Erkən evlilik faciəsi - Lola ilə Oljasın hekayəsi
27.10.16

"Buna görə məni bağışla. Mənim ölümümə günahkar bu çürük cəmiyyətdir, Bazarov kimi istedada sahib çıxmayan dünya mənim kimi bir Cəlalabadlıya niyə sahib çıxsın ki, mən heç kiməm. Qadın və qız bu cəmiyyətdə heçdir, biz niyə doğuluruq, qul olmaq üçünmü? Qul olaraq yaşamaq yaşamaqdırsa, mən ölümü seçirəm".

Elmir Bədəlov

MƏCBURİ EVLİLİK


1990-cı illərin əvvəli idi, Sovet İttifaqı bir neçə il idi ki, dağılmışdı. Fabriklər, zavodlar bağlanmışdı, post-sovet ölkələrində insanlar iş tapmaqda çətinlik çəkirdilər. Qırğızıstanın Cəlalabad rayonun sakinləri sürətlə Rusiyaya axışırdılar, şəhərdə qalmaq mənasız idi, küçə ticarətindən başqa burda gəlir sahəsi yox idi. Xəbərlər dolaşırdı ki, Moskvada alver etmək üçün əverişli şərait var, ona görə də, insanlar sahib olduqları qiymətli əşyaları satıb Rusiyaya üz tuturdular.

Firuz yenicə evlənmişdi, atası 5 danasını satıb oğlu üçün təmtəraqlı toy təşkil etmişdi, evləndiyi qız uzaq qohumu idi. Toydan bir neçə gün sonra atası Oljas, Firuzu yanına çağırıb ona məsləhətlərini verdi. Oljas oğluna Moskvada bacısı oğlu Erkinin yaşadığını bildirərək, onun yanına getməsini istədi. Oljas eşitmişdi ki, Erkin Sovet ittifaqı dağılandan sonra keçirilən özəlləşdirmə hərracında balıq konservası istehsal edən bir zavodu qaynatasının köməyi ilə almışdı. İndi həmin zavod, Erkinə ildə milyonlarla dollar gəlir gətirir. Oljas: “Oğlum, get Erkinin yanına bu yazdığım məktubu da, apar çatdırarsan ona. Erkin hərbi xidmətini Moskva ətrafındakı hərbi hissələrin birində yerinə yetirmiş, hərbi hissənin Türkmənistanlı Maddi Texniki Təminat şöbəsinin müdirinin qızı Gülnarə ilə ailə qurmuşdu. Artıq 12 il idi ki, Erkin Cəlalabada gəlmirdi”.

Buna da bax: Ayselin oxumaq üçün mübarizəsi və uğur hekayəsi

Firuz ailəsi ilə sağollaşıb, yola çıxdı. Bibisi oğlunu tapmaq ona elə də, çətin olmadı. Firuz, Erkinə atasının yazdığı məktubu verdi. Erkin məktubu oxuyub, Firuzu bağrına basdı. Erkin konserv zavodundan əlavə, daha bir neçə obyektə malik idi. Firuzun uşaqlıqda rus gimnaziyasına getməsi və Latviyanın paytaxtı Riqada hərbi xidmət keçməsi, ona rus dilində sərbəst danışmağa yardımçı olmuşdu. Erkin, Firuzun rus dili bacarığını nəzərə alıb onu Moskva ətrafında sahib olduğu göyərti bazarına rəis təyin etdi. Firuz bundan çox şad oldu, həmin gün Cəlalabaddan Firuza bir xoş xəbər də, verilmişdi. Həyat yoldaşı, Rühəngiz hamilə idi.

Göyərti bazarında Firuzun işləri çox yaxşı gedirdi, Erkinin də, köməyi ilə Firuz artıq özünə mənzil və maşın almışdı. Bu bazar Moskva əhalisinin göyərti ehtiyacının 60 faizini qarşılayırdı. Bir neçə ay sonra Firuz, Erkindən icazə alıb Cəlalabada getdi. Ailəsi Firuzu böyük sevinclə qarşıladı, həyat yoldaşı artıq hamiləliyinin son həftələrində idi. Firuz valideynlərinin bütün ehtiyacını qarşıladı, özünə Cəlalabadda dəbdəbəli ev tikməyə başladı. Valideynləri ondan xahiş etdilər ki, həyat yoldaşı ana olandan sonra, ailəsini də özü ilə Moskvaya aparsın. Cəlalabada gəlişindən bir həftə sonra Firuzun qızı dünyaya gəldi, atası Oljas nəvəsinin adını Lola qoydu. Firuzun qardaşı Samid zarafatla Lolanı, oğlu Ümid üçün almaq istədiyini dedi, Firuz isə öz növbəsində buna zarafatla cavab verərək, evlənmək məsələsində qızın özünün razılığının alınmasının vacibliyini bildirdi.

Lola doğulandan bir neçə gün sonra Firuz ailəsini Moskvaya apardı. Əvvəlcə, Moskvada həyat yoldaşı Rühəngiz darıxsa da, sonradan şəhər həyatına öyrəşdi. İki yaşı tamam olanda Lola bağçaya getməyə başlamışdı. Maddi vəziyyəti yaxşı olan Firuz, onu Moskvanın ən prestijli bağçasına qoymuşdu, burda Lola ingilis, rus və fransız dillərini öyrənir, eyni zamanda Rus burjuaziyasına məxsus insanların övladları ilə eyni partanı paylaşırdı.

Firuz və Rühəngiz oğlan uşağı istəyirdilər, necə də olsa, şərqdə valideynlərin ən böyük arzusu oğlan övladına sahib olmaqdır. Bu arzuları nəhayət ki, reallaşmaqda idi. Rühəngiz hamilə idi, həkimlər Firuza oğlan övladı olacağını demişdilər. Ad seçiminə Firuz heç tərəddüd etməmişdi, uşağa atası Oljasın adını verməyi planlaşdırırdı. Bir neçə ay sonra Firuz oğul atası oldu, övladının şəninə bazarda bir neçə qurban kəsdi, dostlarına ard-arda 10 gün qonaqlıqlar verdi.

3 il sonra Lolanın məktəbə getmək yaşı çatanda, Firuz onu Moskvadakı Britaniya məktəbinə göndərdi. Lola 9 yaşına çatanda artıq ingilis, rus, fransız və ana dili olan qırğız dillərində sərbəst danışırdı, gözəl pianino çalırdı. Müəllimləri Lolanı tərifləyir, gələcəkdə böyük bir istedad olacağını deyirdilər. Oljasın isə bacısından fərqli olaraq təhsilə heç bir marağı yox idi, birinci sinifdə oxuyan zaman bir müəllimin ona dərsə hazır gəlmədiyi üçün tərbiyəsiz deməsindən sonra, müəlliminin başına idman ayaqqabası atması, Firuzu məcbur etdi ki, Oljasın məktəbini dəyişsin Oljas isə şıltaqlığına davam edirdi. Kiçik yaşda olmasına baxmayaraq, Rusiyada o zamanlar məhşur olan “yaponçik” kimi kriminal avtoritet olmaq istəyirdi. Rühəngiz, Firuzdan Oljası tənbeh etməsini istəsə də, Firuz həmişə eyni ifadəni işlədirdi uşaqdır böyüyəndə düzələr.

Lolanın 15 yaşı dəbdəbəli şəkildə qeyd olundu, ailəsi bütün yaxınlarını və dostlarını ad günü mərasiminə dəvət etmişdi. Firuz ad günü banketini dəbdəbəli restoranların birində keçirtdi, məclisdə oxumaq üçün Alla Puqaçovanı də, dəvət etməyi unutmamışdı. Təəsüf ki, bu ad günü ailənin xoş günlərinin son akkordlarından biri idi.

Erkinin Rus hakimiyyəti ilə problemi yaranmışdı, Rusiyada parlament seçkiləri ərəfəsində müxalif liberallara maliyyə yardımı edən Erkin, seçkidə qalib gələn hakimiyyətin qara siyahısına düşmüşdü. Vergi yoxlaması adı ilə, onun bütün obyektlərinə Rus hüquq-mühafizə orqanları basqına başladı. Yoxlamalardan sonra, Erkinin bütün əmlakı müsadirə olundu, özü isə həbsə atıldı. Həbsxanada siçan zəhəri içərək intihar etdi.

OMON göyərti bazarına reyd keçirən zaman, Firuzun onlarla davranış tərzi OMON polkovniki əslən erməni Martirosyanın xoşuna gəlməmişdi və nəticədə polkovnik Firuzun alnına Makarov tipli tapançadan atəş açaraq onu qətlə yetirmişdi, hadisəni də, OMON-a silahlı müqavimət göstərdiyi üçün, OMON-un özünümüdafiə hüququndan istifadə etdiyini bildirərək sənədləşdirmişdi. Onsuz da, Mərkəzi Asiyalının Moskvada necə və niyə öldürüldüyü heç kimə maraqlı deyildi, Rus milliyətçiləri üçün onlar qarışqadan fərqlənmirdilər.

Firuz və Erkinin cəsədini Qırğızıstana yollamaq üçün, səfirlik onların ailəsindən böyük pul istədi. Erkinin bütün əmlakı müsadirə olunmuşdu, Firuzun adına isə mənzili vardı, səfirlik real dəyəri 100 min dollardan yuxarı olan mənzili, Firuzun həyat yoldaşı Rühəngizdən 5 min dollara aldı. Artıq Lola, Rühəngiz və Oljasın Cəlalabada dönməkdən başqa heç bir çarələri yox idi.

Buna da bax: 17 yaşlı 3 uşaq anası… Azərbaycanda

Nə yaxşı ki o zaman Firuz özünə kənddə gözəl bir imarət tikmişdi. Ailəsi o evdə məskunlaşdı, Firuzun dar günə yığdığı pullar da, tükənməkdə idi. Firuz Erkinin həbsindən sonra ona vəkil tutmaq və onun şəraitinin yaxşılaşdırılması üçün yüz minlərlə dollar pul xərcləmişdi. Ailənin çətin maddi vəziyyətini hesaba alan, Firuzun qardaşı kənd bələdiyyə sədri işləyən Samid, Lolanı oğlu Ümid üçün istədi. Lola bunu düşünmədən rədd etsə də, anası Rühəngiz ailəsinin və qardaşı Oljasın gələcəyinin bu evlilikdən asılı olduğunu dedi. Oljas bu qərara qarşı çıxsa da, 12 yaşlı uşağın fikrini heç kim diqqətə almadı.

İntelligent və savadlı qız olan 15 yaşlı Lola, əmisioğlu 21 yaşlı Ümidi heç sevmirdi, onları məcburi şəkildə görüşdürülən zaman ömründə Cəlalabaddan başqa heç bir yerdə olmayan Ümid, mal-qaradan, bostançılıqdan danışırdı. Lola isə çoxdan ifa etmədiyi pianino üçün darıxırdı, ingilis və fransız dili dərslərində sinif yoldaşları ilə maraqlı tamaşalarda oynadığı rollar yadına düşürdü, Moskva kinoteatrlarına ən son Hollivud filmlərinə gizlicə rəfiqələri ilə getdiyi günlər üçün darıxırdı. Cəlalabad onun üçün həbsxana idi, əmisioğlu Ümidlə evlənəcəyi fikri isə ona iki qat əzab verirdi. Digər tərəfdən çox sevdiyi atasının ölümünü heç cür qəbul edə bilmirdi.

Lola anasına Ümidlə evləndiriləcəyi təqdirdə intihar edəcəyini desə də, buna heç kim məhəl qoymamışdı, qardaşı Oljasdan başqa. Oljas anasına bu barədə təkrar xəbərdarlıq etsə də, anası narahat olma, evləndikdən sonra fikrini dəyişər deyirdi, sən hələ uşaqsan belə şeyləri anlamazsan.

Nişan mərasimi baş tutmuşdu, artıq toya hazırlıqlar gedirdi. Sabah Lola Ümidlə gəlinlik baxmaq üçün şəhər mərkəzinə gedəcəkdilər. Lola otağında uzanıb özü ilə Moskvadan gətirə bildiyi tək-tük kitablardan olan, Turgenevin “Atalar və Oğullar” əsərini oxumağa başladı. Bu kitabı ona Azərbaycanlı dostu, onu sevən Tərlan hədiyyə etmişdi. Tərlan utandığından Lolaya heç vaxt sevgisini etibar etməmişdi, amma Lola və rəfiqələri bunu anlamaqda çətinlik çəkməmişdi.

Ümid Lola ilə görüşmək üçün onların evinə gəlib, qapını döysə də, Lola ona möhkəm səslə, kitab oxuyuram sabah gələrsən dedi. Sonra anası onu yemək yeməyə dəvət etsə də, Lola anasına ac olmadığını onu narahat etməməsini istədi.

Dan yeri söküləndə, Ümid sevincək Lolagilə gəldi, bugün gəlinlik paltarını seçməyə getməli idilər, Ümid hədsiz dərəcədə xoşbəxt idi. Lolanın qapısını taqqıldatdı, səs gəlmədi, Rühəngiz Ümiddən qızın şirin yuxuda olduğunu bir az səbr etməsini istədi. Ümid isə qapını durmadan döyürdü, axırda Rühəngiz narahat olmağa başladı. Ümidə gəl qapını sındıraq, qorxuram özünə bir şey edər dedi.

Ümid qapını sındırdı, mənzərə dəhşətli idi. Otağın mərkəzində kəndirdən özünü asan Lolanın bağlı gözləri yerə atılan kağız parçasına dikilmişdi. Ümid başına döyə-döyə atasına xəbər verməyə getdi. Rühəngiz huşunu itirərək yerə uzanmışdı. Səs-küyə ayılan Oljas, bacısını çətinliklə də olsa kəndirdən aşağı salıb yerə uzandırdı. Yerdəki kağız parçasını götürüb oxumağa başladı

Qardaşım Oljas,

Ailəmizdə tək insan sənsən, yaşın az olsa da, inanıram ki, məni bağışlayacaqsan sənə bu ölümümlə vurduğum mənəvi əzaba görə, hər kəs səni valideynlərinin və qohumlarının sözündən çıxaraq intihar edən, bir qızın qardaşı kimi tanıyacaq. Buna görə məni bağışla. Mənim ölümümə günahkar bu çürük cəmiyyətdir, Bazarov kimi istedada sahib çıxmayan dünya mənim kimi bir Cəlalabadlıya niyə sahib çıxsın ki, mən heç kiməm. Qadın və qız bu cəmiyyətdə heçdir, biz niyə doğuluruq, qul olmaq üçünmü? Qul olaraq yaşamaq yaşamaqdırsa, mən ölümü seçirəm. Əlvida qardaşım. İnanıram ki, sənin qızın olsa bu mağara təfəkkürü ilə davranan insanlar kimi hərəkət etməyəcəksən.

Kənddə söz-söhbət dolaşırdı ki, Lola Rusiyada olarkən bir rusla cinsi əlaqədə olmuş, ailəsinin şərəfini qorumaq üçün intihar etməyi seçmişdi. Məcburi şəkildə evləndirildiyi üçün intihar etmə fikrini heç kim ciddi qəbul etmirdi. Məgər Ümiddən yaxşısınamı gedəcəkdi, kənddə hər qızın arzusudur onunla evlənmək evi, maşını, pulu, hər şeyi var daha bundan artıq nə olsun.

Samid hadisədən bərk əsəbiləşmişdi bələdiyyə sədri olduğu kənddə belə hal ilk dəfə idi ki, olurdu, həm də, gələcək gəlini olacaq qardaşı qızının intihar etməsi onun nüfüzünü yerlə bir etmişdi. İcra başçısına hadisədən xəbər verilmişdi, o dərhal Samidə zəng edərək istefa ərizəsini yazmasını istəmişdi. Lolanın dəfnindən sonra, Samid Rühəngizi evin arxasına çağıraraq əvvəl döydü, sonra isə təhqir etdi, Oljas bu hadisəni görmüşdü. Samid Rühəngizin üstünə qışqıraraq, “ay fahişə sənin dünyaya gətirdiyin qız da, sənin kimi ləçər oldu. Bütün ailəmizin namusunu ləkələdiniz, gör bu yas mərasimi qurtarsın sənin başıva nə oyun gətirəcəm”.

Axşam hər kəs öz evinə getdikdən sonra, Oljas mətbəxə gedərək bıçağı götürüb əmisigilə yollandı. Əmisi və əmisi oğlu ilə kənd qəbristanlığının yanında rastlaşdı.

Buna da bax: 12 yaşlı gəlin – Livan üçün adi haldırmı? [video]

Səhər Rühəngiz oyananda Oljas onun yanında uzanmışdı, anasına təsəlli verirdi. Birdən küçədə hay-haray qopdu. Məlum oldu ki, Samid və Ümid gecə bıçaqla qətlə yetirilmişdi. Hadisənin kim tərəfindən törədildiyi və necə baş verdiyi polis üçün müəmmalı idi, Rühəngizin alibisi vardı, o gecə huşunu itirdiyi üçün xəstəxanaya aparılmışdı, xəstəxanadan gəldikdən sonra isə yatağında gücsüz vəziyyətdə uzanmışdı, bacısı Dürdanə onun gecə yataqdan qalxıb, heç yerə getmədiyini təsdiq edə bilərdi. 12 yaşlı uşağın iki kişini öldürməsi nağılı heç kimə inandırıcı gəlmədi. Cinayətdə istifadə olunan bıçaq tapılmamışdı, qətlə yetirilənlərin üzərində heç bir barmaq izi yox idi. Vaxtilə Peterburqda hüquq fakültəsini bitirmiş, indisə kənddə dəli adlandırılan Ramazan bu hadisəni allahın ədaləti bərpa etmək üçün müdaxiləsi adlandırdı.

Baş verənlər onu məmnun etmişdi, bu məmnuniyyətin verdiyi rahatlıq hissindən dolayı Oljas sakitcə həyətə düşüb, əl-üzünü yumağa başladı. 12 yaşlı uşaq sanki bütün dünyada ədaləti bərpa etmişdi. Bunu illər sonra daha yaxşı anlayacağını düşünürdü. Anasının təkidinə baxmayaraq o qohumlarının dəfninə getməyi qərara aldı, onun üçün cəhənnəmə öz əlləri ilə vasil etdiyi iki alçağın dəfnini görmək Moskvada atası ilə birgə izlədiyi “Tom və Jerry” cizgi filmi qədər həyəcanlı və maraqlı idi.

Epiloq

Bacısının ölümündən sonra Oljas, Cəlalabadda qalmaq istəmədi. Kənddəki evlərini satıb, anasını da, götürüb Bişkekə köçdülər. Anası bir neçə il öncə vəfat etdi, indi Oljas Bişkekdə “Lola adına qadın hüquq və azadlıqları komitəsi” adlı bir qeyri hökümət təşkilatının direktorudur. Qırğızıstanda erkən nikahların qarşısını almaq üçün əhəmiyyətli tədbirlər həyata keçirir. Üç qızı və bir oğlu var, qızlardan ikisi ABŞ-da hüquq sahəsi üzrə təhsil alır, kiçik qızı Lola isə Moskvada fortepiano kollecində oxuyur. Oğlu isə hələ məktəblidir. /oxuzali.az/

Yenililklər
23.05.19
Azərbaycan ədəbiyyatı antologiyası qazax dilində
23.05.19
Dilçilik İnstitutunda bu il 10 kitab, 60-a yaxın məqalə çap edilib
23.05.19
Bakı Dövlət Universitetində Füyuzat Mərkəzinin açılışı olub
23.05.19
Dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisi açılıb
22.05.19
Oman yazıçısı Buker mükafatına layiq görüldü
13.05.19
Ədəbiyyat İnstitutunda Türkiyənin təsəvvüf alimlərilə görüş keçirilib
13.05.19
Musiqili Teatrda “Buratino” tamaşası nümayiş etdiriləcək
13.05.19
Ramiz Rövşən Bakı Kitab Mərkəzində oxucularla görüşdü
13.05.19
Azərbaycanın “Qarabağ” muğam qrupunun Ankarada konserti keçirilib
09.05.19
Rövşən Yerfi - Nəsimi niyə dahidir?
09.05.19
"Çöl Qala" Stokholmda təqdim olundu
07.05.19
Azərbaycan və Rusiyanın görkəmli təmsil ustalarının xatirəsi anılıb
07.05.19
Şair Dəmir Gədəbəyli vəfat etdi
06.05.19
Mətanət Vahid - Məhəmməd Hadinin irsi çağdaş ədəbiyyatşünaslıq müstəvisində
06.05.19
Romada Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin forumu keçiriləcək
06.05.19
BSU-da Hindistanlı türkoloqla görüş keçirilib
06.05.19
"Ulduz" jurnalının "Nəsimi" xüsusi sayı təqdim olundu
01.05.19
Türkiyəli tələbələr Bakı Mühəndislik Universitetində keçirilən konfransda iştirak edib
01.05.19
Anar Məcidzadə - Getdiyin o yollar qaytarmır səni 
30.04.19
Mərahim Nəsib - Rəhmətdən yağışa  gedən sevgi 
26.04.19
AMEA vitse-prezidenti: "Cəfər Cabbarlının romanı və məktubları tapılıb"
26.04.19
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqə elan olunub
24.04.19
“Bir gəncin manifesti” əsəri Tbilisidə gürcü oxuculara təqdim olunub
24.04.19
“Atatürk və Əhməd Ağaoğlu” adlı monoqrafiya çap olunub
24.04.19
Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimatı keçirildi
23.04.19
23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günüdür
23.04.19
“Almaz” yenidən təqdim edilib
23.04.19
Mərhum alim İlahə Məmmədlinin kitabı işıq üzü görüb
22.04.19
Üçlü formula yeni baxış
22.04.19
Nemət Mətin - Gülüş doğuran yalan
22.04.19
Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı”nın açılışı keçirilib
22.04.19
Şərif Ağayarın romanı Fransada çap olunacaq
18.04.19
Amerikada “Müasir Azərbaycan nəsri” antologiyasi çap olundu
18.04.19
Gənc şairin "Bir ovuc suda" kitabı təqdim olundu
18.04.19
İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub
17.04.19
Nəsiminin Türkiyədə yeni əlyazma nüsxələri aşkar edilib
17.04.19
Viktor Hüqonun "Notr-Dam-de-Paris" əsərinin satışı artıb
17.04.19
Azərbaycan filmi beynəlxalq müsabiqəyə dəvət alıb
16.04.19
"Ustad” jurnalının aprel sayı nəşr olunub.
16.04.19
Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyi qeyd ediləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.