Umberto Eko - Necə yaxşı yazmalı
07.10.16

(Minerva kartonları. Bompiani 2000)


İnternetdə necə yaxşı yazmaq haqqında bir sıra təlimat tapdım. Özümünküləri əlavə edirəm, bəzi variatsiyalarla, düşünürəm ki, çoxlarına  faydalı ola bilər, xüsusilə də yazıçılıq kurslarına gedənlərə.
      

1. Alliterasiyalardan qaç, bəzi sarsaq beyinləri sarmaşıqtək sarsa da.
2. Demək olmaz ki, felin lazım forması qadağandır; əksinə, lazımdırsa istifadə olunmalıdır.
3. Sabit ifadələrdən qaç: boyat şorbadı.
4. Nə vaxt istəyirsən yaz, yemək vaxtından başqa.
5. Kommersiya ixtisarlarından & abreviaturalardan və s.- dən istifadə etmə.
6. Yadında saxla (özü də yaxşıca) - mötərizə ( hətta son dərəcə vacib sayılırsa da), təhkiyənin ipini qırır.
7. Diqqətli ol ki, həzmetmən pozulmasın... fasilə üçnöqtələri qoymaqdan.
8. Dırnaq açmaqdan az istifadə et:  bu, “son” deyil.
9. Heç vaxt ümumiləşdirmə.
10. Xarici sözlər həqiqətən də, bon ton ola bilməz.
11. Sitatlarda simic ol. Emerson düz deyirdi: “Sitatlara nifrət edirəm. Mənə yalnız özün bildiyni söylə”.
12. Müqayisələr elə söylənmiş ifadələr kimidir.
13. İzafi olma; bir şeyi iki dəfə təkrar etmə. Təkrarçılıq israfçılıqdır (izafi deyəndə mənasız izah etmə nəzərdə tutulur ki, oxucu onu artıq bilir).
14. Ədəbsiz sözləri yalnız tırıqçılar işlədir.
15. Həmişə azmı dərəcədə və yainki çoxmu dərəcədə, konkret ol.
16. Mübaliğə ifadə vasitələrinin ən adisidir.
17. Tək bir sözdən ibarət ifadələri işlətmə. Poz!
18. Özünü həddən artıq ötkəm metaforalardan qoru: onlar ilanın pulları üstündəki qu tükü kimidir.
19. Vergülləri, yerində, qoy.
20. Nöqtəli vergüllə iki nöqtənin funksiyası arasındakı fərgi bil: hətta asan olmasa da.
21. Ədəbi dildə lazım olan ifadəni tapa bilməsən də, dialektdəki ifadələrə heç vaxt müraciət etmə: İt özü nəmənədi ki, yunu da nə bir zad ola.
22. Düşünülməmiş metaforalardan istifadə etmə, sənə “nəğmə” kimi görünsələr də: onlar  relslərdən düşən sonaya bənzər.
23. Doğrudanmı ritorik suallara ehtiyac var?
24. Lakonik ol, calış uzun-uzadı ifadələrdən qaçaraq və ya onları “diqqətli olmayan oxucunu mütləq yayındıracaq” xüsusiləşdirilmiş ifadələrə bölməklə, fikirlərini az sayda mümkün sözlərlə yığcam şəkildə yerləşdirəsən ki, sənin şərhinin,  mediyanın hökmü altında qərar tutmuş və  şübhəsiz ki, (xüsusilə də  mənasız və ya, hər halda vacib olmayan düzəlişlərlə dolu ikən) zəmanəmizin faciələrindən birinə çevrilmiş informasiya tullantılığında iştirakı olmasın.
25.Vurğular səhvsiz və mənalı olmalıdır, – düşünmək lazımdır, başla!
26. Kişi cinsindən olan isimlərdən qabaq gələn qeyri-müəyyən artikl apostroflanmır(1). 
27. İbarəli olma! Təmkinli davran da nidalarla!!
28.Alınma sözlərin hətta ən pis angaje olunanları belə, xarici ifadələrin təsirini artırmır.
29. Beaudelaire, Roozewelt, Nieztşhe və bu kimi xarici adları düzgün yaz(2).
30. Bəhs etdiyin müəllif və personajların adlarını dəqiq çək, perifrazasız, filansız. XIX əsrin böyük yazıçısı, “5 may”ın müəllifi belə edirdi(3).
31.Şərhin əvvəlində captatio benevolentiae(4) - dən   istifadə et, oxucuya olan dərin minnətdarlığını bildirməkdən ötrü (yəni o dərəcədə gicsız ki, nə dediklərimi qanmırsız ?).
32. Orfaqrafiyaya ciddi riayət et.
33. Susmağın nə dərəcədə usandırıcı olduğunu yadına salmaq mənasızdır.
34. Çox da tez-tez sətir başına keçmə.
      Heç olmasa buna ehtiyac olmayanda.
35. Heç vaxt şəxs əvəzliklərini zat aliləri kimi cəmdə işlətmə. Biz qəti əminik ki, bu son dərəcə pis təsir bağışlayır.
36. Səbəblə nəticəni qatma: səhv edərsən, çaşarsan.
37. Nəticənin məntiqi olaraq çıxış nöqtəsindən irəli gəlmədiyi cümlələri qurma: hamı belə eləsəydi çıxış nöqtəsi nəticədən irəli gələrdi.
38. Arxaizmlərə, hapax legomenalara(5)  və digər az işlənən leksemlərə, eyni ilə də rizomatik deep structures-lərə(6)  uyma; baxmayaraq ki, onlar sənə qrammatik differensiallığın  bir çox  epifaniesi kimi görünür və süni surətdə dekonstruktiv  dəyişiklik törədirlər; ancaq bundan da pis o olardı, əgər onlar son dərəcə ekdotik hazırlıq keçənlərin seçimində tanınmasaydılar, belə ki, həmsöhbətinin resepsiyasının koqnitiv imkanlarını üstələyirlər.
39.Uzunçu olma, ancaq, o da lazım deyil ki, deyəsən ondan da az ki...
40. Bitmiş bir cümlədə olmalıdır.                                                                        
                                                                            

İtalyan dilindən tərcümə edən: Cəmşid Cəmşidov







(1) İtalyan dilinin spesifik xüs.- Müəllif “apostroflanmır” deyə tövsiyyə etsə də, kişi cinsindən  olan “artikl” sözünü  (uno articolo)  “un` articolo” kimi apostrofla işlədir.

(2) İtalyan dilində xarici adların həmin dillərdə olduğu kimi autentik formada yazılmasına işarədir: Bodler –Beaudelaire,  Ruzvelt – Roozevelt, Nitsşe – Nieztshe və s.

(3) İtalyan ədəbiyyatının klassiki Alessandro Mandzoni (1785 – 1873 ) nəzərdə tutulur.

(4) Captatio benevolentiae  - hərfi tərcüməsi: hüsn-rəğbət qazanmaq (latın); bəzi əsərlərin əvvəlində müəllifın rəğbət doğurmaq məqsədi ilə oxucuya və ya oxuculara lütfkar müraciəti.

(5) Hapax legomena - bircə dəfə deyilmiş (yunan.) . Mətndə bir dəfə adı çəkilən əşya, deyilən söz ... 

(6) Deep structures  - dərin strukturlar (ingilis). Dönüşümcü (transformasiyalı) qrammatikada cümlənin təsəvvür edilmə forması.
 

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.