Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı

16.06.16

Azərbaycanın ikinci sənaye və mədəniyyət paytaxtı olan Gəncədə "Gəncəçay" Park-bulvar Kompleksinin ərazisində istifadəyə verilən "Kitab evi" kitab satışından da çox mütaliənin təbliğinə xidmət edir. Bu fikirlər Azərbaycanın ən böyük “Kitab evi”nin açılışı münasibəti ilə keçirilən tədbirdə səsləndirilib. Qeyd olunub ki, günü-gündən abadlaşan Gəncə şəhərində müasir üslubda inşa edilən “Kitab evi” mağazası Gəncə sakinləri üçün dəyərli töhfədir. Açılış mərasimində iştirak edən Gəncə şəhər icra başçısı Elmar Vəliyev iştirakçıları salamlayaraq 15 iyun milli qurtuluş gününü münasibəti ilə təbriklərini çatdırıb, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişafın dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadığını qeyd edib. Daha sonra Gəncə Ədəbi mühitinin dünayaya bəxş etdiyi Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh kimi böyük mütəfəkkirlərin vətənində regionun ən böyuk “Kitab evi” nin açılmasının heç də təsadüfi olmadığını vurğulayıb və buranın ziyalıların, ictimaiyyət nümayəndələrinin, xüsusən də gənclərin sevimli məkanına çevriləcəyinə əminliyini ifadə edib.

Fəaliyyətini "Kitabevim.az" layihəsi üzərində quran bu kitab mağazası digər kitab mağazalarından xeyli fərqlənir. Açılış mərasimində bu haqda iştirakçılara ətraflı məlumat verən “Kitabevim.az” layihəsinin rəhbəri filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq qeyd edib ki, Gəncədəki yeni kitab evinin özəlliyi burda Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə minlərlə kitabın yer alması və müxtəlif guşələrin olması oxucuların mütaliəsinə geniş imkanlar yaradacaq. "Qoy-götür” və ”Bukinist” şöbələrinin gənclərin mütaliə həvəsini xeyli artıracağını vurğulayan layihə rəhbəri mağazada istifadəçilərin sərbəst mütaliəsi üçün şərait yaradıldığını da vurğulayıb. Bildirilib ki, "Qoy-götür” şöbəsinin üstünlüyü onun oxucular tərəfindən təmin olunmasıdır, yəni oxucu bura bir kitab hədiyyə etməklə "Kitab evi"nin üzvünə çevrilir. Bundan sonra isə o, tək şəxsiyyət vəsiqəsini təqdim etməklə istənilən vaxt istədiyi kitabı götürüb oxuya bilər və müəyyən müddətdən sonra geri qaytararaq mütəmadi olaraq digər kitabları seçə bilər. "Bukinist" guşəsində isə oxucular nəşr ili çox köhnə olan nadir və orijinal kitablarla tanış olmaq və onları əldə etmək imkanı qazanacaqlar.

“Kitab evi”ndə gənclərin və məktəblilərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün kitab-kafe, müxtəlif multimedi vəsaitlərindən və elektron kitablardan istifadə imkanları nəzərdə tutulub.

"Kitab evi"ndə eyni zamanda “Günün, həftənin, ayın kitabı” adlı guşələr oxucular üçün çox böyük güzəştlərə təklif olunacaq. Gənclərdə kitaba marağı artırmağı daha çox hədəfə aldıqlarını vurğulayan layihə rəhbəri tələbələrin ilboyu tələbə biletlərini təqdim etməklə 15-25 faizlik endirimlərdən yararlana biləcəklərini deyib.

Tədbirdə diqqətə çatdırılıb ki, Gəncədədə yeni istifadəyə verilən “Kitab evi” Azərbaycan yazarlarının imza və kitab təqdimatı mərasimlərinin keçiriləcəyi ən maraqlı məkanlardan birinə çevriləcək.

"Kitab evi" hər gün səhər saat 9-dan axşam saatlarınadək kitabsevərlərin ixtiyarında olacaq. “Kitab evi”nin fəaliyyətə başlaması münasibətilə iyunun 18-dən 1 iyul tarixinə qədər bütün kitablara 15-25 faizlik endirim kompaniyası nəzərdə tutulub.

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.