Avantaj Tədris Mərkəzi avantajlı təhsilin yeganə ünvanıdır
04.08.16

İyul ayının 24-də Azərbaycanın təhsil mühitinə yeni bir Tədris Mərkəzinin – “Avantaj”ın da adı daxil oldu. Açılış mərasimi peşəkar müəllim heyətinin ictimaiyyətə təqdim olunması başladı. Sonra mərasim iştirakçıları tədris mərkəzinə daxil olanlar və Avantaj Tədris Mərkəzinin geniş və hərtərəfli təhsil imkanları ilə də tanış oldular.

Maraqlananlar üçün deyək ki, Avantaj Tədris Mərkəzi (tel: 012-596-10-01; 050-302-10-01; 070-302-10-01; 055-302-10-01) Nəsimi rayonu, H.Sarabski küçəsi 16-da (Zabitlər parkının 2-ci girişi yaxınlığında, Maliyə Nazirliyinin arxa tərəfi) yerləşir.


Müsahibimiz Avantaj Tədris Mərkəzinin baş direktoru, məntiq elmi üzrə dəyərli tədris kitablarının müəllifi Etibar Lətiflidir:


- Yaranan hər ciddi, peşəkar müəllim heyətinin cəmləşdiyi tədris mərkəzi özü ilə elmimizə, təhsilimizə yenilik gətirir. Bəs Avantaj Tədris Mərkəzi  hansı yeniliyi ilə yadda qalacaq?


- Fərid bəy, bildiyiniz kimi, günümüzdə məntiq elmi bir sıra sahələri əhatə edir. Hər ötən gün məntiq elminin insan həyatındakı rolu artır. Gündəlik həyatımızda, çalışdığımız sahələrdə məntiq bizə kömək edir. Dövlətimiz də məntiq elminə olduqca dəyər verir. Magistraturaya, dövlət qulluğuna qəbul imtahanlarında məntiqi sualların salınması dediyimiz fikirləri bir daha təsdiq edir. Hətta gündəlik yaşamımızda məntiqin nə qədər karımıza gəldiyi, düşüncələrimizi çevikləşdirdiyi çoxlarına məlumdur. Bütün bunları nəzərə alaraq yeniliyimiz budur ki, Avantaj Tədris Mərkəzində çalışan müəllimlər ixtisas sualları ilə yanaşı, məntiqdən də imtahan verəcəklər, onlar təkcə öz sahələrində deyil, məntiq elmində də bilgiləri olan şəxslər arasından seçiləcək. Bundan başqa, biz məntiqi düşünmək bacarığını formalaşdırmaq və test sualları qarşısında seçim edərkən məntiq vasitəsi ilə ziddiyyətli, yaxud oxşar məqamları dərhal ayırd etsinlər deyə abituriyentlərə ödənişsiz aylıq məntiq və psixoloji seminarlar keçəcəyik. Məntiqi düşünmək bacarığı, onların məntiqi seçim etmələrini asanlaşdıracaq. Həmçinin, gələcəkdə magistraturaya, yaxud dövlət qulluğuna imtahan verərkən xeyli hazırlıqlı olacaqlar. Avantaj Tədris Mərkəzi təhsilin bir mərhələsini deyil, pilləli, ardıcıl mərhələlərini də paralel düşünür və bu da tələbələrin və abituriyentlərin gələcək uğurları üçün qarant deməkdir.

- Avantaj Tədris Mərkəzinin fəaliyyətini əhatəliliyi və imkanlarının genişliyi haqqında nə deyərdiniz?

- Avantaj Tədris Mərkəzi təhsilin bütün sahələri üzrə tədris imkanlarına malikdir. Bu geniş imkanların yaradılmasında məqsədimiz bütün pillələrdə və mərhələlərdə keyfiyyətli təhsilin reallaşdırılmasıdır. Biz təhsilin keyfiyyətinin yaxşılaşdırılması, ölkəmizdə təhsil almaq arzusunda olanların daha yüksək zirvələri fəth etməsi üçün çoxşaxəli imkanlar yaratmışıq və bu imkanların gələcəkdə daha da effektiv olması üçün prinsipial addımlar atacağıq.

İndi isə sizə bəzi xırdalıqları izah etmək, həmin əhatəliliyin imkanlarından danışmaq istərdim.  Məsələn, Məktəbəqədər hazırlıq: Burada 4-6 yaşlı uşaqların məktəbəqədər müəyyən bilgi ilə təmin olunması, nitq qabiliyyətinin, şeir, mahnı öyrənmək, rəsm çəkmək bacarıqlarının formalaşdırılması, həmçinin, rəqəmlərlə və hərflərlə tanışlıqları, nitq qabiliyyətinin inkişafı, habelə ekskursiyaların təşkili nəzərdə tutulur. Aşağıda qeyd edilənlər də Avantaj Tədris Mərkəzinin imkanlarının əhatəliliyini göstərir:

-    1-4 sinif şagirdlərinin ev tapşırıqlarının həllində lazımı kömək göstərilməsi məqsədi ilə hazırlıqlar;
-    5-6-7-8 sinif şagirdlərin fənlər üzrə təkmilləşmə hazırlığı;
-    9-10-11-ci sinif şagirdləri üçün abituriyent hazırlığı;
-    Texnikumlara hazırlıq (9-cu siniflər)
-    Magistraturaya hazırlıq (hər iki mərhələdə);
-    Dövlət qulluğuna qəbul imtahanına hazırlıq;
-    Kömpüyuter kursları;
-    Xarici dil kursları;
-    YÖS hazırlığı

YÖS hazırlığı barədə də bir məqamı xüsusi vurğulamaq istəyirəm: Bakalavr pillələri üzrə Türkiyə universitetlərinə qəbul imtahanı Türkiyədə olduğu üçün sənədləşmə də orada aparılır və biz bu işlərdə də tələbələrə köməklik göstərəcəyik.

Bildiyiniz kimi, bu gün qloballaşan dünyada yaşayırıq, ölkələrin bir-birinə inteqrasiyası danılmaz həqiqətdir. Son illərdə ölkəmizin turizm sahəsindəki uğurları da göz önündədir. Sadaladıqlarımın məntiqi nəticəsidir ki, gənclərimizdə xarici dilləri öyrənməyə ciddi maraq və ehtiyac var. Hər bir savadlı, ziyalı insanın dil bilgilərinin olması zəruridir və sevindirici haldır ki, bu zərurət cəmiyyət tərəfindən də qəbul edilir. Belə bir şəraitdə biz dil kurslarının uğurlu təşkilinə olduqca böyük diqqət ayırırıq. Tədrisə peşəkar müəllim heyətinin cəlb edilməsi, dillərin uyğun proqramlarla öyrədilməsinə çalışacağıq. Xarici dil öyrənmək istəyən tələbələr üçün əlavə həftəsonu ödənişsiz danışıq kursları həyata keçiriləcək. İnanıram ki, bu cür danışıq kursları xarici dil öyrənənlərin daimi ünsiyyət ünvanına çevriləcək.

- Xaricidə təhsil istiqamətində hansı işlərin görülməsini düşünürsünüz?


- Avantaj Tədris Mərkəzi xaricidə təhsil almaq istəyən şəxslər üçün də eyni dərəcədə məntiqlə və məsuliyyətlə çalışır. Ancaq biz planlarımızı müxtəlif istiqamətlərdə quracağıq. Tələbələrimizin dünyanın ciddi qəbul olunan, nüfuzlu universitetlərində təhsil alması məsələləri, bunun uyğun yollarının müəyyənləşdirilməsi istiqamətində çalışırıq. Tədris Mərkəzimizin çoxşaxəli, çoxqanadlı fəaliyyət istiqamətinin başlıca prioritetlərindən olan xaricdə təhsil məsələləri şübhəsiz ki, tam məsuliyyəti ilə bizim çiynimizdədir və biz fəaliyyət planımızı da həmin məsuliyyəti dərk edərək qurmaqdayıq. Hazırda xaricidə təhsil haqqında geniş bir proqram hazırlamışıq. Bu layihə şəklində düşünülüb, inşallah, yaxın gələcəkdə həmin layihəsinin reallaşmasının şahidi olacaqsınız.

- Tədris Mərkəzinin hazırkı tədris qrafiki, günün tələbləri ilə uzlaşan planları nədən ibarətdir?

- Hazırkı iş planımız tədrisi qəbul proqramlarına, Kurikulum təhsil sisteminə uyğun həyata keçirmək, təhsilimizin daha da inkişaf etməsi üçün əlimizdən gələnləri etməkdir. Məqsəd təhsil səviyyəmizi daha da inkişaf etdirmək, gənclərimizin istər ölkədaxili, istərsə də xaricidə ölkəmizi layiqincə təmsil etməsi yönündə imkanlar yaratmaqdır. Biz təhsilin sadəcə bu gününü deyil, həm də prespektivini düşünürük. O mənada ki, bizim tədris mərkəzində yetişən tələbələr təkcə qəbul imtahanlarında uğur qazananlardan ibarət olmamalıdır, eyni zamanda, onlar aldıqları daimi biliklər elə möhkəm təməl üzərində qurulmalıdır ki, təhsil həyatın müxtəlif mərhələlərində onları müşayiət etsin.

- Tədris Mərkəzinə yazılmaq, gələcəyini bu tədris mərkəzinə bağlamaq istəyən şagirdlərə, tələbələrə nə deyərdiniz?

- Avantaj Tədris Mərkəzi avantajlı təhsilin yeganə ünvanıdır. Öz təhsil gələcəyini düzgün qurmaq, peşəkar müəllimlərdən dərs almaq, müasir standartlara cavab verən bir tədris mühitində olmaq, şəffaf və səmimi mühitdə özünü, biliklərini inkişaf etdirmək istəyən şagirdlər və tələbələr bizə üz tuta bilər.
İndi elə bir dövrdür ki, hər kəs öz övladını daha peşəkar, bilgin müəllimlərin hazırlaşdırmasını, öyrətməsini istəyir. Valideynlərə də üz tutub demək istəyirəm ki, keyfiyyətli təhsil vermək üçün Avantaj Tədris Mərkəzinin hər cür imkanı, şəraiti və heyəti var. Valideynlərin və tələbələrin razı qalacağı mühit və təhsil bizim başlıca qayəmizdir. Bir əlavə məlumat da deyim ki, 31 avqusta qədər Avantaj Tədris Mərkəzinə yazılan, qeydiyyatdan keçən tələbələrə 20 % endirim ediləcək.

- Avantaj Tədris Mərkəzində dərs deyən müəllim heyəti və onların işə qəbulu da önəmli məqamlardandır. İstərdim ki, bu barədə də danışaq.

- Hamımıza məlumdur ki, müəllim peşəsi olduqca müqəddəs peşədir. Bu müqəddəsliyi göstərən iki əsas amil var: Müəllimin peşəkarlığı və yüksək insani keyfiyyətləri. Biz bu üstünlüklərin hər ikisini eyni dərəcədə qiymətləndiririk ki, tələbələr və abituriyentlər daim Tədris Mərkəzimizdən razı qalsınlar və burada yaradılan mühit onların yaddaşında daim yaşasın.

Sizin sualınıza cavab olaraq isə onu demək istəyirəm ki, Avantaj Tədris Mərkəzində çalışan müəllim heyəti uzun illər iş təcrübəsi olan müəllimlərdir. İşə qəbul olarkən müəllimlər üç mərhələdə imtahandan keçiblər.

-    İxtisas və məntiqdən test;
-    Müsahibə mərhələsi;
-    Açıq dərs;

Müəllimlərimizin əksəriyyəti tədris etdiyi fəndən olduqca dəyərli kitabların müəllifləridirlər ki, bu da bizim xüsusi üstünlüklərimizdəndir. Onlar ixtisaslarını yüksək səviyyədə akademik bilgilərə malik, tələbələrin, şagirdlərin psixologiyasına bələd olan, onların yetişməsi üçün mühit yarada bilən yüksək ixtisaslı, savadlı pedaqoqlardır.

Söhbətləşdi: Fərid Hüseynov

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.