Akademik Ziya Bünyadovun kitabı serb dilində
27.05.16

Ölkəmizin Serbiya Respublikasındakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Belqradda Azərbaycanın tarixinə aid yeni kitab nəşr olunub.

Bu günlərdə Azərbaycan Respublikasının Qərbi Balkan ölkələrində – Serbiyada, Monteneqroda, Bosniya və Herseqovinada Fövqəladə və Səlahiyyətli səfiri Eldar Həsənovun təşəbbüsü və dəstəyi ilə Belqradda yeni nəşr – görkəmli tarixçi alim, akademik Ziya Bünyadovun «Azərbaycan YII-IX əsrlərdə» kitabı nəfis tərtibatla işıq üzü görüb. Belqradın «Total Trade İnternational» nəşriyyatında çar olunmuş əsəri tanınmış serb mütəxəssisi Draqolyub Masliçin redaktorluğu ilə Qradimir Poliç və Nina Poliç tərcümə edib.

Ümumiyyətlə, Azərbaycanla Qərbi Balkan ölkələri arasında münasibətlər ildən-ilə inkişaf edir. Serbiyada yalnız bir neçə ölkənin – Fransa, Rusiya, Almaniya, İspaniya, Böyük Britaniya, ABŞ kimi böyük dövlətlərin mədəniyyət mərkəzi var və artıq bir neçə ildir ki, Azərbaycanın adı da həmin sıraya daxildir. Təsadüfi deyil ki, bu gün Belqradın «Taşmaydan» parkında dünya miqyaslı siyasi xadim Heydər Əliyevlə görkəmli serb yazıçısı Milorad Paviçin abidələri yanaşı ucalır, Novi Sad şəhərində, Dunay çayının sahilində Üzeyir Hacıbəylinin xatirə kompleksi, görkəmli şair və dramaturq Hüseyn Cavidin Podqoritsada büstü var.

Azərbaycanın qədim tarixinin, zəngin mədəni irsinin, eləcə də görkəmli şəxsiyyətlərinin xaricdə tanıdılması və təbliği üçün Serbiya Resbublikasındakı səfirliyimiz öz mövcud imkanları çərçivəsində müntəzəm olaraq ciddi işlər görür. Qeyd edək ki, akademik Ziya Bünyadovun 1500 tirajla nəşr olunmuş son dərəcə qiymətli əsərinin Qərbi Balkanda nəşri səfirliyin bu sahədə ilk işi deyil. Təkcə son beş il ərzində Belqradda, Novi Sadda, Sarayevoda və Podqoritsada  bir sıra kitablar - "Görkəmli adamların həyatı" silsiləsindən «Heydər Əliyev» və professor Zemfira Səfərovanın «Üzeyir Hacıbəyli» kitabları, Cəlil Məmmədquluzadənin «Seçilmiş əsərləri», Rəsul Rzanın «Rənglər» poeması, Elçinin «Ölüm hökmü», Çingiz Abdullayevin “Balkan opponentləri”, Kamal Abdullanın «Yarımçıq əlyazma» romanları, «Qarabağ həqiqəti», «Erməni soyqırımı: miflər və gerçəklər», «223-cü Qırmızı Bayraqlı Belqrad diviziyası» və s. kimi elmi, tarixi, bədii, sənədli  nəşrlər serb və Çernoqoriya dillərinə tərcümə olunaraq adı çəkilən ölkələrdə geniş yayılıb.

Hesab edirik ki, əvvəlki nəşrlər kimi bu kitab da Azərbaycanla Qərbi Balkan ölkələri arasında mədəni münasibətlərin inkişafı işinə layiqli bir töhfədir.

Yenililklər
02.06.20
Bədirxan Əhmədli - Romantizm: bütün yönləri ilə
02.06.20
Cəlil Cavanşir: "Bəşəri, intellektual ədəbiyyat yaratmaq iddiam yoxdur" - Müsahibə
02.06.20
“Dünya ədəbiyyatı”nın yeni sayı - “Elmi baxış”
02.06.20

Dövlət Rəsm Qalereyası tədbirlərini onlayn formatda davam etdirir

02.06.20
Əlyazmalar İnstitutu: “Müqəddəs zilhiccə bayramları” kitabı nəşr olunub
01.06.20
Adın zirvələrə çoxdan yazılıb...
30.05.20
Səxavət Sahil - Mənəvi qonorar
27.05.20
Kino strukturları Mədəniyyət Nazirliyindən ayrılsın - kino pullarının yeyilməsinin qarşısını almaq yolu...
27.05.20
Elçin İbrahimov - Bir dəfə danışdığımız dil heç zaman unudulmaz!
27.05.20
1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzeti latın qrafikalı əlifbaya transliterasiya olunur
27.05.20
Fəxri Müslüm - Mən ölsəm, içimdən öləcəm
26.05.20
Azərbaycanda Kino Şurası yaradıldı
14.05.20
Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub
14.05.20
“Azərbaycan coğrafi adları ingilis dilində” kitabı nəşrə hazırlanır
14.05.20
Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
12.05.20
Rumıniyalı məşhur şairin kitabı Bakıda nəşr edildi
12.05.20
Dünya ədəbiyyatına dair fundamental əsər
12.05.20
Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
12.05.20
Türkiyədə hər biri 500 illik tarixə sahib iki ədəd "İncil" tapılıb
11.05.20
Mərahim Nəsib - Sinif yoldaşım intihar edəndə sevdiyim qız nişanlandı
11.05.20
Fəxri Müslüm - Söhrab Tahirin əziz xatirəsinə
07.05.20
“Ulduz” jurnalının Məhəmməd Hadiyə həsr edilə xüsusi buraxılışı çap edilib
07.05.20
Fərid Hüseynin miniatür şeirlər kitabı çap olunub
07.05.20
Azad Qaradərilidən yeni ktab: “Qadağan zonası”
07.05.20
Rəbiqədən yeni kitab:“Çətirlərin qiyamı”
13.04.20
SURDO TV internet kanalı fəaliyyətə başladı – VİDEO
10.04.20
Mucru.art fəaliyyətə başladı
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
16.03.20
Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
15.03.20
Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”
15.03.20
Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
14.03.20
Cəlil Cavanşirdən yeni kitab - "Eşq və intihar"
13.03.20
“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.