Hədiyyə Şəfaqət - Yerlə göy arasında yaşamaq rahat deyil... 
05.12.16

-1-

Necə başladı, bilmirəm...
...Əllərim əriyir
Qollarım əriyir
Saçlarım əriyir...
Yüngül bir əsinti
Xilas olmağımı

Duman kimi dağılmağımı duyuram...
Qapıya deyil, pəncərəyə tərəf gedirəm...
Azadıq,
İlk andan Azadıq
Son anacan Azadlıq...
Elə bilirdilər ki,
Mən öz qəfəsimlə və zəncirlərimlə barışacam...
Lap az qalıb....
İçimdəki üsyankar səs kiriyir...
İndi mən özüm olmayan zamana çevrilirəm...
...Bu nədir
Çərçivələr....
Lənətə gəlsinlər, onları
Möhkəm bağlayıblar...
Soyuq şüşələrə dəyib qana çevrilirəm...
Divarınızdakı ləkə üçün bağışlayın....
                                                                           
-2-

...Usta,
Tamamlanmaz bu rəsm...
Enməz göy üzü kətana
Sığışmaz ruhu rənglərə göyün
Fırça
Kədərli bəstəkarın qələmi kimi öz nəğməsini pıçıldar və unudular...
Bütün göy rəsmləri yalandır, Usta,
Dərinliyi göstər-desəm-susarsan...
Sən nə edə bilərdin ki...
Heç nəyin görüntüsü onun özü deyil...
Heç nəyin əksində əsl haqqı verilmir...
Hələ bir də Göy Üzü
Nə olursa olsun, əsla bir rəsmə çevrilmir...

-3-

...Yuxularda quanqlar
Yuxularda çaylaqlar,
Yuxularda açıq-açıq qapılar var, Nərgiz ana...
...Yıxılmaq yoxdur
Yıxılmaq yoxdur
Yıxılmaq yoxdur...
Biləndə ki, səni heç kim qaldırmayacaq  yerdən
Ancaq bu duanı pıçıldayırsan, Nərgiz ana...
Hər kəsin yuxusu xəbərdar olmaq istədiyi
Və istəmədiyi sirrlərin açarıdır...
Mən yuxularımda insanları görmürəm...
                                                               
-4-

...Ağrılar öldürməyə yetmir
Güclü olmaq kimi də bir istəyim yoxdur...
Heç kimi savaşa çağıracaq deyiləm,
Heç kimə güllə atacaq deyiləm,
Heç kimin də ölməyini arzulamıram...
Güc-hücum və müdafiə üçündürsə
Yaşamaq üçün deyil...
Yaşamaq üçün sevgi var...
...Ağrılar öldürməyə yetmir
Artıq heç  kimin də göz yaşlarımı görməyini arzulamıram...

-5-

...Aç

Aç...
Nə olsun ki, qollar qanad deyil...
Nə olsun ki...
Yerlə göy arasında yaşamaq rahat deyil...
Bilirdim...
Yummuşam gözlərimi...
...Məni anlatanda
Uçmaq istəmək ölmək istəməyin gözəl adı olsun...

-6-

...Adamlar yıxılır əllərimizdən
Adamlar itir...
Biz gözümüzü yumuruq, üzümüzü çeviririk,
Susuruq...
Bizə elə gəlir ki,
Hələ ehtiyatda adamlarımız var, onlar dost ola bilərlər
Hələ ehtiyatda adamlarımız var, onları sevə bilərik...
Elə deyil...
Elə deyil...
Elə olmur...
Gedən adamların yeri
Sağalmır...
Sağalmır...
Sağalmır...
Görəcəksən...

-7-

...Azza,
Həmişə gülər üzlü, mehriban, yetmiş beş yaşlı qadın
Öldü...
"Ölmək nədir"-soruşmuşdu qonşudakı qızcığaz bir dəfə ondan,
"Quşa çevrilməkdir"-demişdi...
..Qızcığaz incidi,
Qaşqabağını tökdü-
"Mən ki dünən görmüşdüm onu,
Bu necə ola bilər,
Azza əllərini məndən xəbərsiz nə zaman qanadlarla dəyişdi?"...

-8-

...Keçmişimdə
Ovcundakı suyam bir qızcığazın
Əlləri yoruldusa olmayacam...
Keçmişimdə
Bəbəklərindəki günəşəm o qızcığazın
Gözləri qaraldısa...
olmayacam...
...İndi
Zamanın
Və hər şeyin əhəmiyyətini itirdiyi yerdə
O qızcığaz yoxdur...
...O qızcığaz mənim işıqlı tərəfimdi
Mən o qızcığazın qaranlıq tərəfiyəm...
...Bax,
Bu tabloda
Məni andıran yeganə şey boşluqdur...
Nə su durur ovuclarımda
Nə günəş sığışır bəbəklərimə...

-9-

dondu çöllərdə hər şey
torpaq belə...
eh...
təbiət buralarda belədir dəyişməyən qanunlarıyla...
ay hər gecə
daha soyuq-soyuq çırpır günəşin işığını üzümüzə...
ya da mənə elə gəlir...
atılmış küçüklər
hər səhər sığındığı küncdən çıxıb
çörəkçinin əllərinə yalvarır ürkək gözləriylə və muncuq burunlarıyla...
qırovlu asfalt
bütün səsləri xırçıltıya çevirir...
pişik əlimdəki tikəyə,
mən pəncərədən küçədə üşüyən adamlara,
ətirşahlar
həyətdə üşüyən ağaclara sarı boylanır...
düşünürəm-
çiçəklərin ürəyi varmı-deyə...

Yenililklər
27.02.20
Əlyazmalar İnstitutu XIX əsrdə nəşr olunan “Bakinskiy listok” qəzetinin elektron versiyasını əldə edib
27.02.20
"Günə min işarə yaza bilsəm, papağımı göyə ataram" - Mübariz Örən
27.02.20
Müşfiq Şükürlü - Cavid bizim ustad təqlidçilərimizdəndir
27.02.20
Gülşən Mustafanın "Hasar" adlı hekayələr kitabı işıq üzü görüb
26.02.20
Filologiya elmində Turxan Gəncəyi zirvəsi
26.02.20
Əli bəy Hüseynzadə haqqında ilk fundamental biblioqrafiya işıq üzü görüb
25.02.20
Rasim Qaraca: “Hər ad günümə bir kitab hədiyyə edirəm” - VIDEO-SÖHBƏT
25.02.20
Bəxtiyar Vahabzadənin şeirləri Koreya dilində
24.02.20
Rəvan Cavid - “Azğın”: roman, yoxsa cızma-qara gündəlik?
24.02.20
"Kitabi-Dədə Qorqud”un üçüncü – Günbəd əlyazması" cap olunub
24.02.20
İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
24.02.20
Azər Abdulla - Peşmanlıqdan sevincə keçid
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.