Şəfa Vəli - Fərid Hüseynlə İstanbulda

14.07.16

         Xeyr, mən Fərid Hüseyni şəxsən tanımıram!  Onun şeirlərini oxumuşam, sadəcə. ...qəribədir ki, bu an özümü İstanbuldaymışam kimi hiss edirəm. Özü də ən qəribəsi budur ki, mən Atatürk hava limanındakı kiçik masaya söykənib tünd qəhvə içə-içə iki qitəni birləşdirən körpünün üstündə Fərid Hüseynin necə ağır-ağır addımladığını görürəm... Sonra sahilə enir, balıqçı restoranı tapıb masanın kənarında əyləşir,  üzünü qarşısındakı boşqaba tutub İstanbulla danışır, sanki başını yuxarı qaldırıb İstanbulun gözlərinin içinə baxmağa cəsarəti yoxdur:
Istanbul,
Yeddi təpəlik qaranlığın var,
Dənizlərin ümidgahıdı limanlar,
Sular sahilləri qoynuna alıb yatar.
Mənsə...
Durub o boyda
Yolu yora-yora
Sənin balığına limon sıxmağa gəlmişəm.
          Bir axşam da küçələrin qaldırım daşlarında gözlərilə bəxtinin şəklini axtarır. Baxışları boşa çıxsa da ümidlərinin boşa çıxmasını istəmir:
İçdiyim  qəhvələrdən falıma çıxan
Alagözlü qızı gözləyirəm dayanacaqda.
        Fərid Hüseyn İstanbulun səssizliyini də yaşayır. Baxmayaraq ki, bunu kiminsə bacaracağına mən  heç vaxt inanmazdım bu şeiri oxuyana qədər:
Boğaza getdim-sənsizlikdi,
Rakıya endim-sənsizlikdi,
Körpünü keçdim-sənsizlikdi,
Taksim sənsiz,
Qadın paltarları sənsiz,
Bazar sənsiz...
Balıq bazarında çağırmırlar,
Kitabçılar tanımır...
Şəklin yox, səsin yox,
Deməli,
Mən gəzməyə yox,
Səni axtarmağa gəlmişəm!
          Hava limanında Bakıya gələn uçağa minərkən Fərid Hüseyn yenə  İstanbula gələcəyini açılıb-yumulan barmaqlarıyla bu şəhərə vəd edir.
           Mənsə, tünd qəhvəni sonunacan içə bilməyib fincanı masaya qoyuram. Gözlərimi yumuram və Fərid Hüseynin etirafını eşidirəm:
Soruşdum ki, xoşbəxtsənmi, İstanbul?
Dedin ki, “Sezeni dinləyəndən
Belə şey soruşmazlar”.
         Gözlərimi açınca özümü netbukun qarşısında bu yazını oxuyarkən görürəm. Və Fərid Hüseynin şeirlərinə qoşulub Misirə, Londona, Moskvaya  “getməyim”  deyə  bir fincan kəklikotu çayı üçün mətbəxə keçirəm.

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.