Lenin Tolstoy haqqında nə demişdi?
03.11.16

Avanqard.net  Xanım Aydının tərcüməsində “Lev Tolstoy və senzura” yazısını təqdim edir.
 
Rus ədəbiyyatında bir çox tanınmış simalar, hətta klassiklər də öz zamanlarında senzura baltasına məruz qalmışlar. Əsərləri çap olunmadan redaksiyalardan geri qayıtmış, üzərindən xətt çəkilmişdir. Rusiya ədəbiyyatında Anna Axmatova, Mariya Svetayeva, Aleksandr Sergeyeviç Puşkin, Vladimir Mayakovski və başqaları yaradıcılıqlarında senzurayla üzləşməli olmuşlar. Maraqlısı burasıdır ki, Rusiya ədəbiyyatı təkcə ictimai dairələrin və ədəbi tənqidçilərin deyil, bununla yanaşı dini dairələrin də güclü təzyiqinə məruz qalmışdır. Kilsə və din müdafiəçilərindən mitropolit (pravoslav keşişlərinin yüksək rütbəsi) Filaret Benkendorfa etdiyi şikayət faktı – A.S.Puşkinin “Yevgeni Onegin” əsərində müqəddəsləri təhqir etməsi faktı lap lətifəyə bənzəyir: “...xaçların üstündəki dolaşa (quş) dəstəsi...” Bununla bağlı çağırılmış senzorda məsələyə cavab olaraq bildirilmişdir ki, dolaşalar həqiqətən də Moskva kilsələrinin üstündəki xaçlarda oturur. Və bu işdə şair və ya senzor yox, buna icazə verən polismeyster (çar Rusiyasında və bəzi dövlətlərdə şəhər polisi rəisi) günahkardır.
 
XIX əsrin sonlarında dini senzura Lev Nikolayeviç Tolstoyun rəsmi, bürokratik dini kəskin tənqid edən bir sıra əsərlərinin üzərinə qadağa qoymuşdur.
 
Hələ L.N.Tolstoyun sağlığında bədii əsərləri artıq bütün dünyaya yayılmış, məşhurlaşmış və çoxları tərəfindən qəbul edilərək sevilmişdi. Ötən əsrin 90-cı illərinin rus ədəbiyyatşünaslığında yazıçının reputasiyası təsdiqlənmişdir. Ədəbi tənqidçi S.Venqerovun hesablamalarına görə Tolstoyun müxtəlif əsərləri (“Qafqaz əsəri”, “Ağa və kölə”, “Qaranlıqların gücü”, “Diriliş”, “Allah bizim içimizdədir” və s.) 1900-cü ilə qədər bir neçə dəfə Rusiyada və dünyanın bir çox ölkələrində dəfələrlə çap olunmuşdur.
 
Tolstoyun dünyaca tanınması onun mənəvi duyğularına yaxşı etsə də, lakin rus pravoslav kilsəsinin tənqidləri onu sarsıdır, həddindən artıq kədərləndirirdi.
 
Tolstoyun provaslavlığa qarşı ifşaedici çıxışları kilsə iyerarxlarını (kahinlərini) qəzəbləndirir, özünə qarşı onların nifrətini qazanırdı. İş bu yerə qədər gəlib çatmışdı ki, Tolstoyun 80 illik yubileyi ərəfəsində kilsə nümayəndələri onu kilsənin düşməni adlandıraraq, bunun qeyd olunmamasına görə hökumətə müraciət etmişdilər. Keşiş İoann Kronştadtski (indi onu pravoslav kilsəsinin “sütunu” adlandırırlar) Tolstoy inqilabının əleyhinə xüsusi bir dua da hazırlamışdı. Dua beləydi: 
 
“Ay Allah, öz kilsən xatirinə, insanlar naminə Rusiyaya əmin-amanlıq, sülh, asayiş gətir. İnqilabı və üsyanları sakitləşdir. Yer üzündən sənin ən pis düşmənin olan kafir Lev Tolstoyu və onun tərədaşlarını götür”.
 
1900-cü ilin martında rus dini dairələri xalqın Tolstoyun ölümlə nəticələnə biləcək xəstəliyilə bağlı yayılmış şayiələrə görə həyəcan keçirirdi. Kilsə nümayəndələri düşünürdülər ki, (bu cür düşünməklə səhv etməmişdilər!) yazıçının ölümü xalqın böyük kədərinə səbəb olaraq, mütləqiyyət və kilsə əleyhinə siyasi etirazlara çevrilə bilər. 1900-cü ilin martında sinod (Pravoslav mənsəbinin baş idarəsi) bütün yeparxiyalara (xristianlarda arxiyerey tərəfindən idarə olunan kilsə okruqu) gizli təmimnamə (göstəriş) yaymışdı. Təmimnamədə deyilirdi: “...qraf Tolstoyun vəfatı onun saysız-hesabsız sevənlərinin kilsəyə keşişlərin cənazə duası – matəm imlası keçirməsi üçün müraciət etməsinə səbəb ola bilər. Lakin Lev Tolstoy əsərlərinin bir çoxunda pravoslav xristian kilsəsinə olan nifrətini açıq-aşkar göstərmiş, bunu gizlətməmişdir. Üç sifətdə olan vahid Allahı o qəbul etmir, ikincisi də müqəddəs üçlüyü – Allahın oğullarını adi insan adlandırır, Allahın sözlərinə şübhəylə yanaşır, İncilin müqəddəs mətnini özünəuyğun tərzdə dəyişərək izah edir, müqəddəs kilsəni insan qurması adlandıraraq məzəmmət edir, pravoslav kilsəsinin adət-ənənələrini inkar edir... Buna görə də öldüyü zamana qədər tövbə edib, kilsəylə barışmasa qraf Lev Tolstoy üçün cənazə duası oxunmayacaqdır. Bu səbəbdən də müqəddəs sinod yazıçı tövbə etmədən öləcəyi təqdirdə cənazə dukalarının oxumaması haqqında qərar verir...”
 
Lakin bu, kilsə nümayəndələrinə azlıq etdi. 1901-ci ilin 20-22 fevralında sinod Tolstoyun kilsədən ayrılması haqqında qərar qəbul edir.
 
Kilsə qanunlarına görə bu qərara əsasən dahi yazıçı dini ibadət zamanı bütün kilsələrin kürsülərindən mürtəd elan olunaraq, lənətlənməliydi. Bu sataşma, ələ salınma Rusiyanın öncüllərinə, məşhur insanlarına pis təsir etmiş və qıcıqlandırmışdı. Vladimir İliç Lenin yazıdı: “Müqəddəs senod Lev Nikolayeviçi kilsədən uzaqlaşdırdı. Daha da yaxşı. Xalqın keşiş cübbəli məmurlarıyla, jandarmlarla, yəhudi qırğınlarını dəstəkləyən cəlladlarla, zalımlarla və çar quldur dəstələriylə haqq-hesab çəkdiyi zamanda bu qəhrəmanlığı onun xeyrinə olar".
 
Sinodun bu qərarı Tolstoyu ayaqlamağın, əzməyin ilk addımları idi.
 
Sinodun bu qızışdırıcı, fitnəkar xarakterli əməli yazıçının sinoda cavabında göründü. Orada Tolstoy yazırdı: “Sinodun qərarında bir çox çatışmazlıqlar var. O, qanunsuzdur və ya qəsdən olaraq ikimənalı hazırlanıb. Həqiqətə uyğun deyil, əsasızdır, bundan başqa da özündə yalan, şər birləşdirib, pis hisslərə və əməllərə yol açır... O... savadsız, məntiqsiz adamlarda hikkə və qəzəbə səbəb olur. Bu, onların mənə yazdıqları məktublarında özünü büruzə verir: "Sən artıq mürtədsən, lənətlənmisən. Buna görə də ölümünlə əbədi əzablara məruz qalacaq və it kimi öləcəksən, ey qoca iblis", - yazır onlardan biri. Digəri isə hökuməti məni monasrta qapamadığına görə qınayır və məktubda məni təhqir edir.
 
"Sinodun təyininə cavab"da həmçinin Tolstoy yazır ki, guya mən bütün ayinləri inkar edirəm. Bu tamamilə doğru və haqlıdır. Bütün ayinlərin, məxfiliklərin rəzil, alçaq və kobud olduğunu hesab edirəm... cadugərlik, sehr hesab edirəm... Günahların tövbə edərək mütəmadi bağışlanmasında açıq-aşkar riyakarlıq və yalanlar görürəm... Bütün ayinlərdə, ikonalarda, dualarda, ovsunlarda cadugərliyin kobud fəndlərini duyuram..."
 
Kilsə nümayəndələrinin Tolstoya bəslədiyi azğın, qəddar nifrətə hökumət də şərik idi. Kübar və kilsə dairələrinin senzorları jandarmlarla birlikdə Tolstoyun əsərlərinin xalq içində yayılmağının qarşısını hər vəchlə almağa çalışdırdılar. Ən çox da bu qadağa mütləqiyyət və provaslavçılığa qarşı tənqidlər olan əsərlərə şamil edilirdi. Yüzlərlə arxiv sənədi senzor və jandarmların qara-qara işlərini təsdiqləyir.
 
Beləliklə 27 iyul 1907-ci ildə Peterburqun çap işləri üzrə komitəsi Tolstoy əsərlərinin tam toplusunun üçüncü cildi üzərinə qadağa qoymuşdur. Buna səbəb həmin topluya daxil olan "Kilsə və dövlət" əsəri olmuşdur. 29 sentyabr 1909-cu ildə Moskvanın çap işlər üzrə komitəsi "İman nədir?" əsərinə də qadağa qoydu. Buna bəhanə olaraq adı çəkilən əsərdə Tolstoyun xristian kilsəsinin müqəddəs ayinlərini inkar etməsini göstərirdilər. 
 
Dahi rus yazıçısı öləndə isə çar hökuməti və sinod bütün Rusiya imperiyası boyu bütün vilayətlərə sərəncam göndərək bildirmişdi ki, Lev Nikolayeviç Tolstoyun adını kitabxana, məktəb, xəstəxana, uşaq evlərinə verilməsi qəti qadağandır. 
 
1910-cu ilin soyuq noyabr ayında təkcə Rusiyanın deyil, bütün dünyanın dahi yazıçısı, əbədi klassiki kimi adını ədəbiyyat tarixinə qızıl hərflərlə yazan Lev Nikolayeviç Tolstoy 82 yaşında dünyasını dəyişdi. Dəfn mərasimində çox az adam toplaşmışdı. Cəmi üç-dörd min adam! Bütün Rusiya üçün bu rəqəm çox az idi. Amma Tolstoyun dəfni ümumrusiya səviyyəsində olmamasından ötrü əllərindən gələni etmişdilər. Hər şeydən əvvəl Tolstoyun ölümündən üç gün keçməsinə baxmayaraq, onun dəfninə gedib çıxmaq çox müşkül bir iş olmuşdu. Düzü, Tolstoy özü də da tez dəfn olunmağı vəsiyyət etmişdi. Bundan başqa Moskvadan təcili qatarların çıxışına qadağa qoyulmuşdu. Və bu haqda məlumatı nədənsə vaxtında yox, axşam vermişdilər. Minlərlə dəfnə yetişmək istəyən insan vağzalda qalmışdı. Camaat başqa yollarla - Ryazan, Brestk yolları ilə də olsa gələ bilməyib, yoldan geri qayıtmışdı... Demək olar ki, ancaq ətraf kəndlərin, Tulanın sakinləri və çox az sayda maşınla gəlmək imkanı olan moskvalılar dəfnə çatmışdılar.
 
Lev Tolstoyun dəfn mərasimi olduqca sadə keçmişdi. Lakin bu sadəliyin özündə başqa dəfn mərasimlərindəki minlərlə adamın səs-küy və həyəcanından daha güclü nəsə vardı. Sanki kimsə bütün orda olanlara özlərini necə aparmaqları barədə təlimat vermişdi. Və Tolstoyun meşədə, "Qraf sifarişi" guşəsində, üç min-üç min beş yüz adam əhatəsində keçən dəfni bütün senzura və qadağalara rəğmən Tolstoya layiq şəkildə, daha doğrusu Rusiyaya layiq şəkildə başa çatmışdı. İnsanlar onun cənazəsi qarşısında baş əyir, ondan ölümündən sonsuz kədər içində göz yaşlarına qərq olurdular. Bütün bu ağır qadağalara, senzuralara baxmayaraq, Lev Nikolayeviçin adı bütün xalqın ürəyinə yazılmışdı.
 
Və sonda... Tolstoy, əlbəttə ki, ateist deyildi. V.İ.Leninin qeyd etdiyi kimi onda "bürokrat kilsəylə yeni, təmiz dinin xütbəsi ilə mübarizəsi idi". Biz Tolstoyun kilsə cəhalətpərəstliyinə, maarifə düşmənçiliyinə, istismaredici təbəqələrin vəhşiliyinə qarşı ehtiraslı, gərgin mübarizəsini yüksək qiymətləndiririk. Lev Nikolayeviç var və hər zaman var olacaq. /kulis.az/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.