intellektual layihə kimi dünya ədəbiyyatı, uşaq ədəbiyyatı  və  yeni milli ədəbiyyat nümunələri kimi kitabların nəşri ilə məşğul olduqlarını və bundan sonra Bakı şəhər Mədəniyyət və Turizm idarəsi ilə birlikdə həyata keçiriləcək müxtəlif mədəni görüş və tədbirlərin Azərbaycanın gələcəyi olan uşaqlara, yeniyetmələtə kitabın təbliği baxımından uğurlu zəmin yaradacağını vurğulayıb.






































































































Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.