Salvatore Kvazimodo - Gültəkin bir dilbər ki...
23.01.17

Mifoloji realizm poeziyası
                                     
Salvatore Kvazimodo (1901-1968) İtaliyanın cənubunda, Siciliyanın Modika şəhərində doğulmuşdur. İtalyan ədəbiyyatına bir çox mütərəqqi yeniliklər gətirmiş C.Verqa (1840 - 1922), L.Kapuana (1839-1915) və L.Pirandello (1867-1936) kimi görkəmli nasir və dramaturqların vətəni olan Siciliya bu dəfə təkcə milli ədəbiyyata deyil, həm də XX əsr Avropa poeziyasına  özünün böyük şairini bəxş etmişdi.

Ötən əsrin 30-cu illərində ədəbiyyata gələn S.Kvazimodo poetik yaradıcılığa italyan şerinin digər canlı klassikləri C.Unqaretti (1888-1970) və  E.Montale (1896-1981) ilə birlikdə faşist diktaturasına qarşı fərqli etiraz forması olan germetizm cərəyanının başçılarından biri kimi qədəm qoyur. Yaradıcılığının ilk günlərindən S.Kvazimodonun poeziyası germetizmin gizli metaforik eyhamları, çoxmənalı ifadə tərzi və simvolları ilə yanaşı, özünün orijinal təbiət təsvirləri, qədim yunan və ellinizm poeziyasının klassik romantikası ilə seçilməyə başlayır.

Yunan dili şairin ulu əcdadlarının dili idi. Sonralar o, klassik filologiya mütəxəssisi kimi, Esxilosun və Sofoklesin faciələrini, Vergiliusun, Ovidiusun və digər Qədim Roma klassiklərinin şeir və poemalarını da italyan dilinə çevirəcəkdi.

Uzun müddət qədim poetik nümunələrlə təmasda olan şair milli italyan ədəbiyyatına özünəməxsus “mifoloji realizm” estetikasını, antik söz deyiminin yığcamlığını və təpərini gətirir. Bu yeni formalarla birlikdə italyan poeziyasına qədim Siciliya torpağının əsrarəngiz təbiəti, bütün orijinal yaradıcılığı ilə möhtəşəm Şərq poeziyasından bəhrələnmiş böyük L.Qonqoranın (1561-1627) mifoloji təsvirlərini xatırladan əvəzsiz bədii lövhələri də daxil olur. Şairin ilk qələm təcrübəsi olan “Sular və torpaqlar” (1930), “Batmış qoboy” (1933), “Erato və Apollo” (1936) kimi kitablarındakı şeirləri məhz bu qəbildəndir.

İkinci Dünya müharibəsi illərində İtaliyada baş qaldıran antifaşist hərəkat S.Kvazimodonun “mifoloji realizmini”  yüksək vətənpərvərlik duyğuları ilə, poetik vüsətlə cilalayır. Şair germetizmin qapalı simvolları, eyham və metaforaları çərçivəsindən çıxaraq yadelli işğalın dəhşətlərindən, şəhid vətən övladlarının ölməzliyindən bəhs edən fərqli tablolar yaradır. İndi onun misralarından “körpələrin yanıqlı iniltisi”, şəhid analarının “qara naləsi” eşidilirdi...

Şairin “Axşam da düşür dərhal” (1942), “Günbəgün” (1946), “Həyat yuxu deyil” (1949), “Misilsiz diyar” (1958) və digər kitablarında toplanmış poetik inciləri onun sarsılmaz vətəndaş mövqeyindən, dərin həyat fəlsəfəsindən xəbər verir.

“Şairlər heç nəyi unutmamalıdır” söyləyən, bəşəriyyətin tərəqqisində  realist poeziyanın ali vəzifəsini öz orijinal yaradıcılığı ilə təsdiqləyən S.Kvazimodo “yüksək poetik istedadına, ictimai-mənəvi əhəmiyyətli humanist sənət  nümunələrinə görə” 1959-cu ildə Nobel mükafatına layiq görülür.
                                                                                                                            
Tərcüməçi


         

Gültəkin bir dilbər ki, uzanmışdı
arxası üstə güllər içində


Sirli bir zaman duyulurdu
gecə yağışlarının intizarında,
axdıqca, dəyişdikcə göydə buludlar,
o dalğalı, zərif beşiklər;
ölmüşdüm mən də artıq.
Yerlə göy arasındakı bir şəhərdi
son pənahgahım,
o ötən günlərimin mehriban qadınları da
səsləyirdilər məni hər tərəfdən daim,
neçə bahar cavanlaşmış doğma anam da,
bircə-bircə seçərək qızıl gülləri
bəyaz türlü qönçələrindən
tellərimə çələng düzürdü.













Gecəydi hələ,
inamla axırdı ulduzlar
qızılı səma cığırlarıyla,
o faniyə çevrilmiş hər şey də
haqlayırdı məni bu gizli sığınacaqlarımda,
xatırlatmaqçün mənə açıq qalmış bağçaları,
ömrün mənasını;
ancaq, məni üzürdü öz son təbəssümüylə
gültəkin bir dilbər ki, uzanmışdı arxası üstə
güllər içində.



Yağış və dəmir rəngi

Sən deyirdin: ölüm, sükut, tənhalıq;
Necə ki, sevgi, həyat deyirlər.
Ani təsəvvürlərdən doğan sözlər idi onlar.
Külək də qalxırdı yüngülcə hər səhər,
yağış və dəmir rəngli zaman da
ötüb keçirdi daşların,
bizim lənətə gəlmiş
qapalı hənirtirnizin üzərindən.
Həqiqətə çox var hələ!
Elə isə, söylə mənə,
ey, xaçın üstündə çarmıxlanmış insan,
sən də ey, əlləri qana qəltan olmuş,
hansı cavabları verim mən
həqəqəti soranlara?
İndi, başqa bir sükut çöküncə gözlərimə,
qalxınca özgə bir rüzgar,
pas yenidən gül açınca.



Bəlkə təkcə bir ürək

Yağışlı gecədə yayılar ətrafa
cökə çiçəklərinin kəskin ətri.
Boş qalar sevinc anları,
onun çılğın fərəhləri,
ildırım tək çaxan gülüşlər...
İndi qismətimiz - sonsuz biganəlik,
bir hərəkətin, bircə kəlmənin xatirəsi,
quşların duman qatında
tənbəl-tənbəl uçuşu tək.
Bəs nəyin intizarındasan
            sərgərdan könül?
Bəlkə o bircə anın ki,
verəcək nəhayət qərarını,-
əvvəlimizmi bu, ya sonumuzmu?
eynidir artıq, talelərimiz də.
Burada, yanğınların qara tüstüsündən
qovuşur hələ də boğazlarımız.
Bacarsan, unut bu kükürd qoxusunu,
unut bu xofu.
Sözlər usandırır varlığımızı
daş atılmış lal sulardan
qalxan sədalar tək;
bəlkə, təkcə bir ürək qalır bizə yalnız,
bəlkə, təkcə bir ürək?


          
Söyüd budaqlarından

Axı necə nəğmə deyə bilərdik biz
yadelli dabanını sinəmizə sıxanda,
meydanlardakı buz mələfələr üstə
pərən-pərən ikən şəhidlərimiz,
susmaq bilməyəndə körpələrin
yanıqlı iniltisi,
teleqraf dirəyində çarmıxlanmış
oğluna tərəf gedən ananın
qara naləsini eşidirkən?
O vaxt, sadiq çıxıb andımıza,
həzin küləklərdə yellənərək,
söyüd budaqlarından asılı qalmışdı
bizim də rübablarımız.



  İtalyan dilindən
 tərcümə edən:
 Cəmşid Cəmşidov.

 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.