Aydın Dadaşov - Amansızın ana sevgisi
16.01.17

Dünya kinosu

Kim Ki Duk. Amansızın ana sevgisi

Peşəkar təhsili olmayıb, 32 yaşına qədər kinoya maraq göstərməyən Cənubi Koreya rejissoru Kim Ki Dukun (1960) öz ssenarisi əsasında çəkdiyi, rəsmi olaraq vidalaşsa da, yenidən qayıtdığı kinematoqrafiyada sayca 18-ci filmi olan “Pieta” filmi (2012) gəncliyində sənaye emalatxanasında çalışdığından insanla mexanizm əlaqəsinin qeyri-təbii birliyini tapa bilən müəllifin uğurlu sənət eksperimentinə çevrilir. Buonarroti Mikelancelonun 24 yaşında dövlətçilik anlamındakı müqəddəsliyə itaət Allahı sayılan Pietasın şərəfinə 1499-cu ildə Romada yaratdığı, əsli Vatikanın müqəddəs Pyotr kilsəsində saxlanılan, 1972-ci ildə özünü İsa adlandıran macar əsilli Avstraliya geoloqu Laslo Totun külünglə hücumundan sonra əsər şəffaf qoruyucu altındakı “Pyeta” əsərinin müasir nümunəsində artıq skeletə çevrilmiş Məryəm ananın qucağında özünü təsvir edən belçikalı heykəltəraş Yan Fabre sayağı həmin mövzunun müasir yozumunu vermişdi.

Mikelancelonun “Pyeta”sının rüşeymini cücərdən eyniadlı filmin ilk epizodda səhər yuxudan durub özünü qucaqladığı balışa boşaldan 30 yaşlı heyvani tələbatlı Van Donun (Li Çjon-çjin) xidmət etdiyi kredit şirkətinin min faizlə bir ay müddətinə verdiyi borclarını yığmaq naminə kəsici, deşici alətlərdən, mexanizmlərdən istifadə etməklə, yüksəklikdən atmaqla amansızlıqlardan ibarət; qan tökülməsi, sümüklərin qırılması, əzaların itirilməsindən ibarət qeyri-adi iş gününə başlaması filmi erotika deyil, informasiyanın fasiləsizliyini təmin edən detektiv çalarlı əcaib triller janrına yönəltməsi qeyri-adi hadisəlilik prinsipi üzərində bərqərar edir. Seul yaxınlığındakı bəsit halda sənayeləşmiş gecəqondularda, tikilməmiş yarımçıq binaların beton üzlərində, dağılmış vaqonlarda, polietilen çadrlarda yaşayıb çalışmağa vadar olub, yalnız borc hesabına dolanan kasıb sənətkarların zorakılıq altında bədən üzvlərini itirməklə qazandıqları sığorta hesabına borclarını ödəmələri müqəddəs dövlət büdcəsinin talanmasına yol açan vəhşi kapitalizmin iç üzünü açır. Mühitin eybəcərliyi fonunda övladını atıb illərdən sonra qayıdan ilahi gözəllikli anası, Min Sunu (Çu Min-su) tanımaq istəməyib nəcisini yedizdirməklə pilləkənlərdən atan, onun ayaqları arasına əllərini soxub: “Deməli, mən çıxdığım yerə qayıda da bilərəm?” sualını verməklə zorlamaqdan belə çəkinməyən Van Do mənəviyyatsız vəhşi kapitalizm quduzluğunun təzahürünə çevrilir. Beləliklə, yaşamaq naminə vasitə olduqda xoşbəxtliyin, məqsədə çevrildikdə bədbəxtliyin simvoluna çevrilən pul dramaturji modelin əsas hərəkətverici qüvvəsi kimi azad fərdlərdən ibarət cəmiyyət quruculuğuna əngəl törədən əsas maneə rolunu oynayır. Qurbanlardan birinin kor anasından götürülən dovşanın avtomaşın axınında məhvi, evə salafan torbadakı suda gətirilib akvariuma atılan ilanbalığının tavada qızardılması günahsız qurban fenomeninin simvolik həllinə çevrilir. Anasının, hamilə qadının, övladının güzəran qayğısını çəkən günahsız qurbanların, robotsayağı zalım zülmkarla qarşılaşdırılması fonunda cərəyan edən hadisələrdə oğlunun xilasını ali məqsədə çevirən, övladına qarğışa dözməyib müşahidə etdiyi cəza mexanizminə də qoşula bilən ana ideyası uğrunda ölümə getməklə qədim yunan faciəsinin xarakterini yaşadır. Gələcəyi şübhə altına alınan mühitin, toplumun yalnız mövcud qaydaların dəyişəcəyi təqdirdə xilasını səciyyələndirir. Əkdirdiyi ardıc ağacının altında basdırılmasını vəsiyyət etməklə oğlunu heyrətləndirərək çıxış yolu axtaran ana təbiətə qovuşaraq mənəvi təmizlənməni diqqət mərkəzinə gətirməklə buddizmin dzen fəlsəfəsinə söykənməklə – “Dünyanı gözəllik xilas edər” prinsipini əks etdirir. Əməlləri ilə tamaşaçı nifrəti qazansa da, əvvəldən axıra kimi ekranda gərilmiş yay kimi gücünü itirməyən Van Do filmin insanın dolğun yaşayışı üçün ehtirasın vacibliyi ideyasını təklif olunan vəziyyətlərdə doğruldur.

9 oktyabr 2012-ci il tarixli “Arqumentı i faktı” qəzetində İrina Şipilovanın “Kino pul deyil, ilk növbədə rejissorun cəhdidir” məqaləsində filmlərinin süjetini, əsasən, ölkəsindəki “Xəbərlər zamanı” teleproqramından götürdüyünü deməklə ölkəsindəki informasiya sərbəstliyinə də toxunan, hələ rejissorluğa başlamadığı ötən əsrin 90-cı illərində Mikelancelonun Vatikanın müqəddəs Pyotr kilsəsində saxlanılan möhtəşəm “Pyeta” heykəlinin təsirinə düşərək oğlunu itirən ananın dərdini, kədərini, ümidini duyduğunu bildirən Kim Ki Dukun söylədiyi: “Ssenari haqqında düşünərkən gözlərim önündə canlanan həmin əsərlə yanaşı, Seul yaxınlığından axan Çxonqeçxon çayının ətrafındakı kustar sənaye mühitində yaşayan fəhlələrin obrazlarını pul, ailə, din müşküllərində birləşdirməyi qət etdim” açıqlaması ilə əbədi mövzuların yaranma prosesindəki əlaqələrin zəncirvarılığını və əlbəttə ki, özünün vətəndaş qayəsini bəyan edir.
23 noyabr 2012-ci ilin “Komersant” qəzetindəki “Yas tutulan borc” məqaləsində: “Yaradıcılıq böhranından çıxmaqla içərisində çoxsaylı festival mükafatları düzülən rəflə birgə, pişiyi, məişət əşyalarından savayı, qəhvədan, tapança düzəltdiyi çilingər dəzgahı da olan, çadırda keçirdiyi tərki-dünya, pinti, sərxoş, qəzəbli, nəğməli həyatı barədə videomaterialla Kann kinofestivalına qatılmaqla Emir Kusturitsadan “Məxsusi baxış prizi alan”” Kin Ki Dukun “özünü bədnam etməkdən çəkinməməsinə”  heyrətlənən Andrey Plaxovun “Sonra o müasir kapitalizm qurbanları barədə “Pyeta” filmini ərsəyə gətirdi” yazması müəllifin həyat tərzinin peşəkar üslubuna təsirini göstərir.

18 dekabr 2012-ci il tarixli “Rossiyskaya qazeta”dakı “Ana üçün “şir”” məqaləsində Janna Vasilyevaya müsahibəsində isə: “Hesab edirəm ki, insanın daimi marağı olmasa, tam gücü ilə yaşaya bilməz”, – deyən Kim Ki Duk “Pyeta” filmini hər kəsin, heç olmasa, ömründə bir dəfə duyduğu, xilası mümkünsüz olan ağrı və qüssənin aradan qaldırılması cəhdi barədə yaratdığını bildirir və “Ağ rəngi göstərmək üçün qaradan istifadə etmək gərəkdir”  – deməklə peşəkar üslubunun əsas mahiyyətini açır. Əlbəttə ki, əzazil Van Donun müqabilində doğulacaq övladının xatirinə iki əlindən keçməyə hazır olan gitaraçı oğlan gələcək uğrunda mübarizənin simvoluna çevrilir. İcra mexanizminin sələmçiliyin ən yüksək fiqurunu da heyrətləndirməsi, insanın, ailənin, cəmiyyətin məhvi hesabına göydələnlərin ucaldılması fonunda ekranda canlanan Mikelancelo “Pyeta”sı əgər bu qanunsuzluq davam edərsə, məhvə məhkum ediləcək müqəddəs dövlətin simvoluna çevrilir. Sonda Van Do ilə doğmalaşdığı məqamda öz intiharı hesabına yaxınını itirmək ağrısını duydurmaqla övladının mənəvi təmizlənməsinə nail olan ana xeyirin şər üzərində qələbəsinin Kim Ki Duk analogiyasızlığını yaradır. Özünü tikilməkdə olan beton binadan atan anasının məzarını qazarkən özü üçün toxunulduğunu zənn etdiyi köynəyi torpağın altında tapdığı qurbanının əynindən çıxarıb geyən Van Donun ağac əkdikdən sonra özünü qarmaqlı zəncirlə qurbanlarından birinin xanımının yük avtomaşınının altına bağlamaqla ölümü qəbul etməsi, tikilməkdə olan müasir şəhərə doğru asfalt yolda uzanıb gedən qan izinin fonunda günahın bağışlanmasına çağırış kimi qadın nəğməsinin səslənməsi artıq tanıdığımız cinayətkarsız dünyanın qismən olsa da, mənən təmizlənməsini səciyyələndirməklə katarsis yaradır. XVIII əsrdən xristianlığın geniş yayıldığı ölkəsində “bütün günahları bağışlayan bu dini qəbul edən” Kim Ki Dukun filmində Məryəm ananın ölmüş İsusu yuğlaması heykəlinin iqtibas kimi ekrana gətirilməsi Avropa mühitinə uğurlu mesaj kimi səslənir. Əyalət təfəkkürünə uyğun sentimentallıq və sərt naturalizm fonunda insani münasibətlərin, ünsiyyət modelinin yeniliyi, analogiyasızlığı ilə də yadda qalan bu filmin 2012-ci ildə 69-cu Beynəlxalq Venetsiya kinofestivalında qazandığı “Qızıl mükafat”ını rejissorun 84 yaşlı anasına bağışlaması da maraqlıdır.

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.