İkicildlik “Müasir Azərbaycan ədəbiyyatı” antologiyası Ankarada təqdim olundu


14.07.16

İyulun 14-də Ankarada “TÜRKSOY” Beynəlxalq Türkiyə Mədəniyyəti Təşkilatının dəyirmi zalında ikicildlik “Müasir Azərbaycan ədəbiyyatı” antologiyasının təqdimat mərasimi keçirilib. Tədbirdə Avrasiya Yazarlar Birliyinin sədri cənab Yaqub Öməroğlu, “TÜRKSOY”un sədri cənab Düsen Kaseinov, Türkiyə Yazarlar Birliyi, Türkiyə Respublikasının Mədəniyyət Nazirliyi, Türkiyə-Azərbaycan Genel Merkezi, Kütüphaneler ve Yayımlar Genel Müdürlüyünün nümayəndələri ilə yanaşı, tanınmış türk şair və yazıçıları, elm və sənət adamları iştirak ediblər.

 
Tədbiri giriş sözü ilə Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu açıb. О, Azərbaycanın müasir ədəbiyyatının dolğun mənzərəsini yaradan belə bir toplunun Türkiyədə ilk dəfə nəşr olunduğunu, nəşrin, bilavasitə təşkilatcısı və təsisçisi olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin, Azərbaycan ədəbiyyatının dünyaya tanıdılması istiqamətində gördüyü işlər sırasında xüsusi əhəmiyyət daşıdığını bildirib:

– Azərbaycan ədəbiyyatının dünyaya tanıdılması istiqamətində Azərbaycan Tərcümə Mərkəzi əhəmiyyətli işlər görür. Bu gün təqdimatına yığışdığımız ikicildlik, Azərbaycanın nəsr və poeziyasını küll halında türk oxucusuna çatdıran ilk topludur ki, Türkiyədə belə bir nəşrə böyük ehtiyac vardı. Həm universitetlər, həm ümumi oxucu kütləsi tərəfindən Türkiyədə Azərbaycan ədəbiyyatına həmişə böyük sevgi və maraq olub, bu ədəbiyyat bu gün də universitetlərdə, elm ocaqlarında öyrənilir, tədqiq edilir. Toplunun özəl əhəmiyyəti – Azərbaycan ədəbiyyatının dolğun mənzərəsini əks etdirməsi, türk oxucusunu müasir Azərbaycan ədəbi prosesi ilə yaxından tanış etməsidir”.

Daha sonra Yaqub Öməroğlu nəşrin hər iki ölkənin ədəbiyyat, mədəniyyət və təhsil sahəsi üçün mühüm əhəmiyyət daşıdığından, ölkələr və xalqlararası anlaşmada oynadığı mühüm rolundan danışaraq, milli ədəbiyyatların bu sayaq tanıtım nəşrlərinin bundan sonra da davam etdiriləcəyini bildirib.

Sonra söz ARNK yanında Tərcümə Mərkəzinin direktoru, yazıcı Afaq Məsuda verilib: 

– Bu gün türk oxucusunun nəzərinə təqdim olunan bu kitab Azərbaycan ədəbiyyatının yalnız bir mərhələsini – XX əsr müasir ədəbi prosesi əks etdirir. Hazırda isə Mərkəz Azərbaycan ədəbiyyatının daha dolğun mənzərəsini – klassik dövrdən başlayaraq, 2000-ci illərə qədərki dövrünü əhatə edən daha irihəcmli – üçcildlik “Azərbaycan ədəbiyyatı antologiyası”sını tərtib edib. Bu antologiyalara Azərbaycanın özündə də böyük ehtiyac var və bu nəşrlər Azərbaycanın özü üçün də bir ilkdir, onun elm, təhsil və mədəniyyəti, bu günü və tarixi üçün əvəzsiz bir töhfədir. Bu nəşrləri, ilk növbədə Azərbaycan ədəbiyyatının xəritəsi, onun icmalı, daha dəqiq desək, şəxsiyyət vərəqəsi adlandırmaq olar”.

Daha sonra A. Məsud antologiyanın uğurlu tərcüməsindən danışaraq, hazırda nəşrin digər dünya dillərinə mükəmməl çevrilməsi ilə bağlı Mərkəzin müvafiq beynəlxalq qurumlarla əlaqəli şəkildə işlədiyini də qeyd edib:

– Payızda antologiyanın, ərəb dilində Misirin paytaxtı Qahirədə, daha sonra Belarus dilində Minskdə təqdimatı gözlənilir. Ədəbiyyatımızın, dilimizin dünyaya tanıdılması istiqamətində əldə edilmiş bütün bu nailiyyətlər Azərbaycan dövlətinin, onun başçısı cənab İlham Əliyevin ədəbiyyata, mədəniyyətə göstərdiyi qayğının nəticəsidir”.

Daha sonra yazıçı Osman Çeviksoy, ədəbiyyatçi alimlər Aysun Demirez Güneri, Cemile Kınacı, antologiyanı türk dilinə tərcümə edən Qəmər Alxanova və Kəmalə Ələkbərova çıxış edərək, toplunun türk oxucusu üçün əhəmiyyətindən danışdılar, ikicildlikdə yer almış ayrı-ayrı əsərlər barədə fikirlərini bölüşdülər.

 

Yenililklər
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.