Murtəza Həsənov - Qloballaşan dünyada sosial müəssisələrin yeri və rolu

10.03.16

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru , dosent

     Son zamanlar  sosial müəssisələr dünyada ictimai marağa səbəb olmuşdur. Belə ki, vətəndaş cəmiyyətinin dəstəyi nəticəsində edilən təşəbbüslər yalnız iqtisadi xarakterə yox, o cümlədən həyat keyfiyyəti və ümumi maraqlara toxunan xidmətlərə malikdir. Sosial sahibkarlıq və sosial müəssisələr sosial missiya həvəsini biznes şəklində ehtiva edir. Belə ki, bir çox sosial sektor institutları öz işlərində tez-tez səmərəsiz olurlar və onların mütərəqqə menecment və marketinq üsullarına ehtiyacları böyükdür. Müasir dünyada sahibkarlığın sadəcə ticarət sektorunda ola biləcəyi düşüncəsi zəifləməkdədir.  Sosial  müəssisələrin dili yeni ola bilər, lakin bu fenomen yeni deyil. Sosial müəssisələr  üçün sosial missiya vacib faktordur. Missiya ilə əlaqədar təsir əsas meyardır, lakin bu meyar mənfəət əldə etmək meyarı deyildir. Mənfəət sadəcə sosial sahibkarın və sosial müəssisənin məqsədi üçün bir vasitədir . Sosial müəssisələr isə daha çox vətəndaş cəmiyyətinin subyektləridir. Dünyada sosial problemlərin artdığı bir dövrdə sosial müəssisələr yaradılması, cəmiyyətin inkişafına əhəmiyyətli töhfə verir və onun inkişafını təmin edir. Sosial sahibkarlıq anlayışının ədəbiyyata daxil olmasını 1980-ci ildə Hindistanda vəzifədə olan Amerikalı William Draytona borcluyuq. Drayton, Hindistanda əldə etdiyi təəssüratlar nəticəsində ictimai sahibkarlıq haqqında araşdırma aparmış və ədəbiyyata bu anlayışı qazandırmış olmaqla bu sahədəki məlumatlılığı artırmışdır. Bununla Drayton ictimai sahibkarlığı bir sektor halına gəlməsinə qapını açmışdır. Bu da, özündə ictimai sahibkarlıq potensialı görən kəslərin yolunu daha tez tapmasına və əməkdaşlıq imkanlarının artmasına gətirib çıxarmışdır. Bir ölkədən digərinə, sosial müsəssisələrin sayı gün keçdikcə artmaqdadır.  Kiçik bir ölkə olan Slovakiya, 1989-cu ildə bir əlin barmağı qədər sosial müsəssisəyə  malik idi, bu gün isə sosial müəssisələrin sayı on mindən çoxdur. Amerika Birləşmiş Ştatlarında  vətəndaşların meydana gətirdiyi sosial müəssisələrin, yüzdə 70-i son otuz ildə qurulmuş, təxminən iki milyon mənfəət məqsədi güdməyən sosial müəssisə fəaliyyət göstərməkdədir.
    Sosial müəssisələrə ictimai məqsəd daşıyan biznes müəssisələri, o cümlədən inkişaf  bankları, öz sakinlərini maarifləndirmək və məşğulluq dərəcəsini artırmaq məqsədi daşıyan ictimai təşkilatlar daxildir. Bu təşkilatların kökləri adət-ənənələrə bağlıdır  və  sosial müəssisələr oradan çıxaraq inkişaf edirlər. Təşkilatda əsas olan, ictimai bağlılıqdır və ictimai bağlılıq olmadan sosial müəssisə qurmaq olmaz.  Bir cəmiyyətdən başqa bir cəmiyyətə sosial müəssisələrin köçürülməsi üçün çox güc lazımdır, hətta bəzi hallarda bu qeyri-mümkündür. Bunun baş verməsi üçün, sosial müsəssisələrdə əsaslı quruluş dəyişiklikləri olmalıdır.
    "İnanırsan edə bilərsən" sözü həqiqətən də hər kəs üçün etibarlıdır. Edilən işlərin tutumu dəyişə bilər amma hər kəsin ictimai məsuliyyətdən üzərinə götürəcəyi və bacara biləcəyi işlər olduğu da bir gerçəkdir.
Unudulmaması lazım olan ən əhəmiyyətli nöqtə, cəmiyyətin xüsusi quruluşunu və xalqı qavraya biləcək, yenilikçi həllər çıxara bilmək lazım olduğudur.
    Sosial sahibkarın vəzifəsi, ictimai sahədəki problemləri fərq etmək və bu problemlərin aradan qaldırma yollarını tapmaqdır. Sosial sahibkarlıq nəyin yolunda getmədiyini tapar və  problemin aradan qalxmasını təmin edər. Sosial sahibkarlar yalnız balıq vermək ya da balıq tutmağı öyrətməklə kifayətlənməz, balıq sənayesində bir inqilab yaradana qədər dincəlmədən çalışırlar.
    Geniş çərçivəli ictimai problemləri diaqnoz etmək və həll etmək üçün ictimai sahibkarlara ehtiyac var. Çünki yalnız  ictimai sahibkar, bütün problemlər aradan qalxanadək, qorxmadan işi davam etdirə bilər. Elm insanları fikirlərini dilə gətirdikdən sonra durur.  Sosial sahibkarlar isə, birlikləri, cəmiyyətləri və dünyanı kökdən dəyişdirmək üçün böyük işlər görür, sosial müəssisələr yaradır, bütün problemlərin aradan qalxmasına nail olur.
    Bir sosial sahibkar, cəmiyyətin kompleks problemlərinə sistemli və davamlı həllər çıxarar və həll çıxararkən də daima hadisələrə müsbət yanaşır. Sahibkar ümumi mənada, istehsal  üçün lazım olan resursları bir araya gətirən adamdır. Sahibkarlıq da, sərmayə risk alma, fürsətləri ələ alma, həyata keçirmə və yenilik etmə proseslərinin bütünüdür. Bu səbəbdəndir ki, həm şirkət qurma prosesi həm də yeniliklər etmə müddəti sahibkarlıq əhatəsindədir. Sosial sahibkarlıq isə, eynilə xüsusi sektorda olduğu kimi risk alaraq inkişaf edən adamdır. Risk alaraq fikrini reallaşdırmağa çalışır. Sosial sahibkarın hədəfi, ictimai problemlərin cəmiyyətlə uyğunlaşan, yeni, orijinal yollarla həll edilməsidir. Çünki ticarət sahəsində sahibkar müvəffəqiyyətli ola bilmədiyində özü və yaxın ətrafı zərər görür amma ictimai sahibkar səhv etdiyində cəmiyyət zərər görə bilər. Sosial sahibkar,  yaşadığı cəmiyyətdə ortaya çıxan ictimai problemləri fərq edərək o günə qədər ağla gəlməyən ya da cəsarət edilməyən bir yanaşma göstərərək, problemlərin üzərinə gedən və cəmiyyətin etibarını qazanan şəxsdir.
    1980-ci ildə Ashoka ictimai sahibkarlıq istiqamətində işə başladığında bu, dərhal qəbul edilmədi. “Ashoka Beynəlxalq Sosial Sahibkarlar Şəbəkəsi” 1980-ci ildə William Drayton tərəfindən Hindistanda quruldu. Ashoka dünya səviyyəsində ictimai sahibkarlığı dəstəkləyən və mənfəət məqsədi güdməyən bir quruluşdur. 70-dan çox ölkədə 3000-ə yaxın Ashoka üzvünə dəstək verməkdədir. Ashoka səhiyyə, təhsil, ətraf mühit, insan hüquqları, inkişaf və vətəndaş təşəbbüsü inkişaf etdirilməsi sahələrində çalışan ictimai sahibkarları, özlərini, dolayısı ilə işlərini inkişaf etdirə bilmələri üçün beynəlxalq səviyyədə maddi və mənəvi olaraq dəstəkləyir.

Dünyadan Sosial   Müəssisə  Nümunələri

1. Fazle Abed / Banqladeş
Fazle Abed, dünyanın ən böyük ictimai quruluşunun qurucusudur. Bu quruluşun 30 mindən çox işçisi var. Abed, təhsil, səhiyyə, sosial və maliyyə işlər mövzusunda yeni fikirlərin ortaya çıxmasında liderlik etmişdir. Ayrıca yerli inkişaf üçün bölgə insanlarına səlahiyyət və ehtiyacı olan milyonlarla adama da  xidmət göstərmişdir. Onun araşdırmaları  başqa ölkələr tərəfindən sürətlə nümunə alınmış, onun modeli bütün dünyaya yayılmışdır. Fazle Abed, araşdırmalarının yayılması üçün bir çox təhsil proqramları təşkil etmiş və kitablar çap etdirmişdir.
2. Peter Eigen / Almaniya
Peter Eigen, 1993-ci ildə qurulan “İctimai Şəffaflıq Hərəkatı”nın qurucusudur.  Eigen, sui-istifadəyə qarşı aparılan mübarizənin qlobal lideridir. O, korrupsiyanın fərdi deyil sistemlə əlaqədar bir problem olduğundan yola çıxaraq müxtəlif tədqiqat metodları inkişaf etdirdi. Beləliklə proqramını hər səviyyədəki insanın anlayıb təqib edə bilməsini mümkün etdi.
3. Oded Grajew / Braziliya
Oded Grajew, Dünya İctimai Forumunun qurucusudur. Mənfəət məqsədi güdməyən 80 min quruluşun qatıldığı bu forum dünyada kapitalizmə qarşı alternativ bir həll təklifi meydana gətirməyi məqsəd qoymaqdadır. Grajew, qloballaşan dünyada tək variantın kapitalizm ola bilməyəcəyini düşünən və bu mövzuda həll çıxarmaq istəyən adamdır. Davosdakı Dünya İqtisadi Forumunda alternativ yaratmaq üzrə işlər aparılır. Dünya Sosial Forumu, alternativ bir dünyanın necə mümkün ola biləcəyinə bağlı düşüncələri və intellektual sərmayəni inkişaf etdirməyi hədəfləyir. Neo-liberal qloballaşmanın, dünyamızda yaratdığı dərin təxribata qarşı təsirli bir müqavimət göstərir.
Oded Grajew, eyni zamanda rəhbəri olduğu “İş Dünyası Sosial Məsuliyyət İnstitutu”nu da qurmuşdur.
4. Alice Tepper Marlin / ABŞ
Alice Tepper, “Beynəlxalq Sosial Məsuliyyət Vəqfi”nin qurucusudur. Bu vəqf, birinci sinif standartlar meydana gətirən və təşkilatlara nəzarət edən bir quruluşdur. İş yerləri, iş və cəmiyyət üçün meydana gətirdiyi standartlar (SA8000) dünyada 40-dan çox ölkədə və 40-dan çox sənaye sektorunda istifadə olunur.
5. Jeroo Billimoria / Hindistan
Jeroo Billimoria, Hindistanda böyük bir problem olan küçə uşaqları üçün, küçə uşaqları tərəfindən idarə edilən,  pulsuz kömək xətti qurdu. Hal-hazırda 58 şəhərdə xidmət verən və getdikcə yayılan bu sistem, uşaqların yalnız bir telefon nömrəsi yığaraq 24 saat ərzində istər polis, istərsədə sağlamlıq dəstəyi alabilmesini təmin edir. Bu ana qədər 2 milyondan çox çağırış alınmışdır. Bu layihənin 100-dən çox başqa şəhərdə də başlaması sürətli bir şəkildə beynəlxalq ölçüyə keçdiyini göstərir.
6. Dener Giovanini / Braziliya
Giovanini, dünyada üçüncü ən böyük qeyri-qanuni ticarət olan vəhşi heyvan qaçaqçılığına Braziliyada son vermək üçün milli birlik qurdu. Ünsiyyət vasitəsi kimi internet istifadə edərək 580 təşkilat və 30 min fərdə çatdı. Məqsədini reallaşdırmaq üçün bəzi qaydaların dəyişməsini təmin etdi.
7. J.B. SCHRAMM / ABŞ
ABŞ-da ali təhsil ödənişlidir. Əgər liseydə qiymətin ortalama yüksək və müvəffəqiyyətli bir tələbəsiniz və iqtisadi vəziyyətiniz yaxşı deyilsə təqaüd alaraq oxuya bilərsiniz. Digər tərəfdən, dərslərdə çox müvəffəqiyyətli olmasanız da əgər ailənizin gəlir vəziyyəti məktəb pulunu ödəyəcək qədər yaxşı isə yenə universitetdə oxuma şansına sahib ola bilərsiniz.
Dərsləri orta dərəcədə olan, gəlir səviyyəsi aşağı ailələrin uşaqlarının universitetə getmə nisbəti yalnız yüzdə 34-dür. Bunu dəyişdirmək istəyən SCHRAMM, “College Summit” adında bir program başlatmışdır. Bu sayədə universitetə hazırlanma prosesində bir də şansı olmayanları dörd günlük bir seminarle 6 aylıq müraciət müddətinə hazırlayır. Bu seminara qatılan aşağı gəlir səviyyəli tələbələr universitetlərdən qəbul alma nisbəti, keçmişdəkilərə iki qatını aşaraq yüzdə 79-a çıxmışdır. Universitetə girənlərin məzun olma nisbəti isə yüzdə 80 kimi çox yüksək bir rəqəmdir.
8. Petra Vitousova / Çex Respublikası
Petra Vitousova, Çex Respublikasında gedərək artan cinayət nisbətinə qarşı, bu hadisələrin qurbanlarının az qala heç bir qanuni haqqa sahib olmamasına dur demək adına bir dərnək qurdu. Bu dərnək zərər çəkmiş insanlara məsləhət, hadisə sonrası psixoloji və hüquqi kömək kimi müxtəlif xidmətlər verərkən eyni zamanda ölkədə bu mövzuyla əlaqədar bir qanunun dəyişdirilməsini də təmin etməyə çalışır. Bu islahat başqa ölkələrə də yayılmağa başlayır.
9. Veronica Khosa / Cənubi Afrika
Cənubi Afrikadakı səhiyyə sistemi, Ashoka üzvü Veronica Khosa'yı ziyana aparmışdır. Tibb bacısı olan Veronica, xəstə insanların daha da xəstə olduğunu, yaşlı insanların həkim tapa bilmədiyini, boş yataq olmasına baxmayaraq HIV-li xəstələrin xəstəxanalara qəbul edilmədiyini görmüşdü. Bunun üzərinə “Tateni Home Care Nursing Services”i quraraq, ölkəsində "home care" (evdə baxım) anlayışını başlatdı. Başlanğıcda heç bir şeyləri olmamasına qarşı, Veronica və qrupu yollara düşərək insanlara evlərinin rahat və etibarlı mühitində, o günə qədər heç görmədikləri səhiyyə xidməti təqdim etdilər. yalnız bir neçə il sonra, dövlət Veronicanın proyektini özünə uyğunlaşdırdı və qabaqcıl səhiyyə təşkilatlarının tanımasıyla bu fikir, Cənubi Afrikanın xaricinə da yayıldı. Veronica kimi ictimai sahibkarlar, ictimai problemlərin həllinə geniş bir çərçivədən yaxınlaşmaqdadır.
10. Tomasz Sadowski / Polşa
Tomasz Sadowski, Polşada köhnə sistemdən boş qalan dövlət fermalarında evsizlər yerləşdirib onların yaşadıqları fermalara sahib çıxmasını və tarlaları biçmələrini təmin etdi. Beləliklə həm boş qalan fermalarda təkrar istehsal başlamış oldu həm də evsizlər ev və iş sahibi oldu.
11. Rogelio Padilla / Meksika
Rogelio Padilla, küçələrdə işləyən və ya yaşayan uşaqlara sığınma, bəslənmə və iş imkanı gətirməklə yanaşı, sevgi dolu bir yuva mühiti yaradaraq onların öz özlərinə inam qazanmalarını təmin edir.
    Göründüyü kimi, yuxarıda verilən 11 nümunədə, ictimai təşəbbüskar balıq tutmağı öyrətməyi deyil, balıqçılıq sisteminə yeni həll təklifləri gətirməyi məqsəd qoymaqdadır. Başqa bir sözlə, var olan quruluşu dəyişdirərək, yeni və yaradıcı həllər tapıb qəbul ediləcək hala gətirənə qədər mübarizə verməkdədir. Cəmiyyətin problemli nöqtələrini tapıb, onları dəyişməyi təmin edəcək yeni fikirlər inkişaf etdirməkdədirlər. Sosial sərmayə yaratdığı inqilab, cəmiyyətin özünü konfiqurasiya formasını və ictimai problemlərə yanaşmasını kökündən dəyişir.
    Fazle Abed, Peter Eigen, Oded Grajew, Alice Tepper Marlin və Ashoka qurucusu Bill DRAYTON bir araya gələrək Sosial Sahibkarlıq Qlobal Akademiyasını qurdular. Beləliklə ictimai sahibkarlığı dünyada inkişafı və dünyanı təsir üçün güc birliyi meydana gətirmiş oldular.
Türkiyədə Ashoka
Türkiyədə Ashoka, 22 Fevral 2004 tarixində rəsmi olaraq fəaliyyətə başlamışdır. Ashoka-nın hal-hazırda 16-dan çox üzvü var. Hər bir üzv etdiyi işlərlə həm ictimai bir problemə həll təklif etməklə, həm də model meydana gətirməkdədir.
İldə iki dəfə toplanan üzvlər ictimai sahibkarlığda ortaq həll təklifləri inkişaf etdirməkdədir. Hər il təşkil edilən müsahibələr vasitəsilə yeni sosial sahibkarlar “Ashoka Türkiyə” ailəsinə qatılmaqdadır.
Ashoka Türkiyənin bəzi üzvləri
Ömer Madra / Açıq Radio
Ömer Madra, xəbərin alternativ kanallarının olması lazım olduğuna inanaraq insanların ən təbii hüququnun məlumata çatmaq olduğunu müdafiə etdi. Müstəqil bir məlumat orqanı qurmaq üçün yoldaşları ilə hərəkətə keçdi və Açıq Radiyo-nu qurdu.  700-dən çox könüllü proqram prodüseri ilə çalışdı. Açıq Radiyo-da 2004-cü ildə "Radiyona Sahib Çıx" şüarıyla bir kampaniya başlatdı. Bu kampaniya hər il dinləyicilərin də dəstəyini alaraq davam edir.
Ercan Tutal / Alternativ Kamp
Ercan Tutal, 1997-ci ildən bəri könüllü olaraq əlillər ictimai həyata daha bərabər qatılmalarını hədəfləyən layihələr tətbiq edir. İcra etdiyi könüllü və pulsuz proqramlarda 500-dən çox müxtəlif mane qrupundan insan sualtı dünyası ilə tanış oldu. “Alternativ Kamp”, "Maneəsiz həyat" şüarı ilə əlillərə və fərqli ehtiyac qruplarına alternativ sosial, mədəni və idman həyat sahələri açmağı hədəfləyir. Düşərgədə dünyanın dörd bir tərəfindən gələn könüllülər çalışır.
Günəşin Aydemir / Təbiət Dərnəyi
Günəşin Aydemir, təxminən 12 ildir müxtəlif təbiət qoruma layihələrində və qeyri-hökumət quruluşlarında könüllü, yarı könüllü və professional olaraq dəstək verir. Ən son çalışdığı “Təbii Həyatı Qoruma Dərnəyi”ndən, yerli yayılmaq və mövzuyla əlaqədar məlumatı daha çox insanla müstəqil bir platformada paylaşmaq məqsədiylə 2002-ci ildə ayrıldı. Hal-hazırda bir çox quruluşla, milli və yerli səviyyədə işlər icra edir, təcrübələrini və dünyagörüşünü onlarla paylaşır.
Məqsədi, Türkiyədə təbiəti qorumaq üçün verilən mübarizədə tərəflərin güclərini birləşdirərək ortaq bir platformada güvən içərisində məlumatlarını paylaşmalarını təmin etməkdir.
Naşide Buluttekin / Ümid İşığı Qadın Kooperativ
Naşide Buluttekin, Diyarbəkirdə yoxsul qadınların öz təşkilatlarını qurmalarına və öz ehtiyacları üçün hərəkətə keçmələrinə inandığından, sahədə çalışdığı qadınlarla “Umut Işığı Qadın Kooperatifi”-ni qurdu. Diyarbakırın yoxsul və cinayət nisbətinin Türkiyə ortalamasının üstündə olduğu bir məhəlləsində açdığı ana-uşaq təhsil mərkəzlərində, anaları də təhsil müddətinə qataraq uşaqların sağlam olaraq inkişafına dəstək verir. Məktəb əvvəli təhsil modelini, bu məhəllədə yaşayan "məhəllə anaları" vasitəsilə  tətbiq Naşide Buluttekin, uşaqların cinayətə və küçəyə atılmasına maneə törədir. Kooperativ, qurulduğu 2002-ci ildən bu yana mindən çox uşağa təhsil imkanı təmin etdi.
Nebahat Akkoç / Qadın Mərkəzi
Nebahat Akkoç, 1997-ci ildə “Qadın Mərkəzi”ni qurdu. Qadınların ailə içi şiddət mövzusunda təcili və kritik ehtiyaclarına cavab verərkən, eyni zamanda qadınların bir vətəndaş, yoldaş və ana olaraq hüquqlarının anlayışlarının artırmasını məqsəd qoydu. Nebahat Akkoç, doğru bir üsul və əlaqə tərzi ilə bölgə qadınlarının işə sahib çıxdığına inanır. Bu işdə dəstək verənlər ilə dəstək istəyənlərin bərabər şərtlərdə bir ünsiyyət içində olması lazım olduğuna inanır. Akkoç, damdan düşməyən insanın, düşənin halından anlayamacağına diqqət çəkir. Bu şəkildə, öz ayaqları üzərində dayanmağı bacaran güclü bir qadın hərəkəti yaradılmasının mümkün olacağına inanır.
Nevin Eracar / Otistikler Dərnəyi
Psixoloq olan Nevin Eracar, hər zaman cəmiyyətdən uzaqlarda bir yerlərdə saxlanan və hətta cəmiyyət tərəfindən xariclənən zehni maneəli uşaqları yeni bir inteqrasiya üsuluyla öyrədən ilk adam oldu. Fərqli doğan və fərqli hərəkət edən insanlarla birgə yaşayışın yollarını cəmiyyətə göstərən bu yanaşması sistematik bir dəyişmə yaratdı. "Fərqliliklər ilə birlikdə yaşamağı öyrənmək" faktını ilk əvvəl otistik uşaq ilə etdiyi işlərdə həyata keçirdi. Fərqli olanların cəmiyyətə uyğunlaşmasının təmin edilməsinin, birlikdə yaşamağı öyrənmənin hər kəs üçün ideal olduğuna inanır. Bizə görə fərqli olan, mədəniyyətdən mədəniyyətə dəyişməkdədir. Bu fərqliliyi anlamağa çalışmaq və qəbul etmək hər kəs üçün bir qazanc olacaq. Eracar, "Bir-birimizi nə qədər anlamağa çalışsaq özümüzü də o qədər inkişaf etdirmiş olacağıq" deyə düşünməkdədir.
Sənəm Gül / İlk Adım Qadın Kooperativ
Sənəm Gül, İstanbul Nurtepe'de yaşayan qadınlarla birlikdə qurduğu “İlk Adım Qadın Kooperativ” ilə yaşadığı bölgənin problemlərinə həll axtarır. Yeni bir qadın liderliyi forması meydana gətirən Gül, fərqli etnik biliklərə və siyasi fikirlərdən gələn qadınları eyni damın altında yığır. Yoxsulluğun və şiddət hadisələrinin sıx görüldüyü bir məhəllədə, məhəllə sakinlərini də təşkilatlandırmaq yoxsulluqla mübarizə edir. Qadınlar üçün kollektiv iş imkanları yaradır. Bu fəaliyyətlərdən gələn gəlirlərin əhəmiyyətli bir hissəsi, qadın və uşaq təhsilləri üçün xərclənir.
Yusuf Kulca / Umid Uşaqları Dərnəyi
Yusuf Kulca'nın təxminən iyirmi il əvvəl başlatdığı küçə uşaqları ilə əlaqədar qabaqcıl işləri nəticəsində, bu gün uşaqların qalmaq yerləri, yeməkləri və əgər ailələri varsa onlara dönə bilmək üçün məsləhət xidməti alma imkanları və iş imkanları var. Küçə uşaqları ilə əlaqədar işləri artıq Türkiyə daxilində nümunə alınan Yusuf Kulca həm ictimai quruluşlarına həm də vətəndaş təşkilatlara məsləhətçilik edərək yeni iş alternativlərinin meydana gəlməsində aktiv rol almaqdadır.
    Azərbaycan Respublikasının cənubunda yerləşən Astara rayonun iqtisadiyyatını əsasən sitrusçuluq, çayçılıq, tərəvəzçilik və çəltikçilik təşkil edir. Ayrı-ayrı təsərrüfatlarda heyvandarlıq, balıqçılıq və arıçılıq inkişaf edir. Rayonun əhalisinin ümumi sayı 102 min 571 nəfərdir (01.01.2014). Onlardan 51340 nəfərini kişilər, 51231 nəfərini isə qadınlar təşkil edir. Əhalinin 17061 nəfəri şəhərdə, 85510 nəfəri isə qəsəbə və kəndlərdə yaşayır. Əhalinin sıxlığı hər 1 km2-də 165 nəfərdir. Orta ömür müddəti 73.9 ildən çoxdur.
      Dünyanın bir çox ərazilərində həsir əşyalara rast gəlinir. Lakin respublikamızın cənub  bölgəsində hazırlanan həsir məmulatlar diqqəti daha çox cəlb edir. Bakıda "Avrovision-2012" beynəlxalq mahnı müsabiqəsinin keçirildiyi müddətdə paytaxt sakinləri ilə yanaşı əcnəbi turistlərin daha çox həsirdən düzəldilmiş məişət əşyalarına maraq göstərmələri buna ən yaxşı sübutdur.
      Həsir səbətlər soyuducu rolunu da oynayır. Həsir papaqlar insanların gündən qorunmasında xüsusi əhəmiyyət daşıyır. Həsir səbətlərdə meyvə uzun müddət xarab olmaz. Soyuducu həddən artıq soyuq olduqda  meyvəni don vurur. Lakin həsir toxunan qamış-çubuqların içərisi boş olduğundan orada havanın temperaturu sabit qalır, buna görə də ərzaq və meyvə təravətini saxlaya bilir.
    Astara rayonunun Kakalos kəndində mədəniyyət evinin metodisti Rüfət Rzayev tərəfindən yabanı otlardan zanbil, papaq, tərəzi,  həsir və s. əşyalar hazırlanır.  İki nəfər köməkçisi var. gün ərzində 3-5 papaq, 2-3 zənbil, həftə ərzində təxminən 5-6 kv.m həsir toxuyurlar. papağın qiyməti -3-5 manat (ölçüsündən asılı olaraq), zənbilin qiyməti - 3-8 manat (ölçüsündən asılı olaraq), həsirin qiyməti 20-30 manat (ölçüsündən asılı olaraq).
  Astara rayon Kakalos kənd sakini 1933-cü il təvəllüdlü həsir ustası Rəhimov Səməd Rzalı oğlu həsirçilik sənəti barədə qədimdən qalan adət və ənənələr barəsində geniş məlumat verdi.Uzun illər ərzində bu sənət barədə öyrəndiyi incəlikləri özündən sonrakı nəsillərə də çatdırılmasında böyük əmək payına sahibdir.Öyrədib yetişdirdiyi tələbələr həsirçilik sənətini uğurla davam etdirirlər.
    Həsirlər bataqlıqdan yığılan xammal hesabına əldə edilir:
1.Lığ
2.Tırp
3.Dəlo
4.Püzə( filtri var)
5.Həsir qamışı
   Bataqlıqdan  yığılan xammal müəyyən texnoloji proses dövründən sonra yararlı hesab edilir. Həsir toxunan püzə içərisi boş olan qamışlardır. Onlar nəmişliyi özündə saxlayır. Cənub bölgəsindəki uzunömürlüyün sirlərini öyrənən mütəxəssislər də bu qənaətə gəliblər ki, evlərdə həsirdən istifadə edən insanlarda yel xəstəliyinə təsadüf olunmur.Həsirdən müxtəlif əşyalar hazırlanır:Zənbil,sifa(süfrə),sərinkeş(cəbənd) və s..Pərdis (ciyə) şona kimi dəzgahda çəkilir,püzeydə toxunur.
    Hər bir xalqın tarixi keçmişi onun milli-mənəvi dəyər statusu qazanmış ulu sənət əsərləri nümunələrində daha dolğun əks olunur. Azərbaycan xalqının tarixini özündə əks etdirən  belə nümunələr isə istənilən qədərdir. Onlardan biri də hələ erkən orta əsr dövrlərindən yadigar qalan həsirlərdir.  Yeri gəlmişkən, sənətin bu növü çox yerdə qorunub saxlanmayıb. Ölkəmizdə isə qorunub saxlanan bu sənətin əsasən cənub bölgəsində yaşadılması iqlim şəraiti ilə bağlıdır.
Sosial müəssisələr və sosial sahibkarlıq bu regionda dəstəklənməli və sosial müəssisələr yaradılmalıdır.Bu ,ölkəmizin milli-mənəvi dəyərlərinin daha da yaşadılmasına səbəb olacaqdır.
     Sosial müəssisələrin idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlər səmərəli şəkildə yerinə yetirilərsə regionların inkişafına,işsizliyin azaldılmasına və vətəndaş cəmiyyətinin daha da inkişaf etməsinə gətirib çıxaracaqdır.

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.