Gənclər Fondunun dəstəyi ilə kitab aksiyası keçirildi
15.03.16

Məktəblilərə oxumaq üçün 1200 ədəd elmi- bədii ədəbiyyat bağışlandı.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Kitab oxu - kitab qazan” adlı layihənin növbəti mərhələ üzrə yekun tədbiri baş tutub. Yeniyetmə və gənclər arasında bədii və elmi ədəbiyyata marağın artırılması məqsədi ilə həyata keçirilən layihənin icraçısı Nailə İsmayılovanın sözlərinə görə layihənin ilk mərhəsində Nizami rayonu 129 saylı məktəbin zalında 24 orta məktəb arasında hər məktəbdən 50 kitab olmaqla kitabtoplama kampaniyası keçirilib:
“ Ümumi sayı 1200 ədəd olmaqla toplanan kitabları 200 nəfər məktəbli yeniyetmələr öz istək və arzularına uyğun olaraq seçiblər. Verilən tapşırığa əsasən məktəblilər seçdikləri kitabları müəyyən zaman ərzində oxuyaraq kitab haqqında rəylərini yazılı şəkildə ekspertlərə təqdim ediblər. Toplanmış rəylər kodlaşdırılıb. Daba sonra bu rəylər ekspertlər tərəfindən təhlil olunaraq dəyərləndirilib. Dəyərləndirilmiş rəylər I- 1 yer, II- 2 yer, III- 3 yer və eyni zamanda həvəsləndirici yerlərə bölünməklə qiymətləndirilib”.

Qeyd edək ki,  129 saylı tam orta məktəbin akt zalında təşkil olunan mükafatlandırma tədbirində Nizami rayon İH- nin başçısının müavini Gülnaz İsrafilova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin aparıcı- məsləhətçisi Fərman Abdullayev, 129 saylı tam orta məktəbin direktoru Esmira Quliyeva, “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin sədri Kəmalə Məmmədova və  Gənclər Fondunun əməkdaşları iştirak ediblər. Tədbiri çıxış sözüylə layihənin icraçısı Nailə İsmayılova açaraq, Gənclər Fondunun QHT- larına və fərdi gənclərin layihələrinə verdiyi dəstəyi təqdirəlayiq hal hesab etdiyini bildirib. Daha sonra Nizami rayon İH- nin başçısının müavini Gülnaz İsrafilova layihənin mahiyyətinin nə qədər vacib olduğunu önə çəkərək öz fikirlərini söyləyib. O bir daha kitabın insanın şəxsiyyət kimi formalaşmasında əhəmiyyətini xüsusilə qeyd edərək yeniyetmə və gənclərə öz tövsiyyələrini verib, donor və layihə icraçılarına bu layihənin məhz Nizami məktəbliləri arasında təşkil etdikləri üçün təşəkkürünü bildirib.

Sonda qaliblərlə birgə 25 nəfər yeniyetmə və gənc məktəbliyə sertifikatlar təqdim olunub. Tədbirin sonunda iştirakçılar çay süfrəsi arxasında mükafatlandırmanı qeyd ediblər.

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.