Moskvada Anarın yeni kitablarının təqdimatı oldu
20.06.16

Moskvada Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarın rusca işıq üzü görmüş yeni ikicildliyinin və “Sizsiz” kitabının təqdimatı keçirilib.

Kitablar Rusiyanın aparıcı nəşriyyatları olan “Xudojestvennaə literatura” və “Vremə” tərəfindən çap edilib. Bu nəşrlərdə yazıçının məşhur və daha əvvəllər də Moskvada çap olunmuş əsərləri ilə yanaşı, yeni yaradıcılıq nümunələri də öz əksini tapıb.

İkicildlikdə Anarın “Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Ağ qoç, qara qoç” və digər romanları, eləcə də hekayələri, həmçinin bu yaxınlarda yazdığı “Göz muncuğu” povesti yer alıb.

“Sizsiz” kitabına isə ədibin eyniadlı romanı, məqalələri və məşhur “Gecə düşüncələri” daxil edilib.

“Ocaq” Cəmiyyətinin təşkil etdiyi mərasimə Azərbaycanın və Rusiyanın görkəmli ədəbi və ictimai xadimləri, nüfuzlu nəşrlərin rəhbərləri, söz biliciləri və Anar yaradıcılığını sevənlər bir çox insan qatılıb.

Məşhur rəssam Tahir Salahov, “Ocaq”ın sədri professor Tofiq Məlikli, “Drujba narodov” jurnalının baş redaktoru Aleksandr Ebonaidze, tanınmış tənqidçi Lüdmila Lavrova, Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev və başqaları Anar şəxsiyyəti və yaradıcılığı barədə fikirlərini bölüşüblər.

Sonda Anar çıxış edərək, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, oxucular üçün kitablarını imzalayıb.

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.