Beyləqanda Əsəd Cahangirin 50 illik yubileyi keçirilib
08.12.16

Əsəd Cahangirin dekabrın 3-də Beyləqanda keçirilən yubileyindən aldığımız təəssüratla


O gün Beyləqan Mədəniyyət sarayının geniş zalı yüzlərlə ziyalı, dövlət qulluqçusu, şair-yazıçı, məktəblilərlə dolu idi. Hamı qədim Beyləqan torpağının yetirməsi olan görkəmli tənqidçi, şair, publisist, pedaqoq, bir sözlə, mütəfəkkir bir söz adamının, Mücirəddin Beyləqani ocağının yetirməsinin – Əsəd Cahangirin ürəyinin işığına yığışmışdı.


Söz dünyasının adamı olmaq üçün gərək sözün köynəyindən keçəsən və gərək sözü köynəyindən keçirəsən. Sözü özününkləşdirəsən, özünü sözdən keçirəsən. Ə. Cahangir özünü sözün, sözü özünün köynəyindən keçirən qələm sahibidir. Ə. Cahangirin yazıları güzgülü yazılardır. Bu güzgü sözü olduğu kimi göstərir, bu güzgü sözə yol göstərir. Sözün zirvəsində dayanan Ə. Cahangirin özü də bir söz zirvəsidir. Özü sözünü, sözü özünü tamamlayan bu yazıçının qələmindən süzülənlər də əsl söz nümunələridir. Bu nümunələriətrafına işıq saça-saça, bərq vura-vura ucalıqlara üz tutaraq söz qalasına çevrilməkdədir.

 

Ə. Cahangirin söz süzgəcindən hər söz keçə bilmir. Çünki Əsədin süzgəci hər sözü özündən keçirən süzgəc deyil. Əsəd özü sözün içindədir. Sözün içində olan kəs sözün hər üzünü hamıdan yaxşı görür, sözü hamıdan yaxşı tanıyır. Söz hər adama yalman yatırmaz. Söz hər adama söz deməz, sirr verməz. Amma Əsəd söz meydanında söz atının yalmanına yata-yata söz dağının zirvəsinə qalxmaqdadır. Ömrün 50 ilinin 30 ilini sözlə “qurşaq tutan” Əsəd Cahangir sözü özünə, özünü sözə tanıdır. Sözün “saqqızını oğurlayıb” onun 40-cı otağının açarlarını ovcunda saxlamağı bacarır. Söz də Əsədi ucaldır. Bu ucalıqdan o yana nəyin var, nəyin yox olduğunu bir kimsə bilmir. Əsədin ustadı Füzulinin dediyi kimi,


Əndişeyi-zat qılmaq olmaz,
Bilmək bu yetər ki bilmək olmaz.


Bu ucalığa gəlib çatanlar sonda özləri söz olurlar. Əsəd də sonda sözə cevrilənlərin yolundadır. Onu bu yoldan saxlamaq, sapdırmaq kiminsə gücü daxilində deyil. Çünki Əsədin arxasında söz durur, söz dayanır. Söz elə bir arxadır ki, onu ram etmək, onu yazmaq olduqca çətin və müşkül bir işdir. Söz hər adamla ünsiyyət və ülfət bağlamağa meylli olmur. Çünki sözün yükü ağır olur. Söz yükünün altına girmək hər kişinin işi olsa da, onu qaldırmaq, mənzil başına çatdırmaq ər kişinin işidir.

 

Əsəd Cahangir sözün özü ilə öz dilində danışmağı bacarır. Biz söz dağının ətəyində, sən isə söz dağın zirvəsindəsən, Əsəd! Zirvədən o yana söz qalaktikası, söz dünyasıdır, sözün özüdür. Sənin özünün sözə çevrilməyinə, sənin özünün söz olmağına az qalır. Sən sözə çevriləndən, sən özün söz olandan sonra…

 

Sən özün söz olanacan bizdən sizə salam apar, Əsəd Cahangir.  50 yaşın mübarək!


Asif Cəfərli, 
Ağa Savalan

Beyləqan.


/mustaqil.az/

 

esed2 esed3

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.