Əjdər Olun kitabı Moskvanın nüfuzlu nəşriyyatında çap edildi


19.07.16

Tanınmış yazıçı və şair Ədər Olun “Canlı lətifələr, əhvəlatlar, deyimlər” kitabı  “Крылатые слова, изречения, эпизоды из жизни наших знаменитых  и рядовых современников/  Məşhur və sıravi müasirlərimizin  həyatından qanadlı  sözlər, deyimlər, əhvalatlar ” adı ilə  Moskvanın məşhur “Xudojestvennaya literatura”  nəşriyyatında işıq üzü görüb.
 
Kulis.Azın xəbərinə görə, kitabı rus dilinə çevirən və “Tərcüməçidən”  başlıqlı ön sözün müəllifi, əməkdar incəsənət xadimi, qocaman tərcüməçi Siyavuş Məmmədzadədir.  Eyni zamanda müəllifin  “Kitaba dəvət” adlı kiçik yazısı da yer alıb nəşrdə.
 
256 səhifəlik, qalın üzlü və nəfis poliqrafiya ilə çap edilən kitab nəşrə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi tərəfindən hazırlanıb. Nəşrin məsləhətçisi Səlim Babullaoğlu, redaktoru N. Jilsova,nəşrə məsul N. Bazanova, dizayn və bədii tərtibatçı  isə Q. Kotlyarovadır.
 
“İştirakçı qismində xalqdır” epiqraflı  “Tərcüməçidən” yazısında Siyavuş Məmmədzadə yazır:  “ Qanadlı  sözlər, deyimlər, əhvalatlar yazılmış üz qabığına ötəri nəzər salanlara  ilk baxışdan elə gələ bilər ki, bu kitab yalnız əylndirmək üçün nəzərdə tutulan bir oxu vasitəsi, kitabdır. Amma burdakı gülüş, təbəssüm saçan  yumor dolu  hadisələr oxucunu heç də yalnız güldürmək, şənləndimrək və əyləndirmək məqsədi güdümr. İstedadlı  və itigözlü müəllifin uzun illər ərzində  apardığı qeydlərdə başqalarından eşitdiyi və bilavasitə gördüyü, şahidi olduğu elə hadisələr həkk olunub ki, rəngarəngliyinə, əlvanlığına rəğmən milli varlığı , varolmanı  sanki bənd-bənd faş edən ciddi,dəruni əsəb hüceyrəsini gizlədir özündə...”
 
Nəşrin məsləhətçisi, Bədii Tərcümə Mərkəzinin sədri Səlim Babullaoğlunun fikrincə kitabın Moskvada nəşri Azərbaycan ədəbiyyatı adına ciddi uğurdur : “Rus nəşrinin olması olduqca sevindiricidir. Bu kitab daha əvvəl Türkiyədə də nəşr edilmiş və böyük oxucu marağına səbəb olmuşdu. İndi isə rus nəşri baş tutdu. Rus aduitoriyası fikrimcə kitabı maraqla qarşılayacaq. Çünki bu auditoriya Faina Ranevskayanın, Arkadi Raykinin və onlarla başqalarının dillər əzbəri olan “bədii zarafat”ları ilə tanışdır.Düşünürəm ki, Əjdər Oun kitabı Moskva mühitində yetərincə uğurla qarşılanacaq, oxucu marağına səbəb olacaq. Çünki Əjdər Ol nasir kimi, hekayə ustası kimi çağdaş ədəbiyyatımızın  əvəzolunmaz ismidir. O “portret- hekayə” janrının banisidir  milli ədəbiyyatımızda və əslində mən Əjdər Olun bu kitabını onun bənzərsiz portret hekayəçiliyini doğurmuş fenomen hesab edirəm. “Kitaba dəvət” yazısında müəllif  bu kitabını bitmiş hesab eləmir. Elə mən də istəməzdim ki, nə bu əhvalatlar, nə də hekayələr bitsin, əksinə istərdim ki, Əjdər Ol bu əhvalatları həmişə yazsın...”

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.